16.05.2013

Access Bank vətəndaşlara necə zülm edir?

Redaksiyanın poçtundan

Xalqa gecikməyə görə gündəklik faiz və cərimələr hesablamağa bu banka kim ixtiyar verib?

Hər gün 3 batalyon adam bankirlər tərəfindən girov götürülür, hər saat daha 50 nəfər borclular cərgəsinə qoşulur, ona görə də modern köləlik sistemi güclənir və hər gün yeni-yeni soyğunçuluq formullarını üzərimizdə sınaqdan keçirirlər

 Access Bankın Cəlilabad filialından artıq 3-cü dəfədir kredit götürürəm. 1-ci dəfə 3500 götürmüşəm, 4167 manat pul qaytarmışam, 667 manat artıq sələm pulu vermişəm. 2-ci dəfə 7800 manat götürmüşəm, 9881 manat qaytarmalıydım, yəni nə az nə çox, bu təşkilata 2081 manat artıq pul verməliyidim! 4 ay ödədikdən sonra mənə 5 min manat da lazım oldu, Cəlilabad filialına müraciət etdim. Mənə dedilər ki, gəl sənə 5 min mant yox, 15 min dollar verək. Vətəndaşa bu cür istədiyindən qat-qat artıq pul təklif edib şirnikləndirmək də onların metodikasıdır, əslində cinayətdir, bu yolla nə qədər vətəndaşı tələyə salıblar.
Halbuki mənə 15 min dollar Amerikan qondarma kağızı lazım deyildi, 5 min Azərbaycan milli manatı lazım idi. Bu da bir oyundur ki, Access Bank ustalıqla Azərbaycanda oynayır. Vətəndaşları tez-tez bu cür şirnikləndirib tora salırlar, 5 manat istəyənə 15 təklif edirlər, sonra isə müxtəlif üsullarla həmin pulu geri alırlar, təzyiq yolu, məhkəmə qətnamələri işə düşür. Mən Azərbaycan Dövlət rəhbərlərimizdən soruşmaq istəyirəm ki, Azərbaycan məhkəmələri nə vaxta kimi bankların xeyrinə qərar çıxaracaqlar? Biz kreditorlar niyə Azərbaycanda əzilənlər sinfinə çevrilmişik?
 Mən əvvəl 15 min dolları, yəni 11583 manatı götürməyə razılıq verdim. Lakin mənə dedilər ki, bu puldan sənin bizə keçən dəfədən olan borcunu – 7672 manatı çıxacayıq. Dedilər ki, ödənişdən sonra yerdə qalan borcun faizini də çıxırıq, onda sənin bizə keçən dəfədən 6523 manat borcun qalır. Beləliklə, mənim götürdüyüm 11583 manatdan keçən dəfədən qalan 6523 manatı çıxdılar, mənə cəmi-cümlətanı 5074 manat verdilər.
 Evdə hesablayanda gördüm ki, mənə nədənsə 844 manat artıq pul hesarlayıblar. Əgər mən keçən dəfəki 7672 manat borcumu və bu dəfəki mənə faktiki verilən 5074 manatı ödəsəydim, banka cəmi 13972 manat ödəyəcəkdim. Lakin Access Bankın mənə qurduğu fırıldaq sxemi üzrə ödədikdə 14816 manat pul ödəməliydim. Hesablayanda gördüm ki, 844 manat fərq eləyir. Access Bank açıq-aşkar məni aldatmağa çalışırdı. Ola bilsin Acess Bank rəhbərliyi üçün 844 manat cüzi məbləğdir, ancaq mənçün böyük itkidir. Banka etirazımı bildirdim, gətirib pulu banka təqdim etdim ki, bu qədər ağçılıq olmaz, adamı göz görə-görə aldadırsınız, siz hələ yüksək faizlə pul verməyiniz bir yana, mənə 844 manat artıq pul hesablamısınız! Pulu banka verib evə gəldim.
 Axşamçağı bankın işçiləri 90-CT-335 nömrəli xarici maşınla evimə doluşdu. Həyətimdə səs-küy yarandı, evdəki körpə uşaqlarım, ailəm stressə düşdülər. Bankın işçiləri zorla pulu mənə verib dedilər ki, götür, heç yana qaça bilməzsən, hansı yolla olursa-olsun bu pulu ödətdirəcəyik. Dedim ki, mən bankrot olmuşam, borcun içindəyəm, bu qədər artıq pulu ödəməyə imkanım yoxdur. Dedilər xeyri yoxdur, bizdən bu pulu götürmüsənsə, axıra kimi ödəməlisən. Biz bilirik necə ödətdirəcəyik, gecikdirsən faiz gələcəyik, lazım olsa əmlakını əlindən alacayıq. Hay-küyə qapıma çoxlu adam, qonşularım yığışdı. Bankın işçiləri xüsusi formada olduqlarından qonşular elə bildilər ki, onlar polislərdir. Gərginlikdən