17.05.2013

Həqiqəti kor hesab etməyək

Qalib Şəfahət

Sayman Aruzun “100 il inqilab”romanı çap olunduqdan sonra türkçülüyün düşmənləri Azərbaycan yazarına qarşı dolayı yolla antitəbliğat  aparırlar


Son dövrlər Azərbaycanda ciddi ədəbiyyat sanki tənəzzül dövrünü yaşayır. Xüsusən də türklərin(söhbət azərbaycan türklərindən gedir,türk dünyasını da başa düşsələr hesab etsinlər yanılmayıblar)  taleh yüklü məsələlərini özündə əks etdirən ədəbiyyat bu xalqa gərək deyil.
Populist ədəbiyyat çox qabağa çıxıb. Xüsusən də yüngül ədəbiyyat, bəlkə də buna qeyri ciddi ədəbiyyat deyəcəklər.
Hal -hazırda bir neçə qruplar formalaşıb, (amma keçmişımizdə ədəbiyyat dərnəkləri olardı, ciddi  ədəbiyyatı təbliğ etmək üçün) kimi istifadə etdiyi xanımını qabağa verir, kimsə öz yaxınını qabağa çıxarır. Çixarır deyəndə bu xalqın gözünə soxur. Amma kor, kar olanlar qədər  görənlər, eşidənlər də var. Bu tendensiya Azərbaycan Yazıçılar İttifaqından (AYB) tutmuş, xirda dərgilərə qədər davam edir. Bəlkə də kimsə öz adamını AYB-yə qəbul etdirib təqaüdə yazdıranla, haqqında populist yazı yazdıranlar da az deyil.Buna inanırlar da ki, kulək əsəndə saman çöpü uçan kimi, bunlar hamısı ötərgidir. Ciddi ədəbiyyat qalacaq.
Azərbaycanın dərdi ilə dərdləşən, cənublu-şimallı azərbaycanımızın dərdini özündə birləşdirən ədəbiyyat  bir növ kölgədə saxlanılır (söhbət ciddi ədəbiyyatdan gedir, tuman ədəbiyyatından yox).
Bir vaxt populist  türkçülər Ə. Əylislini az qalırdı qulağını qoparsınlar, (demirəm o haqlı idi) amma türkçülüyü qorumaq bizim borucumuz deyilmi?
Bədbəxtçıliyimiz ondadır ki, Sayman Aruzun “100 il inqilab”romanı çap olunduqdan sonra türkçülüyün düşmənləri Azərbaycan yazarına qarşı dolayı yolla antitəbliğat  aparırlar. Hansı yolla olur-olsun ona qarşı şıxmağa çalışırlar. Bilmirəm bu romanı oxuyublar-oxumayıblar, ancaq  estetik və bədii dəyəri özündə əks etdirən,tarixi bir romandır. O populistlərin qabilyəti çatmaz ki,bu qədər həqiqəti əks etdirən və dəyərli bir ədəbiyyat ortaya qoysunlar.Əgər etirazları varsa həqiqət göz qabağındadır.Yalanı gözə soxmayaq, gəlin həqiqətdən danışaq, söhbət  ədəbiyyatdan gedirsə!..
Sayman Aruz bir yazar kimi cənublu-şimalli millətini sevirsə, öz millətinin dərdini bədii obrazlarla demək gücünə malikdirsə, layiqincə ədəbiyyatımızı təmsil edirsə, niyə olduğu qədər mənəvi dəyərlərimizə qiymət verməyi bacarmırıq...
  Gəlin, həqiqəti kor hesab etməyək...

Комментариев нет:

Отправить комментарий