01.07.2011

Cəlil Cavanşirdən yeni şeir kitabı

Gənc şair Cəlil Cavanşirin “Undergraund sevgilər” kitabı “Qanun” Nəşrlər Evindəişıq üzü görüb.

Gənc şair keçən onillikdə qələmə aldığı şeirlərinin bəzilərini bu kitaba daxil etsə də kitabda əsasən əyatlət şəhərindən paytaxta köçmüş, meqapolisin çətinlikləri ilə savaşan şairin çırpınışları, yol axtarışları var.

Eyni zamanda klassik poeziyada işlənmiş ayrılıq, həsrət, vüsal, sevgi və sair kimi rəmzlərə müasir yanaşma sərgilənir.

Kitabda yer alan şeirlər üsyankar, antiqlamur, solçu gənclik üçün maraqlı olacaq.

Kitabın redaktoru şairə Elnaz Eyvazlı, ön sözün müəllifi Xanəmir Telmanoğludur. Gənc şair kitabı oğlu Ayhana həsr edib.

Комментариев нет:

Отправить комментарий