16.02.2017

Get öl orda torpağı atıb qaçanların yerinə!

Müttəqi Bərməki

Bir neçə gündür Şahin Mirzəliyevin Ermənistana getməsi barəsində statuslar oxuyuram və belə qərara gəldim ki mən də bir iki söz yazım. Mən tatam, yəni Qafqaz parsilərindənəm, amma bir qrup talış qardaşlarıma və bəzi başqa həmvətənlərimə demək istədiklərim var. 
Birincisi qeyd edim ki, mən kiminsə Ermənistana getməsinin əleyhinəyəm. Bunu bəri başdan əvvəldən yazıram ki, kimsə əsas sözləri kənarda qoyub mövzunu yayındırmasın. Bir daha təkrar edirəm ki mən Azərbaycanın ərazi bütövlüyünü istəyirəm, müsəlmanaların torpaqlarının qaytarılmasını istəyirəm. İstəyirəm ki ölkə çiçəklənsin, xalq xoşbəxt olsun, xalqlar xoşbəxt olsun. Kim istəmir bunu? Lakin bu Azərbaycanda yaşayan bütün xalqalrın haqlarının verilməsindən keçir.
Talış xalqının təqib olunan nümayəndəsi Şahin Mirzəliyev Ermənistanda müvəqqəti sığınacaq aldı. Bu baş verən kimi hamı xorla başladı bu insanı günahlandırmağa. Mən hesab edirəm ki bu ədalətli yanaşma deyil. Sual verirəm onlara. Bəs Şahin Mirzəliyev təqib olunanda sizin səsiniz niyə çıxmırdı? Niyə mumlamışdız? O insan ailəsini, ağır xəstə olan həyat yoldaşını götürüb vətənindən niyə qaçmalı idi? O nə etmişdi? Onu kim məcbur etdi ki, hətta uşaqlarını da götürsün və ölkəni tərk etsin? Axı o dərhal Ermənistana getməmişdi. O əvvəl Gürcüstana getdi və orda BMT-in nüməyəndəliyində sıxınacaq tapdı. Azərbaycan hakimiyyəti hətta orda onu təzyiq altında saxladı. Bakıdan Gürcüstana gedən göstərişlərə əsasən orda gürcülər bu ailəyə təzyiqlər edirdi. Məsələn, ağır xəstə olan həyat yoldaşına heç bir yardım edilmirdi, balaları xəstələnəndə belə onlara dərman verilmirdi. Qızdırmanı salmağa belə dərman vermirdilər. Hələ bu adam Gürcüstandadır və Ermənistana getməyib. Ordan o hamıdan yardım istədi. Amma Azərbaycandan yardım gəlmədi. Ailəsinin vəziyyətini elə ağırlaşdırmışdılar ki, o ordan qayıtsın dala. Dala qayıtsaydı onu Azərbaycanda talış xalqının fəalı və ziyalısı olan Novruzəli Məmmədov kimi öldürəcəkdilər. Novruzəlinin oğullarını da öldürdülər. Kimsə deyər ki, qoy qayıdaydı, qoy onu öldürəydilər. Necə də rahatdır belə sözlər demək! Onu öldürsəydilər balalarına, kim baxacaqdı? Sən baxacaqdın?! Axı hansı kitabda yazılıb ki, bir insan hökmən özünü bu hala salmalıdır, ölməlidir?
Bir özünüzə sual verin, axı indiyə kimi niyə siz Şahin Mirzəliyevin fəryadlarına susmusunuz? O Gürcüstanda ağır vəziyyətdə həyəcan içində olanda siz heç nə demirdiniz. Gürcüstan onu artıq alıb Azərbaycana təhvil verəcəkdi. Necə rahatdır evdə oturub qəhərəmanlıqdan yazı yazmağa. Niyə axı bu adam Azərbaycanı tərk etməli idi? Şahini tənqid edənlər, ona söyüş söyənlər birinci bu hakimiyyəti söyməliydilər.
Bəziləri də yazır ki o talış xalqının üzünü qara elədi. Bu sözü hətta bəzi talışlardan oxudum. Bu nə düşüncədir? Ay talış! Sən kimin qabağında özünü müdafiə edirsən? Kimin qabağında özünə bəraət qazanmaq istəyirsən?! Sənə qarşı düşməncilik edən əclafların?!
Bunlara talış xalqınln məhvi lazımdır. Sən özünün bütün hüquqlarını həvalə etmisən bu pantürkçü dövlətə, onlar da sənə düşmən və dost təyin edirlər. Onlar sənə əmr verirlər ki, bax bununla düşmən ol, bununla qardaş ol. Mən nə dedimsə elə olmalıdır. Özləri gedib Ermənistanda şirkətlər açırlar. Moskvada erməniləlrə birgə tədbirlərdə iştirak edirlər. Erməniləri Bakiya dəvət edirlər. Nazirləri çıxıb deyir ki “ermənilərlə azərbaycanlılar düşmən deyil”. Bunu dövlət məmuru deyir, hamı susur. Azərbaycan dövləti erməni kilsələrinə pulsuz qaz verir, cəmiyyət susur, Rövnəq Abdullayevə xain demir. Xainlər sizin başınızda oturub. Torpaqları da bu xainlər öz hakimiyyətlərinə görə veriblər. Talışlar da kimlə lazım bilər onlarla əlaqə qurar, onlarla danışıq aparar.
Bir quldur yerlibaz klan gəlib qədim tarixi olan xalqa göstəriş verəcək ki sən özünü necə aparmalısan. Yalandan da Qarabağ kartından istifadə edir, “erməni, erməni” lozunqunu ortaya atır ki, hamının səsini kəssin. Əslində özləri ermənidən də pisdirlər. Onsuz da bunların hakimiyyətinin sonuna az qalıb.
Talış, sən ayrıca bir müstəqil xalqsan. Sən özün öz müqəddəratını təyin eləməlisən. Niyə sənin yerinə kimsə danışmalıdır? Məgər sən bu cinayətkar rejimin şəxsi mülkiyyətisən? Sənin vəziyyətin bilirsən nəyə oxşayır? Roma İmperiyasında fəth olunmuş xalqları orduya götürürdülər bir yardımçı kimi, qələbələr Romaya şərəf gətirirdi o xalqlara isə heç nə. Onlara çatan ancaq ölülər olurdu. Sonra Roma İmperiyası fəth olmuş xaqların ərazilərinə öz romalılarını köçürürdü. Bü gündə sənin torpaqlarına qaçqınları köçürürlər, bilərəkdən sənin əhalini qarışdırdılar, məntəqələrin adını dəyişdilər, səni türkləşdirdilər. Sənə nə televiziya, nə radio, nə qəzet- heç bir şey vermirlər. İndi sən bu xain əclafların qarşısında çıxıb deyirsən ki kimsə üzünü qara elədi. Sən niyə düşünmürsən ki, onlar sənin qarşında üzü qaradır? Sən bir bax gör hansı gündə yaşayırsan? Rejim hamıya zülm edir? Razıyam. Amma sənə ay talış, sənə hamıdan çox edir. Hamını bir millət kimi silmir, səni bir millət kimi silir. Hamıda susur!
Sənin etiraz səsin gələndə isə bunlar başlayır “talış qəhrəmandır, talış Qarabağda belə döyüşdü, belə vurdu dağıtdı, şəhid verdi”. Düzdür, olub bunlar. Yaxşı bəs əvəzində nə oldu? Ay talış, sadəlöhv avam olma, ay “gic talış”, “12-dən sonra başı işləməyən” talış, “borani vaaaar” talış, “qəndun vaaaar” talış, “limu vaaar” talış... Səni bu manıs, prezident tulaları olan “KVN”-di dir nədir, Bakı səhnəsində ələ saldılar, heç kim buna etiraz etmədi. Səhnədə dedilər Lənkəranda 12-dən sonra talışlar gecəniz xeyirə. Bu atmacalar elə belə ortaya çıxmayıb, ay sadəlöhv talış. Bu ilan siyasəti çoxdandır aparırlır.
Sən qurbanları kimə və nəyə görə vermisən? Bir nəfərini göstər ki yüksək vəzifədədir. Hanı talış nazirlərin? Hanı baş nazirin müavinləri olan talışlar? Niyə baş nazir, parlament sədri, heç olmasa müavini talış deyil? Tarixdə bir dəfə belə vəzifədə talış olub Azərbaycanda? Müharibə olanda isə buyur talış keç qabağa. Get öl orda torpağı atıb qaçanların yerinə. Niyə talış regionunda bir nəfər də talış icra başçısı yoxdur? Nə gündədir o rayonlar? Onlar istəmir ki talış xalqından bir görkəmli lider çıxsın. Bunu bilin. Vəzifəni də ya satqın, xain birinizı verəcəklər, ya da o talışı məhv etmək üçün verəcəklər.
Sənin Talış adını belə qanuni şəkildə qadağan ediblər. Biz tatları məhv elədilər, indi bizim bu tatlar düşüb ortya pantürkçülük edir. Tatları lap zombiləşdiriblər, bu manqurt tatlar düşüb ortaya Türkiyə, Türkiyə deyir. Tat xalqı lap pis gündədir. Əgər ayılmasaz, vaxt gələcək tək Yardımlı (keçmiş Vargadiz) yox, sizin bütün rayonlarınızın adını dəyişəcəklər. Necə ki Vartaşenə, Varda-şayanaya (farsca- Güllər məkanı) heç ora dəxli olmayan Oğuz adını verdilər. Udinlərin bir çoxunu erməni adı qoyub qovdular. Onların heç səsi çıxmır. Zaqatalada saxurların jurnalını bağlatdırdılar. Lənkəranda və Baki tat kəndlərində bilərəkdən narkotika yaymaqları bəs necə? Bu zalımların polisləri deyir ki siz talış dindarıların əlindən biz orda mal, narkotik sata bilmirik, əvvəl kilolarnan satırdıq. Bilirlər harda satılır narkotik, bilirlər kim satır. Niyə tutmurlar?
Belə olmaq istəyirsiniz? Dövlətin mediaları deyir “Qarabağ türkün torpağıdır”, “Azərbaycan türkdür”... Ay səni... Talış, sən nədir dəli kimi qabağa düşüb Qarabağda oğullarını qurban verdin? Hanı bunun əvəzi? Elə bilirsən tək hakimiyət belədir? Bəzi dindarlar da susur. İmam Əli (ə) ədaləti hardadır? Müxalifəti də belədir. Hardadır sizin talışların və başqa xalqların hüquqlarına aid yazılarınız? Hanı bu müxalifət partiyalarının talışların və başqa xalqlarının hüquqlarına dair çixişları? Niyə talış ancaq kimsə Ermənistana keçəndə yada düşür? Heç bir müxalif partiya, heç bir lider sizin haqqınızı müdafiə etməyib. Hətta pak Əhli-Beyt dinini sizə qarşı istifadə etməyə çalışıblar. Siz talışlar sadəlöhvcəsinə “əşi müsəlmanıq, qardaşıq, şiəyik” deyib bir çox şeyə susdunuz. Bəli, siz əsl şiəsiz və şiəlik sizin bəlkədə ən güclü silahınızdır. Talış olmağınız və şiə olmağınız ən güclü silahdır. Ona görə də hakimiyyətdəkilər elə ən çox sizdən qorxurlar. Sizi sındırmaq istəyirlər. Bilməlisiniz ki, Azərbaycanda perspektivdə ən güclü potensiala siz maliksiniz. Çoxları ümidi sizə bağlayıb, lakin sizin başınızdan vurub əzmək istəyirlər.
