Fərzad LeysiYumurta
Səhər yumurta
Nahar yumurta
Axşam yumurta
Hər an yumurta
Az qala
Ağzımdan cücələyirəm.
Anama
Şeir Anam (dır)
Lay- lamı çalır
Yox
Atam
Əlimdən gedir
Nəbilim
Bəlkədə içi boş cəviz
Qarqalar ağzənda.
Alma
Təbriz
Alma- alma soyulur
Vitrin- vitrin
Vitrinlənir Tehran`a.
Açar
İtirdiyim O
Cibimdəki açar
Küçədə qalacağdım
Qonşumuz dul olmasaydı.
Can
Əllərim əllərində
Gözlərim gözündə
Oram oranda
Urmu gölü can verir.
Комментариев нет:
Отправить комментарий