Babək Göyüş
GİRİŞ ƏVƏZİ: “100 il” ifadəsi göz önünə gələndə hər bir mədəni insan məşhur Kolumbiya yazıçısı, Nobel mükafatçısı Qabriel Qarsia Markesin “100 ilin tənhalığı” romanı və orda baş verən hadisələr haqqında düşünür. İkinci düşüncə isə Fransa ilə İngiltərə arasında 1337-1453-cü illər arasında Flandriya uğrunda gedən 100 illik müharibə ətrafında var-gəl edir.
GİRİŞ ƏVƏZİ: “100 il” ifadəsi göz önünə gələndə hər bir mədəni insan məşhur Kolumbiya yazıçısı, Nobel mükafatçısı Qabriel Qarsia Markesin “100 ilin tənhalığı” romanı və orda baş verən hadisələr haqqında düşünür. İkinci düşüncə isə Fransa ilə İngiltərə arasında 1337-1453-cü illər arasında Flandriya uğrunda gedən 100 illik müharibə ətrafında var-gəl edir.
Bu baxımdan Sayman Aruzun qələmə aldığı “100 il inqilab” romanının adı ilk baxışdan çox cəlbedicidir. Və istər-istəməz oxucu bu kitabı oxumamışdan öncə belə düşünür ki, yəqin müəllif Markesdə olduğu kimi Buendia adlı bir nəslin yaranması, yüksəlişi, qürubu və məhvi haqqında bilgi verəcək.
Əslində isə bu romanda hadisələr tam başqa məcradə cərəyan edir və oxucu uzaq Kolumbiya cəngəlliklərinə deyil, Arazın o tayına, Urmiya gölünün 30 kilometr cənubunda yerləşən Sulduz şəhərinə yollanır. Müəllif elə romanın 8-ci səhifəsində oxucuda bu şəhərin yaxın keçmişi haqqında təsəvvür yaratmaq üçün 1979-cu ildə, İran İslam İnqilabı dövründə kürdlər tərəfindən türklərə qarşı edilən qətliamdan söz açır və bildirir ki, 20 minə yaxın kürd yaraqlıları şəhərin “Top meydanı” adlı futbol meydançşasına toplaşaraq Sulduzu Kürdüstan ərazisi elan edərək türklərə divan tutmuşdular. Və bir neçə günlük gərgin döyüşlərdən sonra 20 minlik kürd ordusu 600 nəfərlik türklər qarşısında tab gətirməyərək İraqa qaçmışdılar. Və o zaman yaranan şeir də indi hər bir türkün dilində əzbər olub.
Əslində isə bu romanda hadisələr tam başqa məcradə cərəyan edir və oxucu uzaq Kolumbiya cəngəlliklərinə deyil, Arazın o tayına, Urmiya gölünün 30 kilometr cənubunda yerləşən Sulduz şəhərinə yollanır. Müəllif elə romanın 8-ci səhifəsində oxucuda bu şəhərin yaxın keçmişi haqqında təsəvvür yaratmaq üçün 1979-cu ildə, İran İslam İnqilabı dövründə kürdlər tərəfindən türklərə qarşı edilən qətliamdan söz açır və bildirir ki, 20 minə yaxın kürd yaraqlıları şəhərin “Top meydanı” adlı futbol meydançşasına toplaşaraq Sulduzu Kürdüstan ərazisi elan edərək türklərə divan tutmuşdular. Və bir neçə günlük gərgin döyüşlərdən sonra 20 minlik kürd ordusu 600 nəfərlik türklər qarşısında tab gətirməyərək İraqa qaçmışdılar. Və o zaman yaranan şeir də indi hər bir türkün dilində əzbər olub.
Gün çıxdı, kürdlər qəbirdən çıxdı.
Gün batdı, kürdlər qəbirdə yatdı.
Qəribədir, müəllif 100 səhifəlik romanında indiyədək bu şeirin mənasını bilmədiyini etiraf edir. Onun etiraf etdiyi şey isə qonşuları Məsmə xalanın qızı, öz həmyaşıdı Raziyəyə olan sevgisidir. Elə romanın ilk cümləsi də o uşaqlıq illərinin uşaqlıq sevgisiylə başlayır. Bütün sevgilərin sonu faciə ilə bitir. Sulduzun adi bir türk məhləsində yaşayan və yalnız “arada qaldı”, “qonaq bacı” oyunları ilə başlarını qatan Seyidlə Raziyənin isə bundan xəbəri yox idi. Təbii ki, onlar o vaxt Romeo və Cülyetta, nə də ki, Leyli və Məcnun haqqında bilirdilər. Onların bildikləri şey uşaq oyuncaqları ilə oynamaq idi.
