23.02.2022

Rusiya ədalətli mövqedədir

Nadir Qocabəyli

Donetsk və Luqansk ərazi baxımından heç Ukraynanın onda biri deyil. Nəhəng Rusiyanın isə yüzdə biri. Bu o deməkdir ki, Rusiyanın bu torpaqlara ehtiyacı yoxdur. O ərazilərə heç bufer zona da demək olmaz, çünki yeri gəlsə, Rusiyanı onların başı üzərindən də uzaq mənzilli raketlərlə vurmaq mümkündür.
Bəs niyə Putin belə bir addım atdı? Heç bir şübhə yoxdur ki, məhz o ərazidə yaşayan insanların, xüsusilə də rusların təhlükəsizliyini təminat altına almaq üçün. Rusiyanın bundan əvvəl atdığı bütün analoji addımlar məhz bu məqsədə xidmət edib.
Rusiya təbii ki, rusların taleyinə biganə qala bilməz və qalmır. O eyni zamanda böyük bir dövlət olaraq yaxınlığında yaşayan kiçik xalqların, həmçinin milli azlıqların problemləri ilə də maraqlanır.
Düşünürəm ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində də tərəflərdən hər hansının haqqının pozulmasını istəmir. Doğrudur, onun bi mövqeyi bir çox azərbaycanlını və ermənini qane etmir. Ancaq bu da təbiidir. Çünki millətçilər elə bir ədavət toxumu səpiblər ki, erməni gələcəkdə Gəncəni, azərbaycanlı da İrəvanı tutmağı xəyal edir. Bu cür insanları Rusiyanın barışdırıcı mövqeyi əlbəttə qane etməz. Rusiya isə hər kəsin SSRİ vaxtı yaşadığı evinə qayıtması strategiyasını yürüdür. Bu, ədalətlidir və rəsmi Bakı ilə İrəvan da bununla razılaşıblar...

Комментариев нет:

Отправить комментарий