13.02.2023

ABŞ HƏRBİ GÜC İŞƏ SALMADAN DÜNYANI TUTMAQ İSTƏYİR


Valeri Korovin

Şəbəkə müharibələri Qərbin əraziləri işğal etməklə bağlı yeni texnologiyasıdır ki, məkanları öz xeyrinə qoparmağı, onları öz nəzarəti altına almağı hədəfləyir. Bunun xüsusi halı kimi dövlətlərdə hakim rejimlərin devrilməsini göstərmək olar. Şəbəkə əməliyyatının özəlliyi də bundadır ki, adi silah-sursat tətbiq etmədən həyata keçirilir. Şəbəkə müharibələrinin əsas hədəfi də budur – rəqiblə qarşıdurmada imkan dərəcəsində açıq isti fazaya girmədən nəzakət məkanını genişləndirmək, hansı ki isti faza da istisna olunmur.
Bu icadın detalları açıqlanmır, onun barədə informasiya isə yalnız xüsusi cəmiyyətlərdə və ekspert komyunitilərində yayılır. Maraqlıdır ki, şəbəkə müharibələri strategiyasının təsviri açıq mənbələrdə artıq 2000-ci ilin əvvəllərində peyda olmuşdur. Hesab edilir ki, o ilk əvvəl vitse-admiral Artur Sibrovskinin ofisi tərəfindən işlənib hazırlanmışdır ki, o Pentaqonun hərbi strategiyasına yenidən baxaraq dəyişmiş, nəticədə şəbəkə müharibələri rəsmi şəkildə Pentaqon strategiyasının istifadəsinə götürülmüşdür. Sibrovskinin əməyinin nəticəsi təxminən 2000-ci ildə Silahlı qüvvələrin müdafiə katibinin Reforma ofisi tərəfindən nəşr edilmişdir. Düzdür, burda təkcə strategiyanın ümumi təsviri əks olunmuşdur.
Amerikada hər şey olduğu kimi bu texnologiya da da tam yox, qismən qapalı saxlanılır. Amerikanlar – çox açıq adamlardır; məsələlərə o yöndən yanaşırlar ki, amerikan ekspert cəmiyyətinin hüdudlarından, özü də Amerikanın öz hüdudlarından kənarda da məsələləri bilməyən qara insan kütlələri yaşayır. Və əgər insan elitar ekspert cəmiyyətinə aid deyilsə, onda o təsvir olunan strategiyanın məğzini anlamaq qabiliyyətinə də malik deyil. Əgər bu qabiliyyətə sahibdirsə də, demək ola bilsin o hansısa marginal intellektual dərnəyi təmsil edir, taleyüklü qərarların verilməsinə təsir etmək iqtidarında deyil, özü də tarixin gedişatını dəyişmək imkanına malik deyil. Deməli onun bu məlumatları alması, “ideyalara” girişi təhlükəli deyil. Planetin “intellektual olmayan” qalan əhalisi isə zibil, heç bir əhəmiyyəti olmayan informasiyanın içində itib batır və prinsipcə onun içindən dəyərlisini seçmək qabiliyyətində deyil. Məhz bu səbəbə görə amerikan strateqləri öz yeni icadlarını amerikan açıqlıqlarına xas şəkildə çoxsaylı elmi kitablarda, məqalələrdə, xüsusi saytlarda və digər mənbələrdə əks etdirirlər; haqlı olaraq düşünürlər ki, əgər kimlərsə oxusa da, bu yalnız məlumatlı mütəxəssislərin dar kəsimi olacaq. Çoxluq üçün bütün bunlar sadəcə heç bir maraq kəsb etməyəcək. Rəqib ölkələrin siyasi elitaları isə çətin bunu xüsusi ekspert köməyi olmadan adekvat qavrayalar. Məhz buna görə Zbiqnev Bjezinski sakit şəkildə öz kitablarını buraxır ki, bu kitablarda rahatlıqla postsovet məkanını, sonra isə Rusiyanı necə parçalayacaqlarının strategiyasını açıb göstərir. Biz də Bjezinskinin kitabını açıb oxuyarkən təəccüb içində aydınlaşdırırıq ki, 2000-ci illərdə başımıza gələnləri Bjezinski hələ 1997-ci ildə təklif edibmiş. Və onun 90-cı illərin axırlarında göstərdikləri gözümüz önündə baş verməkdə davam edir.
