11.06.2020

Akşin Sultanov:
Qadınlar var ki, tənhadır, kimsəsizdir, qayğısını çəkən yoxdur, amma yaşamalı, dolanmalı, uşağına baxmalıdılar... Sosializm deyil ki, tənha anaların təminatı üçün xüsusi qanunlar qəbul edilsin, yaşayış yeri, sosial imtiyazlar verilsin... Kapitalizmdir. İş axtarır. Biri ona Türkiyədə və yaxud Dubayda iş təklif edir - baxıcı, nə bilim satıcı... Qadın ürəyində hiss edir ki, bu təklifdə nə isə müəmma var... Amma öz vəziyyətini nəzərə alaraq riskə gedir, razılaşır. Onu aparırlar, misal üçün, Türkiyəyə. Orda bir bəhanə ilə pasportunu alırlar. Misal üçün, qeydiyyatdan keçirmək üçün. Sonra ona bir nəfərlə müəyyən məbləğ qarşılığında sekslə məşğul olmağı təklif edirlər. Qadın rədd edir, ağlayır. Ona xatırladırlar ki, pasportu onların əlindədir, gedəcəyi, şikayət edəcəyi yeri yoxdur, yaxşısı budur ki, razılaşsın: bircə dəfə, özü də pulla seks olacaq, heç nə olmaz... Bəzən qadınlara narkotik də verirlər. Vəziyyətə baxır. Yarı hədəylə, yarı dilə gətirməklə - axırda qadını bədənini satmağa məcbur edirlər. Bununla da qadın sınır. Sınandan sonra o, yol ayırıcı qarşısında qalır: intihar etmək, qaçmaq, ya da boyun əymək... İntihar etmək ürək istər. Normalda heç bir adam, ilk növbədə cənnətə inananlar, ölmək istəməz. Üstəlik Bakıda onu gözləyən, hansısa tanışa əmanət etdiyi uşağı varsa... Qaçmaq... Hara qaçacaq? Ona kömək əlini uzadan biri var idisə bu vəziyyətə düşməzdi. Qalır boyun əymək. Bədənini bir dəfə satdın ya bir dəfədən çox – nə fərqi var?! Və qadın başlayır fahişəlik eləməyə. Bədənini satır. Hər pul verənə... Bax kapitalizm insanı belə sındırır, insanın taleyini şikəst eliyir... Əməyini, bəzən üstəlik özünü satmağa məcbur edir..

Комментариев нет:

Отправить комментарий