06.11.2021

Politoloq Nəzakət Məmmədova: Rusiyanın Krımı ilhaq etməsi tam qanunidir

Politoloq Nəzakət Məmmədova Reallıq TV kanalına müsahibəsi zamanı Rusiyanın Krımı ilhaq etməsi barədə qalmaqallı fikirlər səsləndirmişdir. Həmin fikirləri sizə təqdim edirik.

“Krımı Rus-Türk müharibəsində Rusiya tutub, fəth eləyib, alıb. Demək bu Rusiyanın qılınc haqqı ilə əldə etdiyi torpaqdır. Necə ki Osmanlı qılınc haqqı ilə bəzi Avropa ölkələrini, torpaqlarını alırdı, eynilə də ruslar bu torpaqları Osmanlıdan alıb. Xruşşovun bir əmri ilə bu torpaq, Krım ərazisi Ukraynaya verilmişdi ki, bu tamamilə qeyri-qanuni bir hərəkətdir. Krımın Konstitusiyasında var idi ki, ərazi, yarımada istənilən vaxt referendum keçirib Ukraynadan ayrıla bilər. Rusiya iddia olunduğu kimi gedib oranı işğal etməyib, hər şey qanuni şəkildə, Krım Konstitusiyası əsasında həyata keçirilib. Çünki orda rusdilli əhali çox yaşayır. Deyirlər ki, Rusiya Donbası işğal eləyib. Donbasda da əhali rusdur. Ukraynanın qərb hissəsi Avropapərəst, şərq hissəsi isə Rusiyapərəstdir. Donbasda əhalinin özü Rusiyanı sevir. Orda çoxlu rus yaşayır və rus dilində danışırlar. O əhali Ukraynanın Avropapərəst, Qərbpərəst siyasətinə etiraz edir və Rusiyanın siyasətinə uyğun hərəkət edirlər. Rusiya gəlib heç bir ölkənin ərazisinə qoşun göndərib oranı işğal eləməyib. Donbaslılar ayağa qalxıb siyasi qiyam eləyiblər. Bəs Ukrayna NATO gəmilərini, Qərbin hərbi gəmilərini gətirib Rusiyanın qulağının dibində, Qara dənizdə yerləşdirməklə düzmü eləmişdi? Ukrayna bununla təxribat yaratmışdı və bölgədə gərginliyi artırmışdı. Bəyəm bu doğru addım idi?”.

Комментариев нет:

Отправить комментарий