təzyiqim qalxmışdı. Pulu götürmürdüm, zorla həyətimə girdilər, mən onları itələyib çölə çıxartmağa cəhd etdim, pulu həyətimdən çöldə olan vedrənin içinə tullayıb getdilər. Bütün əsəblərim gərilmişdi, özüm Qarabağ veteranıyam, 2-ci qrup əliləm, xəstəyəm. Vedrəyə təpiklə vurdum, vedrə aşdı, pul yerə səpələndi. Sonra evə girib dərman atmalı oldum, əsəbdən əllərim əsirdi. Uşaqlarım həyəcandan və qorxudan ağlaşırdı. Həyətə çoxlu adamlar yığışmışdı, dedilər ki, pul küçəyə səpələnib, yığaq gətirək. Dedim o fırıldaqçıların pulu mənə lazım deyil, canları çıxıb gəlib götürərlər. Pulun sonrakı taleyindən xəbərim olmadı.
 Bu banka 1-ci dəfə 70 manat, 2-ci dəfə 78 manat, 3-cü dəfə 120 manat məndən ödəniş cədvəlində göstərilməyən xidmət haqqı deyilən pul ödəmişəm. Sən demə, Access Bankın öz işçilərinə ödədiyi maaşı biz kreditorlar ödəməliymişik. Xahiş edirəm ki, Access Bank mənim ödədiyim üst-üstə 268 manatı da geri qaytarsın və vətəndaşları haqsız olaraq soymağa son qoysun. Mən dövlət orqanlarına şikayət edəcəyimi bildirdikdə dedilər ki, gətir müqaviləni dəyişək, biz düzgün müqavilə bağlamamışıq,  səhv hesablamışıq, bilmədən sənə çoxlu faizlər yazmışıq. Mənə bildirdilər ki, aya 20 dollar artıq pul hesablanıb, onları silək, sənin pulundan ümumilikdə 300 dolllar çıxaq. Guya mənə hörmət edirdilər. Əsas məqsəd o idi ki mən heç yerə yazmayım və bu kağızlar dövlət orqanlarına gedib çıxmasın. Bankla bağlı kağızlarımı və pulu mənə zorla verən bank işçilərinin şəkillərini sizə göndərirəm ki, araşdırasınız.
 Mən artıq 20 ildir ki, banka sələm ödəyirəm. Müstəqillik yaranandan bir gün görməmişəm. 2 qardaş Qarabağ veteranıyıq, müharibədən qayıdandan günümüz qan-fəğanla keçir, xoş günümüz olmayıb.
3 uşağımın gözü görmür, eynək taxırlar, özüm 2-ci qrup əliləm, yoldaşım cərrahiyyə əməliyyatından çıxıb, hamımız xəstə adamlarıq. Müalicəmiz üçün çoxlu pullar lazımdır. Həkimlər deyir ki, uşaqlarının gözü üçün ikra yeməlidirlər. Amma biz bədbəxtlər ikranı hardan tapaq? İkra pulsuz İsrailə daşınır. Afrikanın dibində yaşayan yəhudi Azırbaycan ikrası yeyə bilir, amma biz bədbəxt azərbaycanlılar ikra yeyə bilmirik. Biz bəyəm 2 qardaş ona görə Qarabağda canımızı qoymuşuq ki, respublikanın ikrası İsrailə daşınsın və biz ömrü boyu bank sələmi ödəyək? Bu necə olur? Axı biz müstəqil olmuşduq ki, həmin ikranı özümüz yeyək. Etibar Məmmədov şəstlə xalqa bildirirdi ki, torpağınızı 5 santimetr qızıldan edəcəyik. Budurmu müstəqillik? Azərbaycan xalqı bankların əlində əsirə çevrilib, qan ağlayır.
 Borcun-xərcin içindəyik, bizim başımıza çarə qalın, bizi banklarla baş-başa qoymayın, xalqı bu sələmçilərin cənginə verməyin. Mən Acess Banka ayda 850 manat pul ödəməliyəm, gəlin görək respublikamızda bir qrup varlıdan başqa kim aya 850 manat qazanır, ya maaş alır? Heç kim. Xalq acından qırılır. Məhz ona görə də ölkədə problemli kreditlərin həddi sürətlə artır.
 Rusiyada qlobal maliyyə böhranı başladıqdan sonra problemli kreditlərlə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı oldu. Həmin qərarla vətəndaşlara problemli kreditləri qaytara bilmək üçün 5 il güzəşt müddəti tətbiq edildi. Praktiki olaraq məhz kreditləri qaytara bilməyənlərə həmin müddətdə faizlərin hesablanması saxlanıldı. Amma Azərbaycanda əks proseslər müşahidə olundu. Yəni krediti qaytara bilməyən vətəndaşlara güzəştlərin tətbiq olunması əvəzinə, Banklar Assosiasiyası krediti qaytara bilməyənlərin ölkəni tərk etməsinə qadağa qoyulması ilə bağlı