Hadisələr isə romanda sanki işıq sürətilə bir-birini tamamlayır və oxucunu bir an belə kitabdan ayrılmağa imkan vermir. Dövlət idarələrinin birində müstəntiq vəsifəsində çalışan Seyid iş otağının pəncərəsindən “Yeddi göz” dağını seyr edir, bəzən də çönüb sağda ona sarı boylanan və Sultan Yaqub adlı bir türk şahının qəbrini öz qoynunda saxlayan “Sultan Yaqub” dağına nəsər salır. Və Seyid xatırlayır ki, bu dağın sol tərəfində İran-İraq müharibəsi zamanı tanınmaz hala düşənlərin “adsız qəbirlər”ini tez-tez ziyarət edirmiş.
Sayman Aruz çox böyük ustalıqla adi bir müstəntiqin adi bir iş otağını təsvir edir. “Otağım sadə və soyuq idi. Bir kiçik miz, bir telefon, üzümü bağlamaq üçün bir qara parça, iki oturacaq, bir kiçik şkaf, şkafın siyirməsində bir tapança, bir köhnə sərinkeş, bir telefon aparatı, bir az kağız, bir az qələm və təbii ki, divardan asılan dini liderlərin şəkilləri...”.
Və bir telefon zəngi çalınır. İş yoldaşı xanım Feyzi hansısa arvadı onun yanına sorğu üçün gətirəcəyini bildirir. Və o, cənublu ləhcəsilə “yaxçi, de gətirsinlər” cavabını verir. Sonradan məlum olur ki, üzü bağlı, əli qandallı gətirilən qadın pantürk olduğuna görə tutulub. Elə ilk sorğu zamanı isə qadın məlumat verir ki, onu ilk dəfə Urmiyada tutublar, Təbriz zindanında 3 ay saxlayıblar. Yalnız ev sənədi qoyduqdan sonra azadlığa buraxıblar. Və özünü təqdim edir: “Top meydanı” tərəfdə yaşayan taksi sürücüsü Qəhrəman Vəlipurun qızı Raziyə. Seyid bu sözləri eşidəndə sanki başına bir daş düşür. Uşaqlıq sevgisi gözübağlı onun qarşısında oturmuşdu. Elə həmin an xatırlayır ki, Raziyə elə indiki kimi uşaq olanda da səmimi idi. O isə həyətdə nəsə baş verəndə Raziyənin boynuna qoyub qaçardı, Raziyə isə anasının kötəyini yeyərdi. Raziyə indi gözübağlı təsəvvür edə bilməzdi ki, onu sorğu-suala tutan müstəntiq uşaqlıq sevgisi Seyiddir...
Və romandakı hadisələr bu görüşdən sonra 180 dərəcə dəyişir. Seyidin Raziyəyə olan sevgisi yenidən alovlanmağa başlayır və teokratiyanın yalanlarından bərkimiş ürəyi sevgi qarşısında yumşalır və ilk addım kimi müdirin yanına gedərək “qadına əl qaldırmayacağıma söz vermişəm” ifadəsilə xahiş edir. Ancaq onun xahişi yerə düşdükdən sonra məcbur olub Raziyənin etiraf etməsi üçün dırnaqçıxarılma prosesində xanım Feyziylə yaxından iştirak edir və uşaqlıq sevgisinin iztirablarını ürəyinin içinə salır...
Romanda süjet xəttinin maraqlı bir qolu isə kürd Həjirin onların evinə gəlib inqilabi kitabları almasıdır. Milliyətçi olduğuna görə öldürülən atasının yolu ilə gedən Həjir inqilab etməyin əsil yolunun kitablardan keçdiyini özünə deviz seçmişdi. Ancaq onun seçdiyi bu deviz tez bir zamanda tutulması ilə nəticələndi. Seyid isə bərk ayaqda onu polislərə vermədi, Həjirin anasının bağlama içində gətirdiyi inqilabi kitabları atası ilə həyətlərinə basdırdı. Atasının həmin an dediyi söz elə indinin özündə də onun qulaqlarında cingildəyir: “Kitabın quylandığı yerdən inqilab göyərər”. Seyid isə Həjirlə birgə üç kürdün Sulduzun “Serahi” deyilən yerində asılmasını izləyəndə gözündən sel kimi yaş getmişdi. Və edam zamanı özü də bilmədən Həjirə tərəf atdığı iki tümən kəffarə pulu da Həjirin üzünə dəymişdi...
