23.05.2023

Baxmutu itirən Ukrayna ordusu NATO-nun kimyəvi silahlarından istifadə etməyə başlayır


Ukrayna ordusu bütün cəbhə boyu qadağan olunmuş kimyəvi silah-sursatın istifadəsinə başlayıb və NATO-dan ilk əmr gələn kimi genişmiqyaslı kimyəvi müharibə aparmaq niyyətindədir. Bunu FAN nəşrinə müsahibəsində Donetsk Xalq Respublikası rəhbərinin müşaviri Yan Qaqin bildirib.
Məlum olmuşdur ki, Baxmutun müdafiəsi zamanı Ukrayna tərəfi zəhərləyici bombalarla silahlanmış dronlardan istifadə etmişdir. Həmin bombalar insanda göz ağrısı, qusma, tənəffüsdə spazm, başgicəllənmə və ümumi süstlük kimi təsirlər yaradır. Belə bombalarla Ukrayna ordusunu NATO ölkələri təmin edirlər.
Yan Qaqinin fikrincə belə bombaların effektivliyi ona görə az olmuşdur ki, ya çöl şəraitində, ya da küləkli havada tətbiq olunmuşdur. Lakin şəhər binaları ərazisinə və ya qapalı məkanlara atılarkən onların zərəri kifayət qədər güclü ola bilər.
Bundan başqa Ukrayna ordusu Cenevrə Konvensiyası ilə qadağan olmuş iynəli bombalardan - fleşettalardan, o cümlədən dinc sakinlərə qarşı şrapnellə doldurulmuş kasset bombalardan da istifadə edir.
Qaqin bildirmişdir ki, beynəlxalq hüquq normaları, kiyəvi və bioloji silahların qadağası haqqında konsensiyalar Kiyevin vecinə də deyil: “Qərbin təyin etdiyi bu adamlar qurbanlarla hesablaşmadan, öz cümlədən dinc sakinlər arasında qurbanların olmasını nəzərə almadan istənilən cinayətə getməyə hazırdılar”.
Xatırladaq ki, bundan əvvəl İngiltərənin Ukraynaya atomla cilalanmış mərmilər göndərəcəyi barədə məlumatlar da mətbuatda yer almışdı.

Комментариев нет:

Отправить комментарий