Auf Wiedersehen her Fokts!
Sentyabrın 14-də “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun növbəti yığıncağı keçirilmiş, yığıncaqda bütün futbol azarkeşlərinə klubun müraciəti qəbul olunmuşdur. Müraciətdə deyilir ki, “Xan Lənkəran” futbol azarkeşləri klubu bütövlükdə Azərbaycan futbolunun azarkeşi olmuş və futbolumuzun inkişafına xidmət etməyə çalışmışdır. Azarkeşlər Azərbaycan millisini özünün qürur yeri hesab edir və onun oyunlarına daha həssaslıqla yanaşır. Bu halda milli qürurun tez-tez sındırılması klub üzvlərini çox ciddi narahat edir, əndişələndirir. Bunun ən ağır tərəfi bu məğlubiyyətləri xalqımıza əcnəbi məşqçilərin yaşatmasıdır. Gətirilən əcnəbi məşqçilər yüksək məvacib almalarına rəğmən uğurlu nəticə verməkdə əvvəlki milli məşqçilərdən nəinki bir elə fəqrqlənmir, əksinə daha sönük görünürlər. Ən yaxşı halda onların göstərdiyi nəticə yerli məşqçilərin nəticəsi ilə eynidir. Amma nədənsə ölkənin ali futbol qrumu olan AFFA əcnəbilərə verdiyi şansı özümüzünkülərə vermir. Adətən klublar da əcnəbi mütəxəsislərə üstünlük verirlər.
Bunun səbəbi kimi əcnəbi məşqçinin komandaya yeni səviyyəli əcnəbi oyunçular cəlb etməsi göstərilir. Bəs milli komandada əcnəbi məşqçinin əhəmiyyəti nədən ibarətdir? Şükür ki, son zamanlar futbolda da azərbaycançılıq siyasətinə üstünlük verilir. Hələlik AFFA daha çətin olana əl atmışdır, o çalışır ki, klublarımızda yerli məşqçilər fəaliyyət göstərsin. Bəs AFFA bu prinsipi nə üçün milli komandaya münasibətdə həyata keçirtmir? Klublardan fərqli olaraq, millidə hər şey AFFA-nın özündən asılıdır. Artıq 5 ildir ki, milli komandanın sükanı arxasında qoca alman çalışdırıcı durur. Lakin onun çalışdırmalarının diqqəti cəlb edən uğurlu nəticəsi yoxdur. Bəhreyn kimi 10-cu dərəcəli komandalara qalib gəlməklə öyünmək çox gülünc olardı. Portuqaliya ilə son oyunda açıq aydın göründü ki, Berti Foqts öz işinin öhtəsindən gələ bilmir. Dil fərqi və yaş amili də öz təsirini göstərir. Adətən yaşlı məşqçilər yaxşı strateq və psixoloq olurlar. Berti də isə bunlar da yoxdur. Böyük hesablı məğlubiyyət əslində heç kim üçün surpriz deyildi. Her Foqts elə bir gün qabaq mətbuat konfransında qeyd etmişdi ki, Portuqaliyaya qələbə qazanmaq üçün yox, öyrənmək üçün gəliblər. Bərəkəllah! Bir məşqçinin bu qədər pessimist və aciz olması komandaya nə fayda verə bilər? Axı biz millət olaraq bu tərbiyyəni görməmişik. Zatən heç almanlar da aciz millət deyillər. Rəqibdən çəkinmək, qorxmaq azərbaycanlıların kitabında heç yazmayıb. Yerli məşqçilər ən azından oyunçuları qeyrətlə oynamağa məcbur edə bilirlər. Necə ki, Qurban Qurbanov “Visla”nın qarşısına qorxmadan, çəkinmədən çıxdı və qalib gəldi. Portuqaliya ilə oyunda oyunçularımız fiziki cəhətdən özlərini göstərə bildilər. Fiziki və texniki cəhətdən dünya ulduzlarına qətiyyən uduzmayan oyunçular