Seyid o edam prosesini atasına danışandan sonra atasının dediyi monoloqu “100 il inqilab” romanının kulminasiyası hesab etmək olar: “Həjir bizim millətin düşməni idi, amma ağıllı düşmən idi və yadında saxla ki, diktator kürdə də, türkə də eyni gözlə baxır!”.
Cəsarətlə deyilmiş və cəsarətlə yazılmış bir monoloq...
Roman isə davam edir və həvəslə oxunur. Həm də ona görə ki, istər sovetlər dövründə, istərsə də elə indinin özündə Quzey Azərbaycan üçün qapalı olan Güney Azərbaycandakı hadisələr oxucuda maraq doğurur. Süjet xəttini qabaqlayaraq deyim ki, pantürk adı ilə tutulan bir qadının dindirilməsindən edam edilməsinədək olan proses indiyədək yazılan heç bir bədii və yaxud sənədli əsərlərdə qələmə alınmayıb. Bu romanın müəllifi isə hər xırda detalı belə nəzərdən qaçırtmır və çılpaqlığı ilə oxucuya çatdırır. Raziyənin “Əkinçilik” deyilən yerdə özünə qəbir qazması Seyidin qolunu tamamilə qırır və əmin olur ki, Raziyəni bu prosesdən sonra yüz faiz edam edəcəklər. Ancaq son edam prosesinə kimi zindana bakirə qız kimi daxil olanları başqa bir işgəncə də gözləyir. Kürd Murad adlı birisini məhbus xanımların yanına salıb onun bakirəliyini əlindən alırlar. Seyidin müdiri Hacı isə Seyiddə baş verən dəyişiklikləri sezdiyindən bu bakirəlik prosesini Seyidin özünün həyata keçirməsini tələb edir. Seyid də uşaqlıq dövründə yaşadığı hissləri almaq və həm də sevgilisinin kürd Muradın əlinə keçməməsi üçün bu addımı onun özü atmalı olur. Həmin “toy gecəsi” Seyid bir daha əmin olur ki, öndan fərqli olaraq Raziyə doğrudan da onu sevirmiş və sevdiyinə görə də Seyidin ona verdiyi üzüyü də barmağında gəzdirirmiş.
Seyidi də elə özü haqqında Raziyəyə əsil həqiqəti deməyə məcbur edən bu üzük olur. Raziyə isə edam edilən gün romanın ən yaxşı ifadəsini dilinə gətirir: “Azadlığa çatmaya bilərsən, amma onu dadmaq da böyük işdir. Mən onu daddım”. Və üzüyü Seyidə qaytarıb “Bir gün bu millət də azadlığı görəcək, onu hiss eliyəcək. Azadlıq gələndə barmağına taxarsan!” deyərək saxlamağı xahiş edir.
Edam zamanı iki sevgilinin dialoqu da onların dinli, imanlı olduqlarından xəbər verir:
Raziyə:
-O dünyaya inanırsan?
Seyid:
-Hə.
Raziyə:
-Onda orda görüşərik!
Edamdan sonra müəllif Raziyəni ağacdan asılmış almaya bənzədib. “Dar ağacı bar vermişdi. Özü də Raziyə kimi ağır və dəyərli idi bir bar. Gözləri açıq idi. Uzaq bir yerə dikmişdi. Bilmirəm, bu uzaqda nə var var ki, hamının gözü ordadı? Bəlkə azadlıq həmişə uzaqda olur, deyə, insanlar uzağa baxırlar!”.
Bundan sonra Seyid ürəyinin hökmünə qulaq asır. Otağındakı tapançanı götürüb əvvəl xanım Feyzini, sonra Hacının otağında molla ilə doktoru, ən sonda isə “Hacı, dünən sən mənə yeni bir həyat verdin. Mən bu gün dünənki Seyid deyiləm, Raziyənin əriyəm!” deyib Hacını güllələyir.
Və otağına qayıdıb pəncərənin qabağında dayanır, “Sultan Yaqub” dağına göz dikib tapançanı gicgahına tərəf aparır..
İnqilabların sonu ölümlə nəticələnir. İstər o inqilab bir günün, istərsə də 100 ilin inqilabı olsun...
azerbaycanliyam.com
azerbaycanliyam.com
Комментариев нет:
Отправить комментарий