06.11.2021

Politoloq Nəzakət Məmmədova:
Xalqın ən yaxşı yaşayışı Belorusdadır

“Belorusda istədilər Lukaşenkonu devirsinlər. Nəyə görə? Ad qoydular ki, bəs Lukaşenko diktatordu və sairə. Halbuki Belorus xalqı postsovet məkanında ən yaxşı yaşayan xalqlardan biridir. Niyə? Çünki Lukaşenko bizdən fərqli olaraq Sovet fabrik və zavodlarını qoruyub saxladı, dağıtmadı. Belorusda xalq Sovet dövründən qalma istehsalat müəssisələrində işləyir. Bizdə isə fabrikləri, zavodları özəlləşdirmə adı ilə dağıtdılar, parçaladılar. Belorusda istehsalat müəssisələri qalıb, camaat işsiz deyil, xalqın az-çox normal sosial təminatı var. Bəs Qərb niyə Lukaşenkonu diktator elan elədi? Gəlsinlər qonsunlar ora, oranı da ələ keçirsinlər, bizdəki kimi bütün müəssisələri dağıtsınlar, özəlləşdirsinlər! O yırtıcı Qərb ölkələrinin bizim kimi ölkələrə münasibəti bilisizmi necədi? Anlayın ki, ay nə bilim demokratiya, ay nə bilim plüralizm, bütün bunlar boş söhbətlərdir.
Onlar demokratiyanı öz maraqları üçün istəyirlər”.

Комментариев нет:

Отправить комментарий