19.02.2019

Müsavatçıların bəyənmədiyi Məşədi Əzizbəyov inqilabçı dostlarının həbsdən girov qarşılığında buraxılması üçün pul toplayanda öz evini banka girov qoyaraq pul götürüb dostlarını həbsdən çıxarmışdı. Əzizbəyov bənzər hərəkətləri dəfələrlə öz fəhlə yoldaşlarının problemlərini həll etmək, aktyor Sarabskinin evinin bank tərəfindən müsadirə olunmasının qarşısını almaq üçün etmişdi. Belə ki Sarabski banka evini girov qoyub borc pul götürür, pulun faizini vaxtında ödəyə bilmədikdə isə bank aktyorun evini müsadirə etmək, əlindən almaq istəyir. Məşədi Əzizbəyov Sarabskinin əvəzindən borcu ödəyərək aktyorun evinin əlindən alınmasına yol vermir. Kommunist əxlaqı insanlarda belə altruist kollektivçi, ictimai mənafeni öz şəxsi qazancından üstün tutan keyfiyyətləri formalaşdırdığı halda, bəy-xan dünyagörüşü olan müsavatçılıq insanlara eqoizm, xudpəsəndlik, cılız şəxsi tələbatlarının ödənilməsini başqalarının yaşamaq hüququndan üstün tutan rəzil xüsusiyyətlər aşılayır. Məsələn, Topçubaşov Parisdə bahalı villada yox, sadə bir evdə də yaşaya bilərdi, bundan qənaət etdiyi pullarla mühacir dostlarına kömək edərdi, onların həyatlarını xilas edə bilərdi. Amma o belə etmir, villada yaşamağı silahdaşının həyatından üstün tutur. Çünki o bir bəydir, ona sadə evdə yaşamaq alçaqlıq gətirər, o villada yaşamalıdır, hər kəsə önəmli şəxs olduğu hissini təlqin etməlidir- başqaları harada ölürsə-ölsün, onun üçün fərq etməz. Bu rəzil, mürtəce dünyagörüşün daşıyıcısı olan birisinin guya 1918-20-ci illərdə Paris Sülh Konfransında Azərbaycan naminə iş aparması, sonra isə guya Azərbaycanın dərdləriylə yaşaması cəfəngiyyatdır. Topçubaşov 1918-20-ci illərdə Parisdə ancaq özü üçün, öz şəxsi lüks həyatının təminatı üçün çalışıb və sonrakı mühacir həyatının dəbdəbəsi də bunu bariz şəkildə sübut edir. Topçubaşov Paris Sülh Konfransı adıyla Parisdə özü üçün şərait qurub-yaratmaqla məşğul idi.

Комментариев нет:

Отправить комментарий