20-21 mayda Azərbaycanın paytaxtında «Rus dilinin ambassadorları» maarifləndirici proqram çərçivəsində tədbirlər keçiriləcəkdir. Onun aparıcıları – Rusiya alimləri, yazıçıları, sosial və mədəni layihələrin rəhbərləridir.
Rus dili dünyada yayılma baxımından səkkizinci yeri tutur. Müxtəlif dərəcədə təqribən 270 milyon insan onu bilir. Onların əksəriyyəti MDB ölkələrində yaşayır, harda лш 2023-cü il Rus dili millətlərarası ünsiyyət dili kimi elan edilib.
Azərbaycanda rus dilində praktiki olaraq hamı danışa bilir. Bizim yaşlı soydaşlarımız onu ümumiyyətlə ikinci ana dili kimi qəbul edirlər. Məktəblərdə digər fənlərlə yanaşı rus dilini də öyrənən gənclər rus dilində də kifayət qədər savadlı danışırlar.
Təhsil sahəsində ekspert Kamran Əsədovun sözlərinə görə, son illərdə Azərbaycanda rus dilində təhsilə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiya valideynlərin övladına layiqli başlanğıc vermək istəyi ilə bağlıdır. «Aydındır ki, insan nə qədər çox dil bilsə, onun üçün bu o qədər yaxşıdır. Bundan əlavə, rus dilində çoxlu müxtəlif məlumatlar var. Bunu bilmək bizim üçün böyük informasiya məkanına çıxış deməkdir», – Əsədov hesab edir.
Aprel ayında AR elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin xidmətləri haqqında dəyirmi masa zamanı bildirmişdir ki, bizim ölkəmiz məktəblərdə və universitetlərdə rus dilini qoruyub saxlayacaqdır. «Rus dili – ünsiyyət, təhsil, təcrübə mübadiləsi dilidir», – İsayev izah edib. O əlavə edib ki, Azərbaycan tərəfi Rusiya ali təhsil müəssisələri ilə əməkdaşlığa hazırdır. Belə ki Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsinin imkanı müzakirə olunmuşdur.
Bundan əlavə, bizim ölkəmizdə rus dilini bilənlər və onu daha yaxşı öyrənmək istəyənlər üçün çoxlu tədbirlər keçirilir.
Bu həftə Bakı maarifiləndirici proqramla Azərbaycanın paytaxtına gələcək rus dilinin səfirlərini qarşılayır. Burda tematik viktorina və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun layihələrinin təqdimatı keçiriləcək. Fond xarici mütəxəssislərə Rusiyada təcrübə keçən zaman təqaüdlər ödəyir və beynəlxalq əməkdaşlığın inkişafına istiqamətləndirilmiş təşəbbüslərin həyata keçirilməsi üçün qrantlar ayırır.
Həmçinin, maarifiləndirici proqram çərçivəsində bakılıları yaradıcı ustad dərsləri və nüfuzlu ədəbi mükafatların finalçısı Anna Matveyeva ilə görüş gözləyir.
Комментариев нет:
Отправить комментарий