01.07.2011

İRAN 10 GÜNLÜK RAKET MANEVRİ KEÇİRİR

                                 Artıq İran raketləri bunkerlərdən atacaq


"Biz Amerikaya bir çox bazalarını bizə yaxın məntəqələrdə yerləşdirdiyinə görə təşəkkür edirik. Çünki biz onların hamısını rahatlıqla məhv etmək gücündəyik. İsrailə gəldikdə isə hər hansı bir qarşıdurma yarandığı təqdirdə bu işğalçı rejimi tez bir zamanda yer üzündən siləcəyik”



FaktXeber.com-un İrna-ya istinadən verdiyi məlumata görə, İran İnqilab Mühafizəçiləri Korpusu “Böyük Peyğəmbər-6” adlı yeni raket manevrinə start verib. Bu haqda İrna-ya açıqlama verən General Əmirəli Hacızadə, keçirilən bu manevrin müdafiə və sülhməramlı xarakter daşıdığını bildirib. O, deyib: “Hal-hazırda biz 2 min kilometrdən uzaq mənzilləri vura biləcək raketlər istehsal etmək gücündə olsaq da, bu günkü gündə onların istehsalına zərurət görmürük. Biz Amerikaya bir çox bazalarını bizə yaxın məntəqələrdə yerləşdirdiyinə görə təşəkkür edirik. Çünki biz onların hamısını rahatlıqla məhv etmək gücündəyik. İsrailə gəldikdə isə hər hansı bir qarşıdurma yarandığı təqdirdə bu işğalçı rejimi tez bir zamanda yer üzündən siləcəyik.” General Hacızadə xarici ölkələrin bir neçə pilotsuz təyyarələrini İranın hava sərhədlərini pozduqlarına görə, vurulduğunu da bildirib. General vurulan təyyarələrə baxış keçirmək üçün rusların İrana müraciət etdiklərini və onlara bu barədə icazə verildiyini də açıqlayıb.

Комментариев нет:

Отправить комментарий