Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ-da yaşayan “Günaz TV”nin sahibi Əhməd Obalının naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülməsi barədə məlumat yayıldı.
ABŞ-ın “The New York Sun” nəşri hadisə ilə bağlı polisdəki mənbələrinə istinadən yeni məlumat açıqlayıb.
Nəşrin yaydığı məlumatda bildirilir ki, “Günaz TV”nin sahibi Əhməd Obalı öz oğlu tərəfindən döyülüb.
Əhməd Obalının ailəsi və yaxınları isə bu məlumatı təkzib ediblər. Onlar bu hücumun arxasında İran rejiminin olduğunu bildirirlər.
“The New York Sun” yazır ki, hadisə Kaliforniyada “Santa Clara” Universitetinin hüquq fakültəsini bitirən Əhməd Obalının oğlu Dəniz Obalının məzun gecəsində baş verib. İşə cavabdeh olan müstəntiqlər iddia edirlər ki, hadisə siyasi səbəblərdən deyil, ailədaxili mübahisə nəticəsində baş verib.
Qeyd olunur ki, polis Dəniz Obalını şübhəli şəxs kimi saxlayıb. /yeniavaz.com/
Комментариев нет:
Отправить комментарий