19.02.2023

BEŞİNCİ KOLON


Valeri Korovin

Məsuliyyətin olmaması həmişəki kimi cəzasızlıq hissi yaradır, nəticədə Qərb şəbəkələrinin və onların koordinasiya qovşaqlarının aktivliyi hər cür sərhədləri aşır. Amerikan şəbəkəsinin ölkədəki nümayəndələrinə adətən 5-ci kolon deyirlər. Lakin real şəbəkələrlə müqayisədə 5-ci kolon adı – hələ yumşaq deyilişdir. Qərb şəbəkələrinin aktivliyini heç kimin izləmədiyini və monitorinq etmədiyini bildiklərindən onlar praktiki olaraq açıq fəaliyyətə keçirlər. Bu hərdən qalmaqallara da səbəb olur, necə ki Yekaterinburqda ingilis konsulluğu ilə bağlı baş verdi. Bu konsulluğun bazasında ingilis şəbəkə rezidenturası açıq-aşkar fəaliyyət göstərirdi, nəticədə uzun illərin fəaliyyətindən sonra konsulluq bağlandı. Həmin presedent Qərb QHT-lərinə yanaşmaları dəyişməyə məcbur etdi, Rusiyada elə bir qanun qəbul edildi ki, QHT-ni yenidən qeydiyyatdan keçirmək demək olar mümkünsüzləşdi. Məğzinə görə bu elə likvidasiya qanunu idi.
Oxşar hadisə akademik Valeri Tişkovun rəhbərlik etdiyi Etnologiya və Antropologiya İnstitutunda da baş verdi. İnstitutda şaxələnmiş şəbəkə yaradılmışdı ki, 15 il ərzində Rusiyanın cənubunda və Qafqazda ABŞ-ın xeyrinə informasiya toplayırdı. Zahiri görünüşcə şəbəkənin işi konfliktogenlik atlası adlandırılan xəritənin tərtibi üçün informasiya toplamaq idi ki, etnik toqquşmaların baş verəcəyi ehtimalı olan yerlər göstərilirdi. Lakin bu məlumatlar ikibaşlı məna daşıyırdı.
Tişkovçular özlərinə bəraət qazandırırdılar ki, sözügedən mərkəzi konfliktlərin qarşısını almaq üçün yaratmışlar. Lakin həmin məlumatlar ölkədə heç kimə lazım deyildi, ürəyi istəyən istəyən adama verilirdi, o cümlədən Qərbə göndərilirdi. Formal olaraq bu məlumatlar Rusiya dövlət orqanlarına – Hökumətə, Kremlə, Dumaya, Federasiya Şurasına göndərilirdi, lakin onu alanlar həmin informasiya ilə nə edəcəklərini, nə üçün lazım olduğunu anlamırdılar və seyfə tullayırdılar. Təbiidir ki, heç bir əhəmiyyət daşımayan belə informasiyaya Rusiyada heç kəs pul vermək fikrində deyildi. Amma Qərbə bu informasiya lazım idi, Qərbdə onu diqqətlə araşdırırdılar. Axı Rusiyanın cənubunun konfliktogenlik atlası – zarafat məsələ deyil.
Belə atlası əldə etməklə nə etmək olar? Etnoslararası konfliktin baş verə biləcəyi yerləri müəyyənləşdirmək olar. Atlasa baxmaqla bilmək olur harda konflikt yaradılması mümkündür. Komplimentar etnoslar harda qonşudurlar, məsələn, qaraçaylar və çerkeslər, hansı nöqtədə vəziyyət daha gərgndir. Yaxud inquşlar və osetinlər, Şimali Qafqazın bəzi nöqtələrində onlar münaqişə vəziyyətindədirlər, axı ruslar Şimali Qafqazda “titullu” etnoslar tərəfindən küncə sıxışdırılmışlar – bircə kibrit kifayətdir ki, partlayış baş versin. Bu çox əlverişli atlasdır və mütəmadi olaraq təzələnir. Lakin nə üçün əlverişlidir? Kibriti harda yandırmaq lazım olduğunu bilmək üçün. “Bax bizim kibritimiz var və indi Tişkovun yaratdığı atlasa baxacayıq...” – amerikan strateqləri fikirləşirlər.
Son 20 ildə Rusiyada çox atlantik şəbəkələr yaradılmışdı, lakin hər atlantik şəbəkəyə Rusiya Elmlər Akademiyasının akademikləri rəhbərlik etməmişdilər.
Bu yalnız 1990-cı illərin əvvəlindən başlayaraq bütün Rusiya boyunca, o cümlədən onun cənubunda Qərbin yaratdığı yüzlərə belə mərkəzlərdən birinə tipik nümunədir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий