16.09.2012

QORXULU YUXU

Oqtay Salamov

Yusif peyğəmbər xeyirə yozsun, dostum iki seriyalı  bir  yuxu görüb, evlərində su  olmayıb, çıxıb balkona ki, küləyə  danışsın. Tərslikdən küləkdə  olmayıb, deyibki,  cəhənnəm, jurnalistə danışacam. Çənəsinin altına, daha doğrusu əlinin  altına mənim Skype-m düşüb, yuxusunu mənədanışdı. Yalan olmasın, eşidəndə  dodağım doqquz yerdən parçalandı. Dedim, şükür sənə İlahı, nə yaxşı bu hadisə  lap yuxu  da olsa, mənim yuxuma girməyib, sovet vaxtında olub, bizim vaxtımızda belə şeyi heç fantastik kinolarda da görəmməzsən. Dostuma məsləhətgördüm ki, gizli nömrə ilə Firuddin Qurbansoyun cib nömrəsinə 10 manatlıq kontur göndər, başından xəta sovuşsun. Öz nömrəndən göndərsən adamın kefinədəyər…

Dostuma dedim ki,  kompüteri uşaqlar olan otaqdan çıxar, özüm də qapını bağlayıb yuxunun birinci seriyasına qulaqasmağa başladım.
-Qardaş, bilmirəm yeməyi qarışdırmışdım, yoxsa oruc tutmadığım üçün elə budünyadaca cəzalandırılırdım-nədi, təzəcə yuxuya getmişdim ki, bu vaqiyəni gördüm.  Görürəm ki, sovet hökumətininbilmirəm hansı vaxtı idi, amma qılıncının dalı  da, qabağı  da, lap dəstəyinin də kəsən vaxtıydı.  «Kommunist» qəzetində,  «Araz»  radiosunda məlumat verdilər ki, bəs Azərbaycanın Birinci katibi ucqar rayonların birinə səfər edəcək.Elə yuxudaca sevinirəm ki, səfər ərazisinə düşən rayonların bəxtigətirəcək, ənazından yolları düzələcək…
Cin vurmuş  kimi, Mehdi Hüseynzadənin heykəlinin yanında olanavtovağzaldan bilet alıb birinci katibin gedəcəyi sonuncu  rayona yola düşdüm. Elə oturduğum avtobusun markasını görəndə dedim ki, nə  paza  keçdim…
Nə isə, yolda həyat qaynayırdı.Millət hamı bir nəfər  kimi  iməciliyə çıxmışdı. Çıxmışdı deyəndə ki, ağızları nəydi çıxmasınlar, indiki  vaxt deyildi ki, iməcilik-zad olmasın. Kimi  yolqırağındakı kolları qırır, kimi ağacların gövdələriniəh əhəklə ağardır, kimi  asfaltı yamayır, çalaları doldurur, DT-75 traktorları dağın yamacında «Sov.İKP-yə eşq olsun!» sözlərini kotanla şumlayıb yazırdı. Dağlardanşabalıd gətirib yolların qırağında basdırırdılar ki, guya elə doğdu-bitdi elə buralarda olubmuş. Bir sözlə, rayonların birinci katibləri, vəzifəliləri respublikanın birncikatibini aldatmaq yarışına çıxmışdılar. Bir rayonun katibi lap gül vurmuşdu, Latviyadan alpinistlər çağırmışdı ki, dımaşıb şabalıd ağaclarının budaqlarında saralmış yapraqları yaşıl rənglə boyasınlar.
Yadıma düşdü ki, Özbəkistanda xüsusi dekorasiyçılar saxlanılır ki, prezidentin keçdiyi yollarda palmaların üstündə süni yarpaqlar düzürlər, sonra da yığışdırırlar ki, növbəti dəfə digər palmaları «yaşıllaşdırsınlar». Nə yaxşıki, biz özbək deyilik…
Gecə saat 3-dən keçəndə qonşumun «Xammer»inin  siqnalı məhəlləni ayağa qaldırdı: «Özbək, tacik, qazax, azər bir…».  Mən də  məhəllə adamıyam axı, oyandım, sifətimə  imsaqa gəlmiş iki ağcaqanadı qovdum  (mən suriyalı, amerikan, rus, erməni deyiləm ki, müqəddəs aydaqan töküm), sol böyrü üstə çevrildim. Kaş  çevrilməyəydim. O dəqiqə «Orucunu yemə!» studiyasının yeni seriyası başlandı.
Əvvəlcə buludların üstündə nəyəsə görə kiril əlifbası ilə «Ətrafımızda 400 kilometr radiusda bitən, qaçan, yetişən nə  varsa, yeyə bilərik» sözləri yazıldı. Sonra məsciddə moizəçi danışmağa başladı: «İnsan elə bir varlıqdır ki, yaşaması və inkişaf etməsi üçün qidaya ehtiyacı var. Yemək isə sadəcə qidanı boğazdan mədəyə ötürmək demək deyil. Onun da öz qaydaları var. Amma bu qaydalara riayət etməmək insanın sağlamlığı bahasına başa gəlir. Bəzən deyirlər ki, azərbaycanlılar düzgün qidalanma qaydalarını bilmirlər, bilənlər də ona əmə letmirlər».
Birdən «Yeddi oğul istərəm» filmində Mirpaşanın məscidə  küçük bağlaması səhnəsində olan mola başında aşpaz papağı ilə qışqırmağabaşladı: «“Sağlam və düzgün qidalanmaq istəyənlər də  dədə –baba yeməklərimiz iyesinlər, qarışdırmasınlar.  Bir də ürəkləri ən çox istədiyi şeyləri yesinlər. Amma qabaqlarına qoyulan hər şeyi basıbyeməkləri lazım deyil. Əgər qarşınıza 20 cür meyvə qoyulubsa, ürəyiniz ən çox istəyən meyvəni yeyin. 50 cür xörək qoyulubsa, ən çox ürəyiniz istədiyi  1  xörəyi yeyin. Başqa şey yeməyə ehtiyacyoxdur. Eyni zamanda yerli məhsula üstünlük vermək lazımdır. ”.
Bu vaxt bir dəstə alkaş, bomj  mitinqdə çıxış edirmiş  kimi şuarlar səsləndirməyə başladılar:  «Siz azərbaycan xalqına normal yemək verin, necə yeməyi özləri yaxşı bilir. O dedikləriniz varlılara aiddi, kassı büçün «pervi-vrtoroy»  yoxdu, hansı əlinə  düşsə  «Pervi»di!»…
Qardaş, sənbilənbu yuxunun yozmas ınə olar?
Mən yuxuyozan-zad deyiləm. Amma hər ehtimala qarşı bu dostu dostluqdan silmək məsləhətdi. Birdən onun yuxusu hökumətin  xoşuna  gəlmədi, mənim günahım nədi ki?...

ogtaysalamov@rambler.ru

Комментариев нет:

Отправить комментарий