19.02.2023

ABŞ KEÇMİŞ SOVET RESPUBLİKALARINDA JURNALİSTLƏRDƏN İBARƏT KƏŞFİYYAT STRUKTURU YARADIB


Valeri Korovin

1990-cı illərində atlantik şəbəkə qrant adlanan sosial intensifikasiya elementindən istifadə etmək yolu ilə yaradılırdı. Məsələn, qlobalizasiya proyektinin yeridilməsinə işləyən maliyyə fırıldaqçısı Corc Soros qrantlar paylayırdı – o sosial cəhətdən aktiv qruplara kiçik məbləğdə pullar verirdi.
Sosial kateqoriya kimi götürülən passiv kütlələrin içərisindən ara-sıra sosial cəhətdən aktiv xırda qruplar meydana çıxır. Bunlar müxtəlif məqsədlərə və səbəblərə görə bir yerə yığışırlar. Bunlar qeyri-formal qruplar da ola bilərlər, hansısa siyasi qruplar da, maraq qrupları da. İstənilən halda belə qrup özündə sosial cəhətdən aktiv vətəndaşları birləşdirir. Qrup özünə maraqlı işlə məşğul olur. Qrup enerjisini özünə maraqlı işə sərf edir, insanlar həmin maraq ətrafında birləşirlər.
Əgər qrupa pul verilirsə, qrupun fəaliyyəti aktivləşir, bu zaman isə onlar qrant verənə minnətdar olurlar. Axı bu adamlar işlə pulsuz məşğul olurdular, maraq naminə, idealist məqsədlərə görə qrupdaydılar, amma pul da verilir və fəaliyyətin masştabını genişləndirmək imkanı yaranır. Adamlar özlərini qrant verənə borclu sayırlar, əsas da belə meyllənmə mentalitetcə daha çox bizim Avrasiya məkanının xalqlarına, quru sivilizasiyasının adamlarına xasdır. Həmin strukturlar dəstəkçiyə minnətdarlıq hissi ilə yanaşmağa başlayırlar.
Lakin hansısa qrup qrant aldısa, yerindəcə amerikan şəbəkəsi siyahısına salınır. Yəni Sorosdan pul aldı, deməli istər-istəməz Qərb qlobal proyektinə işləyir. Artıq o buna borcludur.
Bu qruplar üzv sayına görə az da ola bilərlər, çox da, lakin şəbəkə müharibəsində kəmiyyətin heç bir mənası yoxdur: bu gün partiya üzvlərinin sayının nə qədər olması siyası məqsədlərə çatmaqda o qədər də prinsipial rol oynamır. Bu gün orduda əsgər sayı ilə bağlı da məsələ belədir. Lakin bu qovşaq çoxluğu deməkdir – yüzlərlə, hətta minlərlə quplar, hansılar ki bütövlükdə az-çox məbləğdə pulla alınmışlar, Avrasiya qitəsini əhatə etməkdə olan amerikan şəbəksəsinin əsasına çevrilirlər. 
1990-cu illərdə postsovet məkanında ilk dəfə QHT – qeyri-hökumət təşkilatı anlayışı ortaya çıxdı. Bir zamanlar QHT-ləri məhz qrant almaq üçün yaratmağa başladılar. Məlum oldu ki, amerikanlar, Soros, eləcə də ABŞ-ın patronajlığı altında fəaliyyət göstərən digər Amerika və Avropa fondları pul buraxırlar. Və bu puldan almaq üçün toplaşmaq, QHT qeydiyyatdan keçirmək və nəsə hərəkət eləmək lazımdır. Ən yaxşısı onarın dediyini eləmək lazımdır ki, daha çox pul qoparasan. Elə-belə işlə məşğul olsan, onda az alacaqsan. Əslində qrant almağın parametrləri yüksək ehtimalla əvvəldən məlum idi: antirus, antidövlət ritorikası, liberal baxışların yeridilməsi, güc strukturları ilə mübarizə, cinsi azlıqların hüquqlarının qorunması, radikal ekologizm və s. Belə kriteriyalara riayət olunması passionarlar üçün bir növ filtrə çevrilirdi və instrument kimi kömək edirdi ki, az-çox aktiv adamlar həmin qeyri-hökumət komyunitilərinə lokallaşsınlar və yerli-dibli pula satılsınlar. Lakin tarixdə təkcə qeyri-hökumət təşkilatlarının deyil, dövlət strukturlarının da pulla alınması faktları mövcuddur ki, bu da heç bir müstəqilliyin olmamasına dəlalət edir.
