“Hər bir kursant kimi mən də yatdığım yerin döşəməsini özüm yuyurdum”
Yeni layihə - "Sən Əsgər olanda”
Qonaqlarımıza hərbi xidmətdə olduqları dövrlə bağlı suallar verəcək, onaların əsgər həyatının görünməyən tərəfləri ilə oxucularımızı tanış edəcəyik. Hər bir şəxs özünü bu lahiyənin qonağı kimi görə bilər. Artıq çoxdan arxada qalmış əsgər həyatının xatirələrini oxucularımıla bölüşmək istəyən varsa, bizimlə əlaqə saxlaya bilər. Lahiyəmizin ilk qonağı isə, tanınmış yazıçı, dramatruq, fəlsəfə elimləfi doktoru Firuz Mustafadır. Beləlikə,
- Firuz bəy, Sən əsgər olanda neçənci illər idi və harda xidmət etmisən?
- Mən əsgər olanda 1977-1978-ci illər idi. Əsgərliyə ali məktəbi bitirdikdən sonra, könüllü getdim. Hərbi komissarlığa bir neçə dəfə ərizə yazandan sonra istəyimi gerçəkləşdirə bildim. İl yarım hərbi xidmətdə olmuşam. İlk əvvəl kursant kimi xidmətə başladım və serjant kimi davam etdim.
- "Molodoyluğun" necə keçdi, “stariklərlə” anlaşa bilirdin?
- Bizdə demək olar ki, "molodoyluq" olmayıb, ilk aylar dediyim kimi, kursant olmuşam və “molodoyluq” demək olar ki, yaşamadım.
- Evdən ötrü, doğmalarından yana darıxırdın?
- Əlbəttə, hamı kimi mən də ev-eşik və doğmalar üçün darıxırdım.
- Komandirinin tapşırıqlarını necə yerinə yetirirdin?
- Çalışırdım ki, komandirin tapşırığını yerinə yeririm.
- Əsgərlikdə komandirin qızı, yaxud arvadı ilə aranızda bir şey olub? Sənə də “komandir polk demişdi qızımı al, səni inistita qoyum, şərait yaradım”? Sənsə, qoca ananın həsrətinə dözmədin?
- Xeyr, mənim nə komandirin qızı, nə arvadı, nə də anası ilə eşq məcaram olub. Ümumiyyətlə, o zaman 1-2 dəfə rəqsdə olmağım istisna olmaqla, mənim qadınlarla ünsiyyətim, demək olar ki, olmadı.
- Heç “pol” yumusan?
- Hər bir kursant kimi mən də yatdığım yerin döşəməsini özüm yuyurdum.
- Bəs “samavolkaya” qaçmısan?
-"Samavolkaya" qaçdığımı xatırlamıram.
- Başqa millətlərlə davanız düşürdü?
-Mən başqa millətlərlə bizimkilərin çox davasının şahidi olmuşam və bu cür halların qarşısını almaq üçün əlimdən gələni etmişəm. Dava-dalaş adamı olmamışam.
- Heç sənə “çurban” deyiblər?
-Bizim alayimiz Uzaq Şərqin ən nümunəvi hərbi bölməsi sayılırdı, amma təbii ki, arada mübahisə, dava-şava və söyüş də olurdu, bunsuz əsgər həyatını təsəvvür etmək olmaz.
- Firuz bəy, “Dembl” vaxtların necə keçdi?
- Adi qaydada keçdi, amma xatırlayıram ki, o ərəfədə bolluca yeyib içirdik.
- Tərxis əmrinə 100 gün qalmış hansı mərasimi keçirdiniz?
-Elə bir xüsusi mərasim keçirilmədi. Biz son aylar zabitlik kursunda oxuduq, mən zabit kimi tərxis olundum.
Ehtiyatda olan zabiti sıravi Tural Balabəyli söhbətə tutdu avropa.info
Комментариев нет:
Отправить комментарий