Pərviz Sadıqov Pero
Bu gün facebookda dostluğumda olan "Alma qəzeti" adlı istifadəçinin doğum günüdür. Hələ onun səhifəsinə girib təbrik yazanlar da var. "Alma" qəzeti yarananda gətirdiyi səs küyü, Aqşin Yeniseyin muğamı "dimidrol" adlandırması, Elnur Astanbəylinin köşələrində rayondan Bakıya gələnləri tənqid etməsi, Günel Mövludun Murad Köhnəqalanı küçənin ortasında dördayaq olmağa məcbur edən müsahibəsini xatırlayıram. "Alma" qəzetinin cəmi iki-üç nömrəsini çıxmaq şərtilə Zahir Əzəmətin baş redaktor olduğu bütün nömrələri varımdır.
Yuxarıda sadaladıqlarımdan əlavə "Alma" qəzeti mediaya, ədəbiyyata çoxlu imzalar və fikirlər gətirdi. Qəzetin erməni jurnalistlərlə bir yerdə təqdim etdiyi layihələr də yadımdadır. Sonra bütün müəlliflərin bir yerdə serial təqdim etmələri, ağına bozuna baxmadan mentaliteti tənqid etmək, ateizmin, rokun təbliği və s. və ilaxır...
O qəzeti əvvəllər daha maraqla oxuyurdum, sonra isə bir növ aludəçiliyə çevrilmişdi "Alma" oxumaq. O demək deyil ki, "Alma"nı çox sevirdim. Mən sevmədiyim teleproqramları da, müəllifləri də oxuyuram, ta ki məni qıcıqlandırmağı bacarana qədər, ya da əsəblərim dözənə qədər. "Alma"nın sevdiyim və sevmədiyim səhifələri və müəllifləri var idi. Amma Günel Mövludu "Alma"da bəyənirdim, sonra isə yox. Cavidan, Cavid Ramazanlı, Seymur Baycan, Əli Əkbər, Firudin Allahverdi, Elmir Mirzəyev, Qan Turalı və s. imzaları da "Alma" tanıdıb mənə. Keçmiş qəzetin mənfilərinə çox yer ayırmıram, çünki artıq nəşrlərini dayandırıblar. və "Alma"dan sonrakı vəziyyət isə sabıt aöır olaraq qalır..
2006-cı ildə adını çəkdiyim müəlliflər Azərbaycanda gətirdikləri yeniliklər və mövzular bugün əslində ya həllini tapmalıydı, ya da müzakirə olunacaq halda olmamalaydılar. Adı çəkilən qəzetin bəzi müəllifləri də daxil olmaqla artıq neçə ildir ki, ədəbiyyatımız və "azad fikirli" yazarlarımız "qara kurtkalı, qızıl dişli gədələrdən və tükəzbanlar"dan o yana keçə bilməyiblər. Hələ də ateizmlə dindarlığın absurd mübarizəsi gedir. Hələ də ədəbiyyatda qoca-gənc davası gedir, hələ də vətənşüvənlik yoxsa kosmpolitlik davası gedir.
Nəysə, "Alma qəzeti", ad günün mübarək!

Комментариев нет:
Отправить комментарий