10.02.2022

Valeri Korovin: Ukrayna əvvəl-axır Rusiyanın tərkibinə qayıdacaq – bunu Qərbdə də gözəl bilirlər


Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin vzqlyad az saytına müsahibə vermişdir.
Politoloq jurnalistin Ukrayna ilə bağlı sualını cavablandırarkən demişdir: “Ukraynanın ABŞ və NATO tərəfindən militarizasiyası Rusiya sərhədlərində təhlükə mənbəyi yaradır. Bu yolla Qərb Rusiya üçün geri çəkilmək, ya da müharibə etməkdən başqa yol qoymur. Rusiyanın isə öz sərhədlərindən geri çəkilmək fikri yoxdur”.
Politoloq həmçinin bildirmişdir: “Amerikan siyasətçiləri gözəl başa düşürlər ki, Ukrayna adlanan yer – Rusiyanın tarixi ərazisidir. Hal-hazırda bu ərazi aldatma yolu ilə Qərbin nəzarəti altına salınmışdır. Elə qərblilərin də nəzərində Ukrayna – Böyük Rusiyanın tərkib hissəsidir. Qərbdə Ukraynanı belə qəbul edirlər. Orda Ukraynanın Rusiyanın tərkibinə qayıdacağının qaçılmaz olduğu fikri ilə çoxdan barışıblar. Amma onlar düşünürlər ki, Ukraynanı götürdükdən sonra Rusiya öz əvvəlki ərazilərini də qaytarmaq məqsədilə Şərqi Avropaya doğru irəliləyəcəkdir. ABŞ qüvvələri Ukraynanın qərbinə məhz bunun qarşısını almaq üçün yerləşdirilir”.
Politoloqun fikrincə, ABŞ Ukrayna məsələsində uduzacaqdır, belə ki amerikan ordusunun möhtəşəmliyi haqqında mif həddən artıq şişirdilmişdir: “Büdcəsinin 750 milyard dollar olmasına baxmayaraq amerikan ordusu Əfqanıstandakı hərbi kampaniyanı uduzdu və ordan biabırçı şəkildə qaçdı. Amerikan vergiödəyicilərinin pulu ilə alınmış bahalı texnikanı tələm-tələsik qoyub getdi. Amerikan ordusunun birbaşa iştirak etdiyi bütün müharibələri ABŞ faktiki olaraq uduzmuşdur. İstər amerikan ordusunun biabırçı şəkildə qaçdığı Koreya və Vyetnam olsun, istərsə Fidel Kastronun azsaylı inqilabçılarının qarşısında cılız duruma düşdükləri Kuba olsun. Amerikan qlobalist proyekti Suriyada rus hərbçiləri tərəfindən dayandırıldı. Bu proyekt Suriya qumunda batdı. İndi fikirləşin dünyanın ən qeyri-effektiv və ən effektiv ordularının toqquşmasından nə baş verə bilər?”.
Korovinin sözlərinə görə, rus ordusu amerikan ordusundan qat-qat güclüdür, bunu amerikanlar özləri də etiraf edirlər, hətta amerikanların reytinq cədvəllərində rus ordusu amerikan ordusundan sonra ikinci yerdə gedir: “Özlərini ikinci, rus ordusunu birinci yerə yerə qoymayacaqlar ki!”
Politoloq bildirmişdir ki, ABŞ tarixən müdaxilə etdiyi yerlərin hamısına fəlakət və dağıntı gətirmişdir: “Amerikanın əsgərinin ayağı dəyən heç bir yerdə sülh və demokratiya yoxdur. İstər İraq, istərsə də Liviya olsun. Amerikan hərbçilərinin yaxşı bacardığı bircə şey var: dinc sakinlərin yaşadığı məntəqələri uzaqdan atılan raket zərbələri ilə məhv etmək. Yaponiyanı 1945-ci ildə varvarcasına bombardman etməkdən başlamaqla amerikanlar Koreya və Vyetnamın dinc əhalisini kimyəvi silahla qırmağa davam etdilər. Cənubi və Latın Amerikasında törətdiklərindən isə heç danışmırıq, çünki amerikanlar buranı öz “arxa həyətləri” hesab edirlər”.

Комментариев нет:

Отправить комментарий