16.09.2012

Ramin Sadiq. Yoxmu?


Yurd  yerimiz  talan  oldu,
Vədlərimiz  yalan  oldu,
Yollarımız  dalan  oldu,
Gediləsi  yolumuz  yox?!

Hədər  gedir  illərimiz,
Lal  edilib  dillərimiz,
Kəsilibdir  əllərimiz,
Qırılacaq  qolumuz  yox?!

Haqqı  haqla  basdırdılar,
Haqqı  haqqdan  asdırdılar,
Haqqı  nahaq  yozdurdular,
Dirənməyə  zorumuz  yox?!

Quba

Комментариев нет:

Отправить комментарий