14.05.2013

Vahid Aslan. Şuşanın işğal günü


Bu gün də yığışıb verdik baş-başa,
Qeyd etdik Şuşanın işğal gününü;
Hələ də düşmənə əsirdi Şuşa,
Hələ də ümiddən asıb özünü;

Şuşa günü-gündən erməniləşir,
Bizsə,.. gözləyirik nəyi, bilmirəm?
Düşmənin təhqiri bağrımı deşir,
Cavab vermirəmsə, niyə ölmürəm...

Zaman uzandıqca ümid nazilir,
Hansı siyasətdən danışırıq biz;
Orda - əsirlikdə Şuşa inləyir,
Burda – vəzifəyçün dalaşırıq biz;


Dayan! Çıxışını saxla bu yerdə,
Sözlə oynamaqdan nə çıxar axı...
Mən görə bilmirəm əlac, bu dərdə,
Əgər, unutmasaq, unutqanlığı.

Комментариев нет:

Отправить комментарий