11.06.2020

Akşin Sultanov:
Deyir “Xəbərin varmı sovet əsgərləri yüzminlərlə alman qadını zorlayıb?” Cahilin özünü dahi sayıb başqalarına nə isə öyrətməsi “dəhşətdir”. Sovet əsgərlərinin yüz minlərlə alman qadını zorlaması söhbəti də liberal əfsanəsidir, özü də bu əfsanəni elə Qərb tarixçiləri faktlarla puç ediblər. Alman qadınlarını ABŞ əsgərləri zorlayıb. Özü də bunu müasir Almaniyanın tarixçisi yazıb sübut edib. Anamın dayısı Berlinə qədər gedib, sağ-salamat da qayıdıb, professor adam olub, humanist olub. Almaniya ərazisində sovet əsgərləri hər hansı bir vəhşilik etmiş olsaydı, dəfələrlə “zorlanmış Almaniya" söhbətini eləyərdi və yəqin ki mən də ucundan-qulağından eşidərdim. Müharibədə iştirak etmiş 600 mindən çox azərbaycanlı kişisindən 300-350 mini sağ-salamat qayıdıb, heç kim onlardan sovet əsgərlərinin kimisə zorladığına dair fikir eşitməyib, onlara heç istinad edən yoxdur, müharibəni görməyən liberal parabaşlar bir-birlərinə istinad edib “zorlanmış Almaniya” əfsanəsi düzəldiblər.

Комментариев нет:

Отправить комментарий