16.09.2012

Mirağa Salmanov Cəlilabad DSMF-sini əsl cəhənnəmə çevirib

Redaksiyanın poçtundan

Mirağa Salmanov iş yerində niyə tapılmır?

Vətəndaşlarla kobud rəftar edir, söyüş söyür, qəbula gələn ağsaqqalı, qadını belə vecinə almır

Mirağa Salmanov bütün pul çıxan yerlərə öz adamlarını qoyub var-dövlət qazanmaq barədə düşünür, nəticədə biz qara camaat zülm çəkirik


    Yazıb sizə bildirirəm ki, bibim oğlunun sosial yardımı ilə bağlı müraciət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 may 2012-ci il tarixli məktubuna əsasən, sosial sığrta şəhadətnaməsi tələb olunur. Həmin şəhadətnaməni DSMF-dən almalıyıq. Cəlilabadda ƏƏSMM-dən deyirlər ki, bu şəhadətnamənin verilməsi üçün 1 ayın, DSMF-də isə deyirlər 12 ayın pulunu köçürməlisiniz. Qalmışıq 2 seyid idarəsinin arasında. Get-gəllərdən bezmişik.

   DSMF-yə dəfələrlə gedib-gəlməyimə baxmayaraq, həmin idarənin müdiri Mirağa Salmanovu çox vaxt iş yerində tapa bilmirik. Məlum olur ki, bu adam infarkt keçirib, hələ üstəlik şəkəri var, ona görə də işə vaxtı-vaxtında gələ bilmir. Qoca kişidirsə, qoy gedib evində otursun, xalqı niyə zülmə salır ki?! Mən 1-ci qrup əlilim, istər saat 11 radələrində, istərsə də günorta 2-3 radələrinə dəfələrlə getsəm də, Mirağa Salmanov iş yerində olmayıb. Tək mən deyiləm, çoxlu adam tanıyıram ki, ora gedib gəlirlər, Mirağanı işdə tapa bilmədiklərindən şikayətlənirlər. Vətəndaşlar saatlarla idarənin qabağında oturub onu gözləyirlər, uzaq kəndlərdən dəfələrlə hədər yerə yol ölçməli olurlar. O bu idarəni əsl bardağa çevirib, ürəyi istədiyi vaxt gəlib gedir. Xahiş edirik ki, bura bir fərli-başlı adam qoyun.
  Belə bir başdansovdu adamın məsul vəzifədə otuzdurulması yolverilməzdir. Vətəndaşlarla kobud rəftar edir, söyüş söyür, qəbula gələn ağsaqqalı, qadını belə vecinə almır. Deyir ki mən rayonun ağasıyam, seyidəm, cəddim sizə görkəzər. Deyirsən hökumətə şikayət edəcəm, deyir Cəlilabadın hökuməti mənəm. Məhz onun nizam-intizamının olmaması nəticəsində idarənin sənədlərində qarma-qarışıqlıq yaranıb, adi sənədi gəlib soruşursan, günlərlə axtarırlar, tapa bilmirlər. Aşağıda birinci mərtəbədə öz bacısı oğlunu qanunsuz olaraq işə götürərək pul yığımı məsələsini ona tapşırıb. Ələddin Əzizovu fərdi uçot şöbəsinin işçisi ola-ola məhkəməyə göndərir, ordan stajların təsdiq olunmasına görə pul qazanmağa cəhd edir. Bu adam DSMF Cəlilabad şöbəsini arendaya götürüb pul qazanır, qanunçuluq ayaq altına atılıb tapdalanır. 
Mirağa Salmanov öz naşılığı və pulgirliyi hesabına idarədə əsl hərc-mərclik yaradıb. Tez-tez işçilər arasında dava-dalaş düşür. Kağız-kuğuzlar bir-birinə qarışıb. Ürəyi istədiyi vaxt qanunsuz təyinatlar verir. Bacısı oğlu Nicatı da qanunsuz olaraq pul yığımı işinə qoyub, öz korrupsiya mexanizmini yaradıb. Daha bir yaxın qohumu seyid Mirbağırı da pulyığan sektorda işə götürüb. Camaatdan torpaq pulunu onlar alıb Mirağaya ötürürlər. Bir neçə ay qabaq Kərbəlaya getmişdi, indi də Haca hazırlaşır. Xahiş edirəm aydınlaşdırın, o bu pulları hardan gətirir? Bizim qanımızı içərək məhz həmin pulları qazanır, sonra gedib özünə həci titulu alır. Korrupsiya və rüşvətxorluq bu idarədə tüğyan edir, Müdir isə qanımızı içdiyi pulla savab qazanır, həci olur. Halbuki bu adam Xalq Cəbhəsinin üzvü olarkən əlində silah oğurluqla, talançılıqla məşğul idi. Öz qardaşı oğlu da həmin idarədə qanunsuz işləyir, adı gözətçi ola-ola fərdi uçotdakı işlərə soxulub. Bəs Ələddin Əzizov fərdi uçotun işçisi ola-ola pensiya təyinatı şöbəsində necə işləyir? Ümumiyyətlə, bu idarədə yoxlanılmalıdır ki, işçilərin gördüyü iş, tutduğu status onların qanuni, sənəddəki işinə nə dərəcədə uyğun gəlir? Ştatdakı işlə faktiki iş uyğun gəlmir. Mirağa Salmanov bütün pul çıxan yerlərə öz adamlarını qoyub var-dövlət qazanmaq barədə düşünür, nəticədə biz qara camaat zülm çəkirik. Sığorta şəhadətnamələrini paylamır, yığıb otağına saxlayır, qəbula gələnlərdən tələb edir ki, həmin şəhadətnamə üçün ona 300-400 manat versinlər. Mirağa Salmanov oturub bu idarədə nəzir yığır, onun Azərbaycan qanunçuluğundan xəbəri yoxdur. Bu yaxınlarda ANS kanalından çəkib göstərdilər, Mirağanın sığorta şəhadətnamələri ilə bağlı törətdiyi maxniasiyalardan süjet verdilər, amma yenə də tədbir görülmədi. Sığorta şəhadənaməsini yığıb otağına, vermir, birinə deyir, 3 aylığın köçürməsini ver, birinə deyir 1 illiyini ver.  
   Rayon camaatı adından xahiş edirik ki, rayonu bu cür seyidlərin əlindən qurtarın. İdarəetmə sistemlərini onlardan təmizləyin. Xalq onlara nifrət edir və dövlətin reytinqi aşağı düşür. 

İsgəndərov Amil, Cəlilabad rayonu sakini

Комментариев нет:

Отправить комментарий