Əhvalat vaqe olur Kaliforniya yarımadasında yerləşən Kaliforniya Ştatının Hollivud şəhərciyində. Bornun trillogiyasının uğurundan sonra istehsalçı şirkət Borndan bəhs edən dördüncü filmi çəkmək qərarına gəlir. Toni Qilroy (ilk üç filmin ssenaristi) elə bunu gözləyirmiş kimi ireski yastığının altında bəslədiyi hazır ssenarisini atır ortaya. Mett Deymon da razılığını verir, elə son iki filmi çəkmiş rejissor Pol Qrinqrass da. Sonra istehsalçı şirkət oturub fikirləşir ki, Pol Qrinqrass bizdən çox pul alır deyəsən, bəlkə onun torbasını tikək? Əvəzində də artıq bir neçə film çəkmiş ssenaristimizi ortabab qiymətlə otuzduraq rejissor kürsüsünə. Beləcə Pol Qrinqrassla bir həngamə çıxarıb onu proyektdən uzaqlaşdırırlar. Toni Qilroy da bu şəd xəbəri eşidər –eşidməz boyun aldığı qoyunu kəsib ətini kasıb-kusuba (pirotexniklərə) paylayır.
Bunu eşidən Mett Deymon ortancıl barmağın yol işarəsini istehsalçı şirkətə və Qilroya göstərərək ancaq Pol Qrinqrassın rejissor olduğu təqdirdə filmə çəkiləcəyini bildirir. Çıxarkən də Qilroya səndən rejissor olarsa, mən də həmin gün Mastroyanni olaram deyir.
Pis vəziyyətə düşən şirkət proyekti bağlamaq istəyərkən hər vəziyyətdən çıxış yolu tapan Qilroy burada da öz məharətini göstərir və deyir ki, elə bu gecə ssenarinin yeni versiyasını yazajam – deyir və elə də edir. Yeni ssenarinin adı “Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu” olur. Necə deyərlər təki filmin adında Bornun adı olsun. Daha sonra başlayırlar Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlunu canlandıracaq aktyoru seçməyə. Djeyk Djillinhol, Tobi Maquayr, Maykl Fasbendr, Teylor Kitç və digər bir vaqon aktyorlar arasında yalnız Djeremi Renner 5 milyonluq qonorarla Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu olmağa razılaşır.
Film çəkilir. İçərisində 2 dəfə yarım Bornun şəkili, bir dəfə də adı yazılmış taxta göstərilir.
mirbagir.wordpress.com

Комментариев нет:
Отправить комментарий