26.06.2018

Ağacan Abıyev Sərdar Cəlaloğluna: Ay axmaq, ay heyvan!

"Bu cür fikirləri ancaq düşmən deyə bilərdi"

Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib. Ağacan Abıyev Sərdar Cəlaloğlunun təklifi ilə bağlı bunları deyib: "İndi bu səviyyəsiz və savadsız adamlar var ki, ağızlarına gələni danışırlar. Bu adama demək istəyirəm ki, ay axmaq, ay heyvan, Azərbaycan Türkiyəyə birləşsə, bundan nə qazanacaqsan? Bunlar necə siyasətçidir ki, adi reallıqları anlaya bilmirlər. Külbaşdırlar da! Sərdar Cəlaloğlunun başına qapaz vurmaq lazımdır ki, gedib işi ilə məşğul olsun. Hərəsi özündən bir təklif çıxarır, Türkiyə ilə birləşək! Allah üzümüzə baxdı ki, ötən əsrin 90-cı illərində bu axmaqların gəlib bizi idarə etməsinə imkan verilmədi. Yoxsa bizi uçuruma aparardılar. Bu cür səhv fikirləri ancaq düşmən deyə bilərdi. Yaxşı olar ki, Sərdar Cəlaloğlu gedib bir az kitab oxusun".

Комментариев нет:

Отправить комментарий