Ayılar, ay ayılar
Nəhəng, qorxunc ayılar
Armud yetişib bolluca,
Yeyib siz də doyunca,
Yatarsız qış boyunca
Arılar işlər il boyu
Pətəklər olar bal dolu
Arılardan xəbərsiz,
Yeyərsiz səssiz-səssiz
Əgər doysa,qarnınız,
Bir az qalsa, halınız,
Mışıl-mışıl yatanda
Nə görmüsüz yuxuda?..
Nağıl edin bir az da.
Anamın ad günü
Anamın ad günüdü
Hədiyyə alım gərək
Amma heç yoxdur pulum?!
Nənəmə deyəm gərək.
Gedib dedim nənəmə:
Nənə, nənə, can nənə
Tez pul ver, görüm mənə!
Nənəm dedi:
Ay bala de,
Görüm bir sən mənə.
Nəyinə gərəkdi pul?
Balacasan sən hələ!
Dedim:
Anamın ad günüdür
Hədiyyə alam gərək
Nənəm çox fikirləşdi,
Gülümsəyib söylədi:
Ay üzü göyçək balam,
Ürəyi çiçək balam
Dünyanın ən böyük
Supermarketlərini
Gəzib,dolansan belə,
Tapmazsan özün kimi
Sən bahalı hədiyyə.
Комментариев нет:
Отправить комментарий