parlament və Nazirlər Kabinetinə müraciət etdi. Nəticədə xalq sələmçi bankların girovuna çevrildi. Bu onu göstərir ki, kommersiya bankları ilə müştərilər və kredit götürənlər arasında olan münasibətlər sivil deyil. Kommersiya bankları nəyin bahasına olursa-olsun, problemli kreditləri vətəndaşlar vasitəsilə həll etməyə çalışır. Təbii ki bu cür siyasət doğru deyil. Çünki bu ona gətirib çıxarır ki, vətəndaşlar bir növ diskriminasiyaya məruz qalır. Biz quldarlıq quruluşunun yeni forması ilə üzbəüz qalırıq. Məhz buna görə də bir çox ekspertlər bankların qabağına yığışan ödənişçiləri yeni dövrün qulları adlandırırlar.
 Təəssüf ki, müstəqillik dövründə elə bir soyğunçuluq mexanizmi yaranıb ki vətəndaş istismar oluna-oluna, soyula-soyula gəlir və ona çatan axırıncı tikəsini, maaşını da aparıb bankirin ağzına qoyur. Aydındır ki, belə girovun şəxsi həyatı da cəhənnəmə çevrilir. Bank sistemi elə bir şərait yaradır ki, vətəndaşın girov kəndirini götürüb boğazına keçirməkdən başqa seçim yolu qalmır. Bank sələmni ölkəmizə təşrif buyurandan üzü bəri təqribən 10 min azərbaycanlı intihar edərək özünü öldürdü. Heç şübhəsiz ki bank sistemi piyləndikcə, şişdikcə intiharların sayı da artacaq. Yəqin AccessBank gözləyir ki, mən də intihar edəcəm, onlar pulu ailəmdən alacaqlar, amma mən keçmiş döyüşçüyəm, bu qansoranlarla sona kimi döyüşəcəyəm, lazım olsa xarici dövlətlərə müraciət edib kömək istəyəcəyəm. Borc kəndirini boğazımızdan çıxarmağa siz borclusunuz, çünki biz sizin xalqınızıq, hər seçkidə sizə səs veririk, çalışırıq, müharibədə döyüşürük. Əgər siz bizi bu bəladan xilas etməsəniz, xarici dövlətlərə müraciət etməyimiz təbiidir. 2010-cu ilin əvvəlindən 2012-ci ilin axırına kimi 820 min nəfər Azərbaycan övladı bankirlərə borclanaraq borclu vəziyyətinə, daha 270 min nəfər isə zamin qismində bankların girovuna çevrilib. Deməli, son 3 il ərzində 1 milyon 100 min nəfər bankirlərin toxuduğu borc toruna düşüblər. Bu isə hər keçən gün orta hesabla 1100 nəfərin bankirlərə borclandığını göstərir. Başqa sözlə hər gün 3 batalyon əsgər bankirlər tərəfindən girov götürülür, hər saat daha 50 nəfər borclular cərgəsinə qoşulur, ona görədə modern köləlik sistemi güclənir və hər gün yeni-yeni soyğunçuluq formullarını üzərimizdən sınaqdan keçirir.
 Nədənsə bir nəfəri soyana cinayətkar deyən dövlət bütöv bir cəmiyyəti soyan şəxsə bankir, biznesmen deyir və onu qoruyur. Əslində isə bank işi total oğurluqdan və qarətçilikdən başqa bir şey deyil. Bertold Brext deyirdi ki, “Bir bankı soymaq bir bankı açmaqdan daha böyük cinayət deyildir”. Bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri bank sektorudur. İslam əqidəsinə görə də sələmçilik, faiz almaq günahdır, Access Bank mərkəzi Almaniyada olan bir yəhudi bankıdır, getsinlər öz Almaniyalarında nə qədər sələm paylayırlar paylasınlar! Nə istəyirlər bu xalqın canından?! Əl çəksinlər yaxamızdan!
 Məhkəmələrdə kredit tipli işlərə baxılarkən bankların, bank olmayan kredit təşkilatlarının xeyrinə qərar verilir. Bankların maliyyə imkanları kredit alanlardan çox olduğuna görə, məhkəmələr ədaləti yox, onların gücünü nəzərə alır. Bu isə digər vətəndaşların hüququnun pozulmasına gətirib çıxarır.

Dövlətov Ziyad
Cəlilabad rayonu sakini

ACCESS BANKIN ÜNVANI:
Əlövsət Quliyev küç., 137
Теlefon.: (+99412) 493-07-26

Şəkillərdə: Access Bankın işçiləri Cəlilabadda zorla həyət və dükanlara doluşub sələm təklif edirlər



Комментариев нет:

Отправить комментарий