27.06.2018

Niyə bütün bu tələblər Türkiyə qarşısında yox, ancaq İran qarşısında qoyulur?!

İran Silahlı Qüvvələri Baş Qərargahının komandirinin Qarabağ münaqişəsində Azərbaycana yardımları barədə söylədikləri: “İran Azərbaycana milyonlarla yardım etmişdir. Qarabağ müharibəsi dövründə İranın hərbi və qida sahəsində göstərdiyi yardımlar həyati xarakter daşıyırdı. İran üç düşərgə yaradaraq, müharibə qaçqınlarını məskunlaşdırmaq istiqamətində 20 milyon dollardan artıq vəsait sərf etməkdə idi. Müstəqilliyinin ilk illərində Azərbaycana verdiyi qaz yanacağının pulu hələ (1994-cü il, İranın konsorsiumdakı payının ləğv edilməsinə qədər) ödənilməmişdir. Eyni zamanda, Naxçıvana elektrik enerjisi ötürməsindən 5 milyon dollar və 25 milyon dollar isə göndərdiyi digər imkanlara görə Azərbaycandan alacağı vardır”.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov, eləcə də Bakıdakı digər siyasilər də İrandan Azərbaycanın daxili və xarici işlərinə müdaxilə etməməyi tələb edir. Lakin həmin şəxslər eyni zamanda antiiran siyasətçilər, xüsusilə də Xalq Cəbhəsi ilə birlikdə İranı özünə borclu hesab edərək daimi olaraq belə bir sual irəli sürürlər ki, Qarabağ müharibəsində İran niyə Azərbaycana kömək etmədi?!
Sanki İran belə bir öhdəlik götürmüşdü ki, Bakı hansı qonşu ölkə ilə müharibəyə girərsə, İran Bakıya yardım etməyə məcburdur.
Təbii ki belə fikirlər insafsızlıqdır. İraqla (əslində isə bütün ərəb dünyası və Qərb dövlətlərinin bir çoxu ilə) 8 illik ağır müharibədən yenicə çıxmış İran bütün imkanları ilə Azərbaycan xalqına kömək göstərmişdi.
Bu işi başqa heç bir dövlət yerinə yetirməzdi.
O cümlədən, Türkiyə.
Türkiyə Süleyman Dəmirəl dönəmində Azərbaycana “ciddi yardım” göstərməkdən boyun qaçıraraq, yalnız siyasi şüarlar verməklə kifayətlənmişdi.
Qarabağ müharibəsi dönəmində İranın Azərbaycan Respublikasına göstərdiyi yardımlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının rəsmiləri, o cümlədən, Heydər Əliyev, Prezidentin müavini Əli Həsənov və digər rəsmilər İranın Qırmızı Aypara Cəmiyyətinin, İmam Xomeyni adına İmdad Komitəsinin və s. göstərdiyi yardımlarının ciddi əhəmiyyət daşımasına toxunaraq, dəfələrlə həmin yardımlarla əlaqədar olaraq İrana təşəkkür etmişlər.
Baş nazirin müavini Əli Həsənov öz müsahibəsində bildirmişdi: “İranın İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycandakı 19 illik fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etmişdir”.
Əbülfəz Elçibəy hakimiyyətinin çökməsindən sonra, Xalq Cəbhəsi öz çatışmazlıqları və süstlüyünü xarici bir günahkarın boynuna yıxmağa səy göstərdi. Bu səbəbdən də İranı günahkar kimi qələmə verməyə başladılar. Belə bir şayiə yayıldı ki, İran ermənilərə kömək edib.
Həmin şayiə sonrakı illərdə Azərbaycan mediasında o qədər yayımlandı ki, hətta bu şayiəni icad edənlər özləri də bu yalanının doğru olmasına inanmağa başladılar.
Buna baxmayaraq, İran rəsmiləri həmin illərdə İranın Bakıya göstərdiyi hərbi, hərbi məsləhətçilik, maddi və qeyri-maddi köməyinin keyfiyyətinə dair bir çox gizli sənədlər olduğunu bəyan edirlər.
Hansı köməklər ki, İranın 1994-ci il Əsrin Müqaviləsi adlanan Konsorsium müqaviləsindəki 5 faizlik payının ləğv edilməsindən sonra dayandırılmışdır.
Həmin dönəmdə İrandan Bakıdakı çoxlu hərbi məsləhətçisilər gələrək ordumuza köməklik etmişlər- OMON hərbçiləri və Rövşən Cavadovla əməkdaşlıq edən Mənsur Həqiqətpurdan əlavə, İran Silahlı Qüvvələri Baş Qərargahının komandiri də bu barədə məlumatlar vermişlər.