Beləcə elə alındı ki, 1990-cı illərin axırında bütün Rusiya məkanı, eləcə də MDB respublikaları atlantik mənbədən muzd alan çoxlu sayda aktiv sosial qruplarla doldu və əhatələndi. Bəzən real baxışlarından asılı olmayaraq, amerikan şəbəkəsinin elementi hətta zahiri görünüşcə ideoloji cəhətdən ona yad element də ola bilər, lakin hətta onların qabaqcadan nə edəcəyini bilirlər, yəni tam nəzarət altındadırlar. Bu və ya digər situasiyada onların necə hərəkət edəcəyini gözəl bilirlər, ona görə də lazım olan momentdə lazım olan üsulla onlardan istifadə edəcəklərinə arxayındırlar.
Beləliklə, 1990-cü illərdə Rusiyada atlantik şəbəkələr ərsəyə gətirildi; bu strukturlar, qeyri-hökumət təşkilatları və fondları çox hallarda xüsusi olaraq qrant almaq üçün yaradılmışdı, ölkədə liberal dominasiya və Kremldə liberal hakimiyyət şəraitində qurulmuşdu ki, atlantik tapşırıqları yerinə yetirirdilər və antirus strategiyaları realizasiya edirdilər. Bütün bunlar hakimiyyətin ümumi xeyir-duası ilə baş vermişdi, belə ki həmin vaxt hakimiyyət strukturlarında ideyalı atlantistlər oturmuşdular. Hamı xatırlayır ki, Yeltsinin naziri olan Andrey Kozırevə niyə geopolitikada avrasiyaçı yanaşmaları iqnor edərək atlantizmin maraqlarına uyğun hərəkət etdiyini irad tutanda o cavab vermişdi: “Belə klassifikasiyada götürəndə mən atlantistəm. Hə, nə olsun? Mən bununla fəxr edirəm”. Təsəvvür edin belə adam Rusiyanın xarici işlər nazirliyinə rəhbərlik edirdi! Atlantizm ideologiyası leqal dövlət kursu idi. Bu ideologiya əsasında Qərbin maliyyəsi və Rusiya siyasi elitalarının xeyir-duası ilə atlantik təsir mərkəzləri tam açıq-aşkar şəkildə yaradılırdı. Nəticədə Rusiya ərazisi atlantik şəbəkə qovşaqları ilə hərtərəfli minalandı. Aparıcı ekspert cəmiyyətləri və KİV tamamilə atlantik kadrlardan təşkil olunmuşdu və liberallardan başqa meydana heç kəs buraxılmırdı. Əgər sən liberal doqmaya qaillik etmirdinsə, KİV-də işləyə bilməzdin, belə ki marginal sayılırdın, ən yaxşı halda özünə patriotik bir qəzetdə, zirzəmidə, arxa həyətdə, çayxanada yer tapa bilərdin. Əgər ciddi nəşrdə işləmək istəyirdinsə, onda sən hökmən liberal olmalıydın. Ekspertlərin kanallara və digər KİV-lərə buraxılması sərt şəkildə belə indekslə reqlamentasiya olunurdu və bunu aşmaq mümkün deyildi. Həmin istiqamətdə liberallar kolossal iş görmüşdülər.
Marksist ideologiyanın zəlil hala salınmasına görə elita nümayəndələrinin çox hissəsinin Sovet dövlətçilyinə qarşı keçirdikləri ikrah nəticəsində onlar atlantik ideoloji modelləri asanca qəbil edirdilər, atlantistlərlə isti əlaqələrə girirdilər. Nəticədə birbaşa rezidentura, amma “yumşaq”, soft-rezidentura yaranmışdı. Bunlardan heç nə tələb olunmurdu; nə gizli məlumatlar, nə şpion gərginliyi, nə də diversion mobilizasiya istənilmirdi. Onlar məşğul olduqları sahədə işləməkdə davam etməliydilər, sadəcə Qərb liberallarından götürdükləri baxışlara açıq-aşkar tapınmalıydılar.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий