11.01.2023

Qaqa, savet bizi milliləşməyə qoymurdu!


Əkrəm Məlikov

Sovet bizi fabrik-zavodlarda işlədirdi, hər ay maaş verirdi, bütün yaşam təminatımızı ödəyirdi. Axmaqcasına pulsuz müalicə edirdi, pulsuz oxudurdu, pulsuz mənzillə təmin edirdi. Hər il sanatoriya və kurortlara göndərirdi. Əsgər gedən gəncin qayğısına qalıb sağ-salamat evinə qaytarırdı. Pulsuz uşaq bağçalarında dayələr valideyn qayğısı göstərirdi. Kənd təsərüfatına minlərlə pulsuz texnikalar verirdi. Ali məktəb tələbələrinə pulsuz yataqxana verirdi. İşıq pulu bir ayı 2 manatdan keçmirdi. Bir ailənin qaz yandırıb (sayğacsız) bir ayı cəmi 2,50-3 manat tuturdu. Kərə yağının 1 kiloqramı (əla növ) 3 manat 60 qəpik idi. Kolbasaların dadından, ətrindən adam doymurdu. Hər bir ərzağın istehsalı xüsusi nəzarət altında idi. Nəinki ərzaq, bütün istehlak malları iki-üç Texniki Nəzarət Şöbəsinin (OTK) yoxlaması altından keçirdi. Hər bir məhsulun qiyməti fabrik və zavodlarda müəyyən olunub üstünə vurulurdu. Kimsə dədəsinin də qiymətini üstünə qoyub sata bilmirdi.
Amma ki, nə olsun? Qaqa, savet bizi milliləşməyə qoymurdu. Gərək ki,zolaq-zolaq olaq. Xətt-xətt olaq. Ölü cəmdəkdən “Halal” kolbasa qayırax. Karton, yumurta və undan sosiska düzəldək. Bir aya 155 manat qaz, 70 manat su, 3 manat zibil pulu, 20 manat da işıq pulu verək ki, milli olmağımız bilinsin. Dindirsən tam əksəriyyəti müsəlmançılıqdan bir xörək qaşığı din yarpağından ağzına atıb dəmləyir. Amma şikəstə gülür, yıxılana balta vurur, çatanı acılayır, lütlənmiş ləçərlərə əl çalır, ona-buna iftira, şər-böhtan atır. Etirazını bildirəndə də dişlərini ağardıb, özünə oxşayan kaftar sürüsünə him eləyib üstünə tökülüşər və az qala başını qopardalar. Axı bunlar milliləşiblər, Sovet bu vəhşiliyə imkan vermirdi.
Bunların artıq simvolları da var – canavar!
Milli olmaqdan ötrü ədəb-ərkanı atmalısan, mədəniyyəti yox eləməlisən, böyük-kiçik yerini bilməməlisən, qarşındakını əskiltməlisən, acizi əzib, güclünün qarşısında büzülməlisən. Budur millilik, eyni ilə dişlərini ağardan bu dişi zebra kimi...

Комментариев нет:

Отправить комментарий