Deyirlər ki Ermənistan talışlardan istifadə edir. Yaxşı, Onda buna cavab verin görək. Niyə Azərbaycan talışlardan istifadə etmir? Aç Talış TV-ni, istifadə elə. Ver talışa televiziya, qoy çıxsın talış dilində söysün ermənini, qazetdə, radioda. Qoy tərifləsin Heydər Əliyevi, İlham Əliyevi talış dilində. Niyə istəmirsən bu dil səslənsin? Ver də, niyə vermirsən? Deməli, səni elə talışın özü narahat edir. Deməli, sənə nə yaxşı, nə də pis talış lazım deyil. Talış xalqı bu əclaf siyasəti görmür? Ay talışlar, bu əclaf siyasət onlara üz qarası deyil? Niyə özünüzdə üz qarası axtarırsınız? Sən bu dövlət qarşısında bütün borclarını vermisən. Onlar sənə borcludurlar. İndi durub Şahin xaindir deyənlər getsinlər ən başda duran talış xalqına xəyanət edənlərə xain desinlər. Azərbaycanı bir ailənin mülkiyyətinə çevirənlərdir xain. Azərbaycanı bir dövlət kimi çökdürən, onun əhalisini didərgin salan, malını, dövlətini bir qrup insana verənlərdir xain. Azərbaycanı zəiflədən quldurlardır xain. Niyə bunu unutdunuz?
Talışlar Qarabağda azad demokratik Azərbaycan üçün döyüşüb və aldanıb. Döyüşənlər isə həbs olunub. Deyirlər, talış Qarabağda şəhid verib, flankəslər onların ruhunu incidir. Bəs bu ölkədə talışların bu günə qoyulması onların ruhlarını incitmir? Bunu niyə demirsən? İncimir bu ruhlar? Narahat olmur ki, bəs onlar can qoydular bu vətənə, axırda nə oldu? Əvəzində nə oldu? Kimsə sadəlöhv düşünür ki, bu pantürkçü müxalifət hakimiyyətə gəlsə, talışın haqlarını verəcək. Kim bu yalana inanır? Axı bunlar kimdir ki, Allahın talışlara verdiyi haqları ağalıq edib talışlara versinlər? Siz kimsiz? Talış oturub gözləməlidir ki nə vaxtsa bu xarabaxanada kimsə vicdana gəlib talışa haqqlarını verəcək? Sən nə günə düşmüsən, talış? Bunlar gəlib girib sənin qədim evinə sənə haqq verir? Bu qədər şəhidlərdən sonra? Düzdür, o talışlar erməni ilə döyüşdə şəhid olub. Amma döyüş zamanı sizin alnınızda “TALIŞ” sözü yazılmamışdı və erməni gəlib sənin Talış torpaqlarına iddia etmirdi. Sən əlində silahla ora getdin. İndi isə səni öldürən erməniyə bu dövlət Muxtar Respublika statusu verir, yalvarır, hətta polisini, ordusunu verir, amma sənə, o millətə ki Azərbaycan ərazi bütövlüyüy uğrunda bu qədər şəhid verib, sənə sıfır- heçnə vermir! Nə muxtariyyat? Kəs səsini. Erməniyə olar, sənə yox. Amma erməni gəlib talışdan qədim talış torpaqlarını istəmir, iddiası ancaq Qarabağdır. Bu həqiqətdir. Talış tanka minib gedib erməniyə qarşı. Talış ora gedib ki, müsəlman Azərbaycan xalqına dəstək olsun. Bunlar isə “qardaş, qardaş” deyə-deyə bir dəfə demirlər ki, hanı bu talışlar üçün televiziya, hanı radio, hanı dərsliklər?! Qardaş deyə deyə məhv elədilər talışları, necə ki tatları məhv etdilər. Bu qədər ikiüzlülük olmaz. Azərbaycanda talışları həqiqi sevənlər var, talışların haqq olduğunu deyənlər var. Bunların içində çoxlu türklər də var, dindar mömin qardaşlar da var. Sadə xalq talışa hörmət edir, sevir. Hərçənd susur. Başa düşmür ki bu məsələdə xalq özü talışı müdafiə etməlidir.
Vicdanınıza baxın görün siz Şahinə xain deyəndə, niyə onu və bütün talış xalqını bu günə salanlara etiraz edib xain demirsiz? Hardayadınız indiyə kimi? İllərdir Şahin Mirzəliyev Azərbaycanda etiraz edirdi, şikayət etmədiyi instansiya qalmadı. Dövlət strukturları cəhənnəmə, heç ictimai sektor ona diqqət etmədi. Hətta özlərini demokrat adlandıranlar, demokratiya pərdəsi altında gizlənənlər belə onun bircə müraciətinə cavab vermədi. Bəlkə veriblər bizim xəbərimiz yoxdur? Bəlkə Azərbaycanda Şahin Mirzəliyevin üzləşdiyi situasiya belə deyildi? Musavat partiyasında adamı döyə-döyə talış etdilər. Eşitmədiyi, ünvanına deyilməyən söyüş qalmadı. Bu adamı daha nələrdə ittiham etmədilər? Bunları Musavat partiyası təkzib edə bilərmi?
Bu adam bir neçə ay idi ki, Tiflisdəki BMT Qaçqınlar üzrə Ali Komissarlığına sığınmışdı. Kimsə Azərbaycandan buna reaksiya verdimi? Harda idi Azərbaycan mediası? Niyə bircə dəfə olsun belə bu məsələyə diqqət olmadı? Azərbaycan höküməti Tiflisidəki BMT Qaçqınlar üzrə Ali Komissarlığını pulla satın alıb. Komissarlıq ora talış kimi müraciət edənlərin işinə baxmır, onları get-gələ salır. Gürcüstan hökümət dairələrilə əlbir olub, onları Azərbaycana deportasiya elətdirmək istəyir.
Niyə o getməmişdən öncə hamı susurdu? Ermənistanda indi onun həyat yoldaşını klinikaya qoyublar pulsuz müalicə edirlər. Oğulları da təhlükəsizlikdə, orda onlara evdə veriblər, hər cür şərait veriblər. Müdafiə də edirlər. Deyirlər keçdi düşmən tərəfə. Kimdir Şahin üçün düşmən? Onu öldürmək istəyən Azərbaycan dövləti və buna susan xalq, ictimaiyət, yoxsa ona sığınacaq verən Ermənistan? Onu təqib edənlərdir onun üçün düşmən, yoxsa ona sığınacaq verənlər? İstifadə edir Ermənistan? Siyasi məqsədləri var? Azərbaycanı parçalamaq istəyir? Bunu deyəcəklər? Onda mən də deyəcəm. Niyə Azərbaycan istifadə etmir talışlardan? Niyə bu hala salır? Niyə belə etirazların olmasına gətirib çıxarır? Azərbaycanı parçalanmağa doğru aparan ən birinci bu ölkənin bivec siyasətidir, axmaq siyasətidir, məkrli siyasətidir. Gedin bax onlara bu sözləri deyin!
Talış xalqının nümayəndələri həmişə ilk öncə Azərbaycan hakimiyyətinə müraciət edib. Əməkdaşlığa çağırıb. Əvəzinə bunları heç adam yerinə qoymayıblar. Yoxdur talışlar, yoxdur problem! Nə əməkdaşlıq? Siz yoxsuz. Talış xanlığı da olmayıb, dövlətiniz olmayıb, o da türkün olub, Lənkəran xanlığı olub, siz özünz də türksüz. Yuxarıdan aşağı baxmaq, təhqir, istehza, talışı lağa qoymaq və s. Budur bunların siyasəti. Xalqın çoxusu isə susub. Və elə düşünənləri var ki onlar susubsa, hamı susmalıdır, onlar batırsa, hamı batmalıdır. Sürünə-sürünə hələ də yalanlara inanırlar və guya vətənpərvərlik edirlər, Azərbaycanın bütövlüyünü istəyirlər. Belə bütövlük olmur, olmayacaq.
Bütövlük ədalətli yanaşmadan keçir.

https://www.facebook.com/Bermeki.Mutteqi.12/posts/1256717064364288

Комментариев нет:

Отправить комментарий