Şəbəkə əməliyyatının növlərindən, xüsusi hadisələrindən olan, eləcə də “effektlər bazasında əməliyyatlar” adlanan “rəngli inqilablar” texnologiyası da ümümi götürəndə sirr sayılmır və Cin Şarp tərəfindən 1980-cı illərin sonunda açıqlanmışdır. Onun “Diktaturadan demokratiyaya” təlimat-dərsliyi əsasında Yuqoslaviya dağıdılmışdır, 2000-ci illərin ortalarında isə biz bu texnologiyanın postsovet respublikalarında qaçılmaz şəkildə realizasiyasının şahidi olduq.
Bu modelləri ən yaxşı halda yalnız maginal azlığın başa düşdüyünü nəzərə alsaq, – hansıların ki real siyasətə ümumi götürəndə heç bir təsirləri yoxdur, ən uzağı bunu öz marginal internet resurslarında açıqlayacaqlar – amerikanlar belə icadların faş olacağından heç bir narahatlıq keçirmədən, xüsusi olaraq heç nə gizlətmədən, amma çox da qabartmadan addım-addım öz geopolitik rəqiblərinə qarşı şəbəkə strategiyalarını həyata keçirirlər, onları artıq baş vermiş proseslərin faktı qarşısında qoyurlar.
Beləliklə, bir tərəfdən şəbəkə müharibələrinin texnologiyası haqqında informasiya kifayət qədər ekslüzivdir, bizə gəlib çatan formada nisbətən qapalıdır, tərcümədə, traktovkada və anlamada öz ilkin mənasını da çox itirir – onun dar dairələrdə yayılmasında amerikanlar heç bir təhlükə görmürlər. Digər tərəfdən isə burda məhz traktovka, populyar deşifrovka, mahiyyəti və tətbiqinin nəticəsini aydın stildə anlatma əsas əhəmiyyət daşıyır – mövzumuzun məğzi də elə bundan ibarətdir.
Vitse-admiral Artur Serbovskinin rəhbərliyi altında ABŞ Silahlı qüvvələrinin müdafiə katibinin Reforma ofisi tərəfindən hazırlanaraq ərsəyə gəlmiş bu texnologiya məhz hərbçilərin sahəsinə aiddir, belə ki dövlətlərdə hakimiyyəti devirməyi və onları öz nəzarəti altına salmağı həyata keçirməyə yönəlmişdir. Belə halda düşmən çox vaxt öz məğlubiyyəti barədə yalnız bu məğlubiyyət baş verəndən sonra xəbər tutur. Şəbəkə müharibələrinin əsasən adi, klasik silahlar olmadan, ordu birbaşa istifadə olunmadan, artıq son əsrdə bizimçün adi hala çevrilmiş hərbi əməliyyat texnologiyaları həyata keçirlmədən aparılmasına baxmayaraq, şəbəkə müharibəsinin isti fazalarının olması da mümkündür. Güc tətbiqi o halda həyata keçirilir ki, müqavimət mənbələri bir tərəfdən sistemdənkənar olsunlar, yəni onları şəbəkə yolu ilə aradan qaldırmaq mümkün olmasın, digər tərəfdən isə marginal, fraqmentar və xırda-xuruş olsunlar. Məsələn, dağınıq, öz-özünə kifayət qədər böyük ərazidə yayılmış, bir-biri ilə heç bir ümumi strategiyası və koordinasiyası olmayan kiçik terror qrupları. Lakin hətta belə şəraitlərdə də şəbəkə əməliyyatının isti fazası yalnız son həddə həyata keçirilir, əsasən o halda ki vaxt faktoru vacib rol oynayır və əməliyyatın sona çatmasını tezləşdirmək lazımdır. Bununla yanaşı şəbəkə strategiyasının vacib elementi kimi düşmən qruplarını bir-birinə qırdırmağa üstünlük verilir, silahlı konfliktin, toqquşmanın baş verməsi üçün provokasiya aparılır, maraq dairəsində olan ərazidə digər zorakı əməllərə təşviqat yaradılır.
Təəssüf ki bütün bunlar səthi təxəyyül məhsulları deyil, bütövlükdə Qərb təfəkkürünün inkişafından irəli gələn ciddi intellektual əməyin nəticəsidir,  texnoloji əsərdir ki, son iki əsr boyunca ərsəyə gətirilmişdir, fundamental elmi və hətta ontoloji əsasa malikdir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий