25.06.2018

...O zamanlar elektrik enerjisi olmadığı üçün binalar, o cümlədən, ziyarətgahlar çıraq və şamlarla işıqlandırılırdı. Xüsusi xidmətçilər vardı ki, hər səhər çıraqları yandırar, yanacağa nəzarət edər, axşamlar işığı söndürərdilər. Füzulinin hərəmdəki vəzifəsi bu idi. Bu məlumatı mənbələr də təsdiq edir. Nümunə olaraq, “İmam Hüseyn (ə) ensiklopediyası” kitabında bu barədə yazılanları xatırlatmaq istərdik. Çoxcildilik layihə olan “İmam Hüseyn (ə) ensiklopediyası”nın cildlərindən birində - “Tarix əl-məraqid” (“İmam Hüseynin, ailə üzvlərinin və yardımçılarının məzarının tarixi”; London, 2003-cü il) kitabının 2-ci cildində, 74-cü səhifədə yazılıb: “Hicri 960-cı illər ətrafında şair Füzuli İmam Hüseyn (ə) məqbərəsinin işıqlandırılması üçün nəzarətçi vəzifəsini icra edirdi. Bu, onun ömrünün axırlarında baş vermişdir; belə ki, hicri 963-cü (miladi 1555-ci) ildə vəfat etmişdir”.

Natiq Rəhimov

Комментариев нет:

Отправить комментарий