11.02.2017

Qərbin Şərq ölkələri üçün hazırladığı saxta ziyalılar

Doktor Əli Şəriəti

Ziyalı kimdir? Ziyalı təqlid etməklə, özünü birinə oxşadmaqla və ya tərcümə etməklə olmaz. Belə edərək həkim, mühəndis, memar və s. peşə sahibləri meydana gələ bilər, amma ziyalı ola bilməz. Ziyalı yeni formada, yeni şəkildə düşünə biləndir. Oxuyub, yaza bilməsə də olar.
Fəlsəfəni bilmirsə bilməsin. Fiqh alimi deyilsə, olmasın heç. Amma zəmanəni hiss etməli, xalqı anlamalıdır. Bu gün necə düşünmək lazımdır gərək bilsin. Necə bir məsuliyyət daşıdığını və bu məsuliyyətin qarşısında necə fədakarlıqlar etməli olduğunu bilməlidir. Lakin İslam coğrafiyasında və qərbdə ziyalı necə meydana gəlir? Jan Pol Sartr özünün "Yer üzünün lənətliləri" kitabının ön sözündə şərqlilər üçün qərbin necə ziyalı yetişdirdiyini açaraq deyir: "Biz qəbilə başçıları və onların ailələrini, pula və gücə sahib olan Afrika və Asiya ağalarını Avropaya gətirib, Amsterdamı, Londonu, Parisi və s. şəhərləri bır neçə gün gəzdiririk. Paltarlarını dəyişdirir, yeni sosial əlaqələr öyrənirlər deyirik. Beləcə bunlar yeni geyim tərzi, özünü aparma tərzini öyrənirlər. Avropa ənənələrinə görə toy edib, Avropa adətlərinə görə evlənirlər. Təzə mebelli yeni həyat, yeni bəzəklər, Avropa mətbəxi və Avropaya uyğun yaşayış həyatını öyrənirlər. Qısaca ölkələrinin Avropalaşmasını qəlblərinə yerləşdirirdik. Və bu əməliyyatdan sonra onları öz vətənlərinə göndərirdik. Hansı ki, o ölkələrinin qapıları bizim üzümüzə həmişə bağlı idi, o ölkələrə ki, bizim yolumuz yox idi. Biz nəcis idik, cin kimi qıraqdan onlara gülürdük, biz düşmən idik. Bizdən qorxurdular, insan görməmişdilər. Bundan sonra biz Amsterdamdan, Berlindən, Parisdən fəryad edirdik. İnsanların qardaşlığı zaman keçmədən səsimizin Afrikanın başqa-başqa diyarlarından, məhz bu ziyalıların ağzından suya atılan daşın göstərdiyi dalğalar kimi əks-səda verdiyini görürdük. İnsanların qardaşlığı deyə fəryad edirdik. "Müxtəlif dinlərin yerinə, bəşəriyyət dini" teoriyasını ortaya atırdıq və o ziyalılar da bunu təkrarlayırdı. Onların ağzı ilə deyilən sözlər, əslində bizim sözlərimiz idi. Bundan sonra onların sözlərinin bitdiyi vaxt (əlbəttə ki, bizim onlara təqdim etdiyimizdən başqa), xalqın sözlərini də boğduqlarını görürdük.
Bu avropalı ziyalılar- əslində islam və ya şərq ölkələrində müəyyən bir obrazı öhdəliyinə götürmüş ziyalıdır. İmperialistlərin tanımadıqları ölkələrdə "yol göstərən, lider" olaraq dilini bilmədikləri insanların arasında onların köməkçiləri olan "ziyalı"lardır. Şərqdə gur, sulu və möhtəşəm ağacların arasında Qərb imperializminin zəhərli mədəniyyət, fəlsəfə, iqtisadiyyatı üçün bir qurd, bir həşərat rolunu oynamaqdadırlar. Bu ziyalı adı ilə meydana çıxartdığımız qurdlar bizim dilimizi bilirdilər və onların ən böyük arzusu da bizim kimi olmaq idi. Bizdən əvvəlkilər kimi deyil, məhz bizim kimi. Mədəniyyətlərin, güclü dindarların, mədəniyyət ortaya çıxardan din hərəkatlarının, əxlaqi əsilzadəlik düşüncələrinin və insani fikirlərin içindən gələn bu adamlar vaxt keçdikləri elə özlərini də məhv etməyə başladılar. Hansı ad altında? Xurafələrlə, irtica ilə, konservativliklə mübarizə edən XVII, XVIII əsrlərdə yaşamış və kilsə irticasına qarşı mübarizə aparan insanların adı altında.
Baniləri, qəhrəmanları və liderləri Qaliley, Kopernik, Kant, J.J.Russo, Valter, azadlıqpərəstləri xalqın qurtuluşu üçün həyatlarını, canlarını, yaşayışlarını qurban verən fikir sahibləri, müdriklər olan Avropa ziyalıları və bəhs edilən "ziyalılar"... Qərbin ziyalıları qarşılığını ödəyərək, bizimkilər isə təqlid edərək ziyalı oldular.

Tərcümə: Sahil Qənbərli

Комментариев нет:

Отправить комментарий