20.05.2014

Dünyanın qəribə dəfn mərasimləri

Dünyanın ayr-ayrı xalqalarının vəfat etmiş insanın son mənzilə yola salınması ilə bağlı öz milli xüsusiyyətləri var. Xalqlar yaşayış yerinə, həyat şərtlərinə və dini inanclarına görə, özlərinin dəfn adətlərini formalaşdırıb. Dünyanın müxtəlif xalqlarının bu gün tətbiq etdiyi dəfn adətlərini təqdim edirik.

Hindistan. Əhalisinin Hinduizmə sitayiş etdiyi bu ölkədə mərhumun tonqalda qalanması (kremasiya) praktikası mövcuddur. Onlar inanırlar ki, tonqalda yanan cəsədin ruhu təmizlənir. Mərhum adətən yüksək ərazilərdə yandırılmalıdır. Bunun üçün odun parçalrınından piramida formasında təpə düzəldilir və cəsəd bu piramidanın başında yandırırlar. Adətən belə mərasimlər üçün məkan olaraq çay sahilləri seçilir.
Xüsusən hindlilər müqəddəs hesab etdikləri Qanq çayı sahilində belə mərasimləri icra etməsi prestijli sayılır.
Cəsədə od vurmaq missiyasını adətən mərhumun böyük oğlu yerinə yetirir. Əgər ailədə oğul övlad yoxdursa, bu missiyanı nəslin kişi qohumlarından biri icra etməlidir. Övlad atasını dəfn edirsə, tonqal mərhumun baş hissəsindən, anasını dəfn edirsə, ayaq nahiyəsindən qalanmalıdır. Mərhumun dul qadını və qızları prosesdə iştirak etmirlər. Onlar yalnız dəfn yerində quraşdırılan oturacaqlardan mərasimi izləməklə kifayətlənirlər.
Ümumiyyətlə, prosesin özü çox ağır və hay-küylü keçir. Mərhumun qohumları çığırır, ağlayır, qadınlar saçlarını yolur və dini mahnılar və rəqslər ifa edirlər. Varlı ailələr bunun üçün mərasimə musiqiçilər dəvət edirlər. Kremasiya (tonqalda yandırılma) mərasimi bitdikdən sonra mərhumun qohumları öz evlərinə qayıdırlar. 3 gündən sonra isə kremasiya yerinə qayıdaraq mərhumdan geri qalan külü verdə və qablara toplayaraq çaya və digər su hövlələrinə atırlar. Əhalinin kəskin artımı səbəbindən bugün Hindistanın çoxmilyonlu Kəlküttə, Bombey və Dehli kimi şəhərlərdə kremasiya tez-tez baş verdiyindən cəsədin külü elə yandırıldığı gün çaya atılır.
1829-cu ilə qədər Hindistanda mövcud olan qaydaya əsasən vəfat edən kişi idisə, onun xanımı da özünü mütlər əri ilə birlikdə tonqalda yanmalı idi. Sati adlanan bu adət xanımın ərinə qarşı sədaqət simvolu hesab olunurdu.
Lakin 1829-cu ildə Hindistanı özünə tabe edən ingilislər bu qeyri-sivil praktikanı qadağan etdilər 
Tibet. Bugün Çinin cənub-şərqində inzibati vahid olan Tibet budduzm dinin əsas mərkəzlərindən hesab olunur. Mərhumlar burada son mənzilə “səmavi dəfn” adlı ritual vasitəsilə yola salınır. Tibetcə “cxa-tor” adlanan bu mərasim mərhumun cəsədinin vəhşi quