23.03.2021

Qurban Məmmədov və Ərəstin Oruclu Qərbin zakazını yerinə yetirirlər

Nadir Qocabəyli

Qurban Məmmədovun Tərtər hadisələri ilə bağlı canfəşanlığının səbəbi məlum oldu. Proyektdir. Kimdənsə sifariş alıb və məsələni "zakaz" verilən istiqamətə fırladır. Ərəstin Oruclunu çağırıb verilişinə, o da həmişəki kimi hapa-gopa basaraq, amerikalı ağalarının xoşuna gəlməyə çalışır. Əminəm ki, bu adamların həqiqətin üzə çıxmasında zərrə qədər maraqları yoxdur. Bunlar lotudurlar və məqsədləri ancaq pul qazanmaqdır. Bu məqsədlə müəyyən adamlardan istifadə edirlər.
Qurban Məmmədovun öz verilişinə zərərçəkmiş qismində dəvət etdiyi şəxslərin arasında da yetərincə müəmmalı personalar var. Əminəm ki, məsələ tam olaraq təqdim olunduğu kimi deyil...
Tərtərdə satqınlıq və xəyanət olub. Ermənilərlə bizimkilər arasında alver, digər çirkin işlər baş verib və bunun "razborkası" aparılıb. Bu zaman müəyyən adamlara işgəncələr verilib. Təbii ki, onların arasında günahı olmayanlar, yaxud az günahlılar olub. Məsələ şişib, şikayətlər olunub. İşi malalamaq üçün məhkəmə qurulub, bəzi adamlar həbs edilib, bəzilərinə bəraət verilib...
Ancaq Qurban və Ərəstun kimilər bunu aparıb geosiyasətə bağlamaq, məsələni Rusiya ilə əlaqələndirməyə çalışırlar. Absurddur. Azərbaycanın bütün dövlət strukturlarında oğurluq, rüşvətxorluq, cinayətkarlıq var. O cümlədən də orduda. Və bu məsələlər vaxtaşırı müəyyən "razborkalara" səbəb olur. Heç kəsə sirr deyil ki, ordumuzda da ermənilərlə alverə, cinayətkar münasibətlərə girişənlər olub. 
Hələ Elçibəy prezident olanda keçirdiyi müşavirədə açıq demişdi ki, Azərbaycan ordusu ermənilərə benzin satır və bunun qarşısını ala bilmirlər. Bu tendensiya hər zaman olub və sonralar da davam edib. Tərtər məsələsi məhz bu alverin razborkasıdır. Bu məsələləri aparıb təkcə Nəcməddin Sadıxova bağlamaq digərlərini məsuliyyətdən kənara çəkmək deməkdir. Nəcməddin Sadıxov bəlkə də bu məsələyə qarşı mübarizə aparıb, bəlkə də, bu zaman qanunsuz üsullardan istifadə olunmasına göz yumub, amma bu işin təşkilatçısı olması şəxsən mənə inandırıcı deyil...

Комментариев нет:

Отправить комментарий