26.10.2021

“Təqdirəlayiqdir ki, Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi Sovet dövrünə aid olan xəritələrə uyğun olaraq şəkildə aparılacaqdır. Heç kəs Rusiya qədər Qarabağ konfliktinin nizamlanmasında maraqlı deyil. Rusiya prezidenti Putin bildirmişdir ki, bu konflikt bizim dostlarımız arasında baş vermişdir və həll edilməsi vacibdir. “Valday” diskussiya klubu çərçivəsində çıxış edərkən Putin söyləmişdir ki, iki respublika arasındakı sərhədlər hal-hazırda Rusiya Genştabında olan Sovet xəritəsi ilə müəyyənləşdiriləcəkdir. Bu isə Putinin qeyd etdiyi kimi, hər iki respublikanın xeyrinədir... Rusiya sühməramlılarının hələ uzun müddət Qarabağda qalmaları mümkündür. Hər iki xalqın yaddaşında bir-birinin düşmən obrazı yaranıb və bunu yaddaşlardan çıxarmaq elə də asan deyil. Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birlərinə düşmən münasibət bəsləyirlər. Yaralar hələ təzədir və yanaşı yaşamaq üçün uzun müddət tələb olunur. Odur ki, Rusiya sülhməramlılarının burda olması təkcə beşillik müddət ərzində yox, torpaqlarımızda dayanıqlı sülh və sabitlik yarananadək davam edəcək”.

Politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis
Nəzakət Məmmədova

Комментариев нет:

Отправить комментарий