20.02.2019

Liberal camiə 1918-20-ci illərdə Azərbaycanda müstəqil milli dövlətin olduğunu iddia etməklə də xalqı aldadır. Sual olunur, əgər belə bir müstəqil hökumət var idisə nə üçün 1919-cu ildə Bakıya gəlmiş İran şahını ingilis generalı qarşılayıb yola salırdı? Bu bir daha nümayişkaranə şəkildə bütün dünyaya, o cümlədən Azərbaycanın guya müstəqilliyini tanımış İran dövlətinə Azərbaycan adlı bu evin sahibinin əslində ingilislər olduğunu göstərmirdimi? Hansı ki 1918-ci il 30 oktyabr “Mudros” müqaviləsində rəsmi şəkildə işğal faktı öz əksini tapmışdır. Ona görə də bütün subyektiv hissləri kənara qoyaraq elmi obyektivlik naminə 1918-20-ci illəri ingilis işğal dövrü kimi xarakterizə etmək və müsavatın sadəcə vassal oyuncaq qurum kimi fəaliyyət göstərdiyini bildirmək daha düzgün olardı. Hər kəs yaxşı bilməlidir ki, 1918-20-ci illərdə Cənubi Qafqazda heç bir müstəqil dövlət olmayıb- bu fakta inanmayanlar “Mudros” müqaviləsinin 11-15-ci bəndlərini oxuya bilərlər.

Комментариев нет:

Отправить комментарий