01.07.2011

ÖLKƏDƏ ƏXLAQSIZLIQ YUVALARINI KİMLƏR HİMAYƏ EDİR?


Arzu Abdullayeva: "Polis əməkdaşlarının bəziləri əxlaqsızlıq yuvalarının himayə etdiklərinə görə, həmin obyektlər toxunulmaz saxlanılır və həmin obyektlərdə fəaliyyət göstərən qadınlardan istifadə edərək qazanc götürülər"

ABŞ-ın Dövlət Departamenti Azərbaycanla bağlı şok hesabat açıqlayıb. Hesabatda bildirlir:
 "Azərbaycanda polis məmurlarının nəzarətində olan bəzi sauna, motel və masaj kabinələrində məcburi fahişəlik faktlarının olduğu deyilir. Ancaq məmurların adlarının hallandığı cinsi istismar və məcburi əməklə bağlı ittihamlar araşdırılmır".
ABŞ Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir: «Azərbaycan qadın, kişi və uşaqların məcburi əməyə, cinsi zorakılığa məruz qaldığı ölkə olmaqla yanaşı, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir». Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən hüquq müdafiəçisi Arzu Abdullayeva, ölkədə bu istiqamətə əsasən polislərin şərait yaratdığını bildirdi: 
"Ümumi olaraq bunu deyə bilərəm ki, bəzi polis əməkdaşları bu yollarla qadınları əxlaqsızlıqlara sürükləyirlər. Bu istiqamətdə baş verən hadisələr barədə bizə məlumatlar verirdilər. Xüsusilə kimsəsiz qadınların evlərində əxlaqsızlıq yuvaları yaratmaq üçün, hazırlanmış bəzi əxlaqsız qadınlardan istifadə olunaraq evləri zəbt olunur. Bu cür pozğun qadınlar sonradan nüfuz etdikləri qadınlara qarşı provakasiyalar həyata keçirirlər. Həmin pozğun qadınları dindirəndə onlar özləri etiraf edirdilər ki, biz bu işləri öz xoşumuza etməmişik. Biz bu işlərin hamısını təzyiq altında həyata keçirmişik. Mən Azərbacanda hər hansısa məmurun əxlaqsızlıq yuvalarına rəhbərlik etməsi barədə heç nə eşitməmişəm. Amma polis əməkdaşları barədə belə faktlar qeydə alınıb. Polis əməkdaşlarının bəziləri əxlaqsızlıq yuvalarını himayə etdiklərinə görə, həmin obyektlər toxunulmaz saxlanılır və həmin obyektlərdə fəaliyyət göstərən qadınlardan istifadə edərək qazanc götürürlər."

Комментариев нет:

Отправить комментарий