Qərbi Azərbaycan ostanından olan sərdar Məhəmmədhüseyn Əfşurdi (Məhəmməd Baqiri) Ali Müdafiə Universiteti tərəfindən nəşr edilmiş kitabında yazır: “Qarabağ müharibəsi dövründə İranın hərbi və qida sahəsində göstərdiyi yardımlar həyati xarakter daşıyırdı... İran üç düşərgə yaradaraq, müharibə qaçqınlarını məskunlaşdırmaq istiqamətində 20 milyon dollardan artıq vəsait sərf etməkdə idi. Müstəqilliyinin ilk illərində Azərbaycana verdiyi qaz yanacağının pulu hələ (1994-cü il, İranın konsorsiumdakı payının ləğv edilməsinə qədər) ödənilməmişdir. Eyni zamanda, Naxçıvana elektrik enerjisi ötürməsindən 5 milyon dollar və 25 milyon dollar isə göndərdiyi digər imkanlara görə Azərbaycandan alacağı vardır”.
Bu məlumatlar sərdar Baqirinin (Əfşurdi) doktorantura dissertasiyası olaraq, “Qafqaz geopolitikası və İranın xarici siyasəti” adlı kitabda dərc edilmişdir, səlahiyyətli bir şəxs tərəfindən verildiyinə görə sənədli və etibarlı sayılır.
Həqiqətpur da Qarabağ müharibəsində göstərilən köməklər hesabından Bakının hazırda İrana 30 milyon dollar dəyərində borcu olduğunu bildirmişdir.
Görəsən bütün bunlar Azərbaycanın daxili işlərinə qarışmaq deyildirmi? Əgər İran Azərbaycanın daxili işlərinə müdaxilə etməsəydi, erməni qüvvələri hətta Bakını da işğal edə bilərdi. Erməni qüvvələrin irəlilədiyi zaman onlara xəbərdarlıq edən qüvvə də məhz İran ordusunun zirehli bölməsi olan Təbriz qoşunu olmuşdur.
1993-cü ilin sentyabr ayında (İran sərhədləri yaxınlığında) Füzuli və Horadiz işğal edildiyi zaman, İran hərbçiləri sərhəd kənarında hazırlıqlı vəziyyətə gətirilərək, ermənilərin irəliləyişinə qarşı xəbərdarlıq etdilər ki, bu da ermənilərin masştablı hücumunu dayandırdı. Bütün bunlar “Regional power Rivalries in the new Eurasia – Russia, Turkey and Iran” adlı kitabdakı Oles Smolanskinin məqaləsində ətraflı surətdə qeyd edilgöstərilmişdir.
İranın Azərbaycanı dəstəkləməsi heç bir zaman İran xalqı üçün itkisiz olmamışdır.
Heydər Əliyev hakimiyyəti bütün bu yardımları aldıqdan sonra, İranın Əsrin Müqaviləsindəki payını ləğv etdi- bu isə İranın Bakıya göstərdiyi bütün yardımlarının qarşılığı oldu.
Bundan əlavə, Heydər Əliyev İrana tarixi cəhətdən meyilli olan qüvvələri həbs etdirdi, yaxud da onlara qarşı təzyiqlər göstərdi. Talışlar və Tatlar kobud surətdə əzişdirildi, şiə siyasi fəalları İrana cəsusluq ittihamı ilə həbs edildi, yaxud təziqlər və məhdudiyyətlərə məruz qaldı. Cavadov qardaşları kimi şəxslərin taleyi isə acınacaqlı oldu. Ən sonunda, Bakının qapıları Türkiyə və İsrailə açıldı. O Türkiyə ki, İranın göstərdiyi köməkliyin zərrə qədərini belə göstərməmişdi.
Əgər Bakı daxili işlərində İranın müdaxilə etməməsini istəmirsə, onda bu ölkənin İrandakı səfiri hansı səbəbdən İranın hakimiyyət və yerli strukturlarının vəzifəli şəxsləri ilə görüşərək, İranın Qarabağ münaqişəsinin hərbi həllində Azərbaycana yardım etməsini istəyir!? Bir halda ki İran Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsinin hərbi həlli yolu olmadığını dəfələrlə açıqlamışdır. Bakı mətbuatı hansı səbəbdən İranın sözügedən münaqişədə Azərbaycanın xeyrinə Ermənistanla müharibəyə girmədiyinə görə hər zaman şikayətlənir!? Görəsən bütün bunlar daxili işlərinə müdaxilə etmək anlamına gəlmirmi?
Və son sual bundan ibarətdir ki, nə üçün bütün bu tələblər Türkiyə qarşısında qoyulmur?

badkubeh.com

Комментариев нет:

Отправить комментарий