26.10.2021

Putin Azərbaycan və Ermənistan arasındakı sərhədləri Rusiya Genştabında olan köhnə Sovet xəritəsi ilə müəyyənləşdirmişdir


Nəzakət Məmmədova: Rusiya sülhməramlıları Qafqazda sülh və əmin-amanlığın qarantıdır

Tanınmış azərbaycanlı politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova Rusiyanın News Front İnfo saytına müsahibə vermişdir. Politoloq müsahibəsində regionda təhlükəsizliklə bağlı bir sıra vacib məqamlara toxunmuşdur.
Nəzakət Məmmədova ilk növbədə bildirmişdir ki, Qərb Rusiya sülhməramlılarıının regionda olmasından narazıdır və bu sahədə aktiv pozucu iş aparmaqdadır: “Bəzi qüvvələr Rusiyanın regionda artan nüfuzu ilə barışmaq istəmirlər, Rusiya sülhməramlılarının getməsinə, regionda sülh və əmin-amanlığın pozulmasına çalışırlar. ABŞ və Fransa danışıqlar prosesinin davam etdirilməsini tələb edərək süni şəkildə hər iki xalq arasında yenidən konflikt yaratmağa can atırlar. Həm Ermənistanda, həm də Azərbaycanda informasiya çatışmazlığı fonunda faktlar təhrif olunur və Rusiyanın timsalında monstr obrazı yaradılır. Məsələn, Azərbaycanda insanları inandırırlar ki, Rusiya “bizim qələbəmizi oğurladı”, müharibəni axıradək aparmağa və Ermənistanı darmadağın etməyə imkan vermədi. Ermənistanda isə revanşist qüvvələr, radikal partiyalar və liderlər kütləvi şüurlara yeridirlər ki, Rusiya Ermənistanı güclü düşmənlə- Azərbaycanla təkbətək qoydu və ona kömək etmədi. Azərbaycan sosial şəbəkələrində və mass-medalarında müəyyən şəxslər, ictimai-siyasi xadimlər, bəzi radikal partiya liderləri, jurnalistlər, hüquq müdafiəçiləri aktiv antirus təbliğatı aparırlar. Sosial şəbəkələrdən aktiv istifadə edən müəyyən bir kəsim bu təbliğata inanır. Əlbəttə bütün bunlar xarici qüvvələr tərəfindən Rusiyanı regiondan sıxışdırıb çıxarmaq məqsədilə edilir. Təlqin olunur ki, Azərbaycanın bütün problemlərində Rusiya və İran günahkardır. Lakin əhalinin çoxu Rusiyanın timsalında regionda sülh və əmin-amanlığın qarantını görürlər. Rusiya sülhməramlılarının dislokasiyası təkcə Qarabağda deyil, bütün regionda sülhün təminatı deməkdir”.
Nəzakət Məmmədova Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirərək onlara Azərbaycan rəhbərliyinin müsbət münasibəti barədə də danışmışdır: “Rusiya sülhməramlıları əsasən müşahidə postlarında xidmət aparırlar, təmas xəttində atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər. Onlar regionda dinc həyatın bəra olunmasına yardım edirlər. Onlar Azərbaycana enerji təchizatı və su təminatı sistemlərinin, sosial obyektlərin və yaşayış evlərinin bərpası işində, ərzağın, tikinti materiallarının və avadanlıqların daşınmasında kömək edilər. Rusiya sapyorları ərazilərimizi, yollarımızı minalardan təmizləyir, partlayıcı əşyaları zərərsizləşdirirlər. Onlar həyatlarını riskə ataraq, bəzən canları bahasına döyüşlər getmiş ərazilərdən minlərlə silah-sursat taparaq təhlükəsiz hala gətirmişlər. Rusiya sülhməramlıları o cümlədən humanitar aksiyalar həyata keçirirlər. Azərbaycan prezidenti İlham Əliyev də onların işini uğurlu xarakterizə edərək bildirmişdir ki, biz onların fəaliyyətindən razıyıq”.
Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi Sovet dövrünə aid olan xəritələrə uyğun olaraq şəkildə aparılacaqdır: “Heç kəs Rusiya qədər Qarabağ konfliktinin nizamlanmasında maraqlı deyil. Rusiya prezidenti Putin bildirmişdir ki, bu konflikt bizim dostlarımız arasında baş vermişdir və həll edilməsi vacibdir. “Valday” diskussiya klubu çərçivəsində çıxış edərkən Putin söyləmişdir ki, iki respublika arasındakı sərhədlər hal-hazırda Rusiya Genştabında olan Sovet xəritəsi ilə müəyyənləşdiriləcəkdir. Bu isə Putinin qeyd etdiyi kimi, hər iki respublikanın xeyrinədir”.
Politoloqun fikrincə Rusiya sühməramlılarının hələ uzun müddət Qarabağda qalmaları mümkündür: “Hər iki xalqın yaddaşında bir-birinin düşmən obrazı yaranıb və bunu yaddaşlardan çıxarmaq elə də asan deyil. Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birlərinə düşmən münasibət bəsləyirlər. Yaralar hələ təzədir və yanaşı yaşamaq üçün uzun müddət tələb olunur. Odur ki, Rusiya sülhməramlılarının burda olması təkcə beşillik müddət ərzində yox, torpaqlarımızda dayanıqlı sülh və sabitlik yarananadək davam edəcək”.

Комментариев нет:

Отправить комментарий