25.06.2018

Etibar Cavad - Dünya

Kimə vəfa qllıb mənə də qıla,
Sunəmdə od-alov qaladı dünya.
Bənzəyir cox şirin sirli nağıla,
Hər kəsin başına bəladı dünya.

Sehirdi, tilsimdi, dadlı yalandı,
Gözləri cox iti, əlləri qandı...
Can verib canından canı alandı,
Tanımaz nə doğma, nə yadı dünya.

Yalvarma, dərdini duyan deyil o,
Kimsəni həyatda qoyan deyil o,
Nə qədər zülm etsə doyan deyil o,
Qəlbi daş, çarpana, qayadı dünya.

Kimdə var ondakı mocüzəli naz,
Baharı qış eylər, qışı güllü yaz.
Elə bir kitabdı ha yazırsan yaz,
Sonda vərəqləri sayadı dünya.

Neçə igidləri aldı qoynuna,
Kimi seçmədi ki, qanlı oynuna?
Ölüm haxdı deyib qoyar boynuna,
Yazar baş daşına soy adı dünya.

Комментариев нет:

Отправить комментарий