16.11.2021

Valeri Korovin: Qafqaza Zbiqnev Bjezinski modelini tətbiq etmək istəyirlər


Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin Rusiyanın İzbor Klubunun saytında məqalə ilə çıxış edərək Qafqazda baş verən geopolitik olaylara aydınlıq gətirmişdir.
Politoloq amerikan siyasətçisi Zbiqnev Bjezinskinin 1990-cı illərin ortalarında çap olunmuş “Böyük şahmat lövhəsi” kitabından sitat gətirərək göstərmişdir ki, Qərbin məqsədi regionu müharibəyə və xaosa sürükləməkdir: “Avrasiyada amerikan nəzarətinin qurulmasından bəhs edən bu kitabda Bjezinski geostrategiya adlanan amerikan geopolitik yanaşmasının modelini, konseptini təqdim edir. Qərb strateqləri məhz bu geopolitik atlantik yanaşmadan çıxış edərək Qafqazla bağlı hərəkət etməkdədirlər. Həmin yanaşmanın mahiyyəti Avrasiya məkanının maksimal dərəcədə müstəqil milli dövlətlərə parçalanması və onların hər birinin ayrı-ayrılıqda amerikan strateji nəzarətinə götürülməsidir. Amerikanlar buna çoxsaylı qarşıdurmalar yaratmaqla, xalqlararası münaqişələri qızışdırmaqla, nifrəti gücləndirməklə nail olmaq fikrindədirlər. Amerikanlar Bjezinskinin onlara vəsiyyət etdiyi kimi Qafqazda, ümumən postsovet məkanında kofliktlər, qarşıdurmalar və bunun nəticəsi kimi xaos yaratmaq niyyətindədirlər”.
Korovin bildirmişdir ki, amerikanlardan fərqli olaraq ruslar Qafqazda sülh yaradılmasında maraqlıdırlar: “Qafqaz mədəni cəhətdən özündə fars, türk və rus sivilizasiyalarının sintezini ehtiva edir. Ruslar bu kontekstdən çıxış edərək istənilən münaqişəni stabilləşdirməyə çalışırlar. Ruslar – Qafqazda barışdırıcı qüvvədirlər. Qərb Qafqazı parçalamağa çalışır, həm mədəni, həm dini, həm də siyasi planda ziddiyyətlər yaradır. Rusiya isə əksinə bu ziddiyyətləri yoluna qoymaq əzmindədir. Parçalama, siyasi təzyiq – Qərbin öz strateji nəzarətini qurmaq üçün əl atdığı vasitələrdir. Rus təfəkkürü isə əksinə, Qafqazı inteqrasiya və birləşmə zonası kimi qəbul edir”.

Комментариев нет:

Отправить комментарий