hətta bəzi məqamlarda bu ulduzlardan üstün olduqlarını da nümayiş etdirirdilər. Meydanın mərkəzində Rahid Əmirquliyevin, müdafiədə Elnur Allahverdiyev və Maksim Medvedyevin oyununu xüsusi qeyd etməliyik. Lakin oyunçuları meydana qorxaq taktika ilə buraxan Berti Foqts düşünmədi ki, müdafiə olunan komanda hücum edəndən daha tez yorulur? Bu oyunda hətta bəxt də bizim tərəfimizdə idi, top da, dirək də, təkcə baş məşqçidən savayı. Halbuki düzgün qurulmuş taktika ilə bu oyundan ən azı bir xal almaq mümkün idi. Amma Cənab Foqts bunu bacarmadı. Əfran İsmayılov və Vüqar Nadirov kimi sürətli cinah yarımmüdafiəçilərini ehtiyyatda otuzduran her Foqts güya ki, əks-hücum barədə düşünürdü. Amma bunu sübut edəcək heç bir taktiki gediş qeyd olunmadı. Əslində onun niyyəti bu oyunda mümkün qədər az top buraxmaq idi. Sonra bunu sözdə qabardıb deyəcəkdi ki, gördünüz, biz səfərdə Portuqaliya yığmasına daha az qolla uduzduq. Bu isə o deməkdir ki, artıq futbolumuzda inkişaf var. Amma bu uşağa da yaxşı məlumdur ki, belə inkişaf olmur, hansı hesabla olursa-olsun, məğlubiyyətlə öyünmürlər. Oyun zamanı edilən səhflər haqqında çox söz yazmaq olar. Hələ İsrail ilə oyunda buraxılan ciddi məşqçi səhfləri də az deyildi. Öz klubunun heyətində Avropanın ən güclü komandalarına qalib gələ bilən futbolçularımız nədən qələbələri milli komandaya da gətirə bilmirlər? Cavab aydındır, deməli, klublarda bu futbolçularla məşqçi işi daha yüksək səviyyədədir. Elə isə yığmanın baş məşqçisi postunda bu klublardan birinin məşqçisini təyin etmək daha düzgün olmazmı? İsraillə Bakıda əldə olunan bərabərliyi böyük uğur hesab edənlər eyni qrupda yer almış Rusiya yığmasının Tel-Əvivdə İsrailə 4 cavabsız qol vurmasından xəbərdardırlarmı? Beş il ərzində yığmaya fayda verməyən bir fərsiz məşqçinin daha beş il də bu vəzifəni məşğul etməsi nə dərəcədə ağıllı addım olardı? Bütün bunlar nəzərə alan “Xan Lənkəran” Futbol Azarkeşləri Klubu özünün 5000 nəfərlik üzvləri adından milli koamdanın baş məşqçisi Berti Foqtsu özünə hörmət etməyə və istefa verməyə çağırırıq. Ümid edirik ki, bu müraciət ona doğru tərcümə olunacaq. Heç ola bilməz ki, öz şəxsində böyük alman mədəniyyətinin nüanslarını daşıyan bir şəxs öz ləyaqətinin aşağılanmasına qarşı dözümlü olsun. Bir müddət əvvəl jurnalislərin aftafa şousuna məhəl qoymayan cənab Foqts əminik ki, bizim çağrışımızı eşidəcək, özünə hörmət qoyub, yığmadan istefa verəcək.. Əks halda biz bütün futbol mütəxəssilərini və çoxminlik azarkeş ordusunu daha təsirli addımlar atmağa, stadionda millinin növbəti oyunu zamanı Berti Fokstun ünvanına pampers dəsti göndərməyə və ya hamılıqla “Auf Wiedersehen her Fokts!” deməyə çağırırıq. “Xan Lənkəran” Futbol Azarkeşlər Klubu toplantının sonunda bu çağırışı geniş məşq etmişdir.
Elshan Imamaliyev

Комментариев нет:
Отправить комментарий