19.02.2019

İndi bəziləri deyirlər ki, “heç nədən millətin qaymaqlarını 37-ci ildə güllələdilər”. Fikir verin, “heç nədən”, amma sonra da başlayırlar cild-cild kitablar yazıb fəxr etməyə ki, Cabbarlı, Cavid, Müşfiq və s. əks-inqilabçı idilər, türkçü idilər, Sovet hökumətinə qarşı gizli mübarizə aparırdılar. Cənablar, məgər bu 37-ci ildə “heç nə” idi? Bu o zaman vətənə, dövlətə, xalqa xəyanət, xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunan Topçubaşov, Rəsulzadə kimiləriylə eyni cəbhədə yer almaq demək idi. Sizlərin bu gün Cavidləri, Müşfiqləri gizli müsavatçı, türkçü, nə bilim nəçi kimi qələmə verən monoqrafiyalarınız, tədqiqat əsərləriniz bir daha 30-cu illərdə sözügedən şəxslərə qarşı çıxarılmış məhkəmə hökmlərinin doğru olduğunu təsdiq edir. Deyə bilmərik monoqrafiyalarda, elmi tədqiqat əsərlərində, elmi publisistik yazarlarda irəli sürülən bu qəbildən fikirlər nə dərəcədə əsaslıdır, hər halda buna görə alimlik dərəcəsi alanlar varsa deməli iddialar əsassız deyil. Müasir dövr tədqiqatçılarının bəziləri əsərlər yazıb iddia edirlərsə ki, “Cabbarlı gizli müsavatçı olub”, bu o deməkdir ki, Yazıçılar Ittifaqının rəhbərliyi səviyyəsinə qədər “gizli müsavatçılar” nüfuz edə bilmişdilər- belə olan təqdirdə, beynəlxalq təcridlə üz-üzə qalmış, hər an əks-inqilabi müdaxilə reallığıyla yaşayan bir ölkədə bu qəbildən faktlar DTK-nın nəzərlərindən kənarda qala bilməzdi. Partiya və dövlət orqanlarında, təşkilat və müəssələrdə təmizləmələr qaçılmaz idi. Sovet hakimiyyəti yaxınlaşan dünya müharibəsi ərəfəsində cərgələrini saf-çürük etməli, qüvvələrinə baxış keçirməliydi. Etibarsız hesab olunanlar, xarici əks-inqilabi alyansla əlaqədə şübhəli bilinənlər, bu və ya digər formada inqilaba arxadan zərbə endirməyə hazır olanlar zərərsizləşdirilməliydilər. Əks təqdirdə 1941-45-ci illər dünya müharibəsində qələbə mümkünsüz idi.

Комментариев нет:

Отправить комментарий