06.10.2021

Sovetin Bakısı, biz səni unutmayacayıq!


Bakı Sovet vaxtı. İş, ev, pulsuz təhsil, müalicə, vaxtında təqaüd var idi. İnsanlar bir-birinə inanırdı. Pul borcu olan adama çox nadir hallarda rast gələrdin. İndiki kimi şəraitin məcburiyyəti üzündən alıb-aldatmaq yox idi. Məmur sırtıqlığı, harınlığı, icra hakimiyyəti, nazirlik dələduzluğu yox idi. Raykomun (rayon partiya komitəsi) qapısı iş gününün istənilən vaxtı vətəndaşların üzünə açıq idi, qapıda yaşlı qarovolçu olardı. Daha indiki kimi hökumət idarələrinin girşində qarşını polis kəsməzdi. Kommunistlər kadrı bacarığına, səriştəsinə, təcrübəsinə görə təyin edirdilər, "dayısına" görə yox!
Əndərabadi bir vəziyyət yaranıb, təcrübəsiz cavan oğlanı böyük bir kənd təsərrüfatı rayonuna başçı təyin edirlər, arqumentləri də budur ki, o  xaricdə təhsil alıb. Halbuki bu adamın heyvandarlıqdan, maldarlıqdan, əkinçilikdən, pambıqçılıqdan, üzümçülükdən, taxılçılıqdan... qandığı bir şey yoxdur. Çünki görməyib, bu sahədə işləməyib. Rayonda park salmaq iş deyil, əyləncədir. İşsiz, maddi sıxıntılarla sürünən insanlar bu cür aldadıcı əyləncələrdən beziblər.
Kapitalizmdə nə qədər istəsəniz eybəcərliklər var, hələ ağzınıza maska da taxdırırlar. Söydüyünüz kommunistlərin vaxtında belə biabırçılıqlar yox idi.
Sovet hökuməti insanın sarsılmaz dayağı idi.

Ədalət Abdinov



Комментариев нет:

Отправить комментарий