01.07.2011

"FUKUSİMA-1" QƏZASI BARƏDƏ HƏQİQƏT GİZLƏDİLİB


Çünki bu, Britaniyada Atom Stansiyasının tikilməsinin qarşısında maneə ola bilərdi


Faktxeber.com-un «Guardian»-a istinadən verdiyi məlumata görə, İngiltərə hökuməti Yaponiyanın «Fukusima-1» AES-ində olan qəza barədə əsl həqiqətləri gizlədiblər, çünki bu, Britaniyada Atom Stansiyasının tikilməsinin qarşısında maneə ola bilərdi.
Adıçəkilən qəzetin əlinə siyasətçilərin elektron məktubları keçib. Məktubda deyilir ki, Britaniya hökumətinin  bir neçə departamenti 
xalqa AES-nın təhlükəsizliyini nümayiş etdirmələri barədə EDF Energy, Areva and Westinghouse benəlxalq nüvə sənayesinin rəhbərliyinə məktub yazıblar və qeyd olunub ki, kompaniya «nüvə obyektlərinin təhlükəsizliyini göstərməsə bazarda problem yarana bilər». Bir başqa məktubda isə  radiasiyanın səviyyəsinin və reaktorun normada olduğu qeyd olunub: «Bu planın bir hissəsidir və biz situasiyanı nəzarətdə saxlayırıq».
Qeyd edək ki, ötən həftə Britaniya hökuməti İngiltərə və Uelsdə 8 yeni AES-in tikilməsini təsdiq edib. Bununla belə, digər Avropa ölkələri, o cümlədən İtaliya, Almaniya və İsveçrə atom sənayesindən imtina eləyiblər.

Комментариев нет:

Отправить комментарий