16.02.2017

Fail Sönməz - Bəlkə

Mənim taleyimdən danış, ay ana,
Qərib doğulmuşam mayadan bəlkə?
Mən sənin bətnində tərpəndimmi hec,
Əzəl yaranmışam qayadan bəlkə...

Anacan, olmuşam ürəyi xəstə,
Gəl dayan könlümün başının üstə,
Bir ağız layla de, bir ağız bəstə,
Oyanam bu acı röyadan bəlkə.

Vətəndir Failin ocağı, piri,
Dağlara vurğunam əzəldən bəri,
Göm məni buraya gəl diri-diri,
Bir qərib azala dünyadan bəlkə...

 Uzaq Tula vilayəti, 13.02.2017

Комментариев нет:

Отправить комментарий