17.09.2012

Payıza baş əyib çıxıb getməmək...

Sayman Aruz   

Baxırsan küçəyə, baxırsan mənə
baxıram təqvimə, fikirləşirəm.
Pis ili keçirtdik başa düşürsən
pis ili keçirtdik, başa düşürəm.

Tarixdən böyükdür  tənhalıqların
kədərin xalqından daha  dərindi.
Ən doğru həqiqət, unudulmağın
ən yaxşı dostların düşmənlərindi!

Payıza baş əyib çıxıb getməmək...
özünə darıxıb ağlamaqların...
Şəhərdə yer  tapıb ölə bilməmək,
özgəyə satılmış Qarabağların!


Ümid bir qadının yataq yoldaşı
payız bir kişinin uduzmuşudur.
Dünənki qəzetlər bizdən yazıblar
sabah öləcəyik,  proqnoz budur!

Baxırsan küçəyə, baxıram sənə
uzaqda bir şəhər bizi gözləyir.
Mənasız bir gecə keçirtidik gülüm
mənasız bir səhər bizi gözləyir...

Комментариев нет:

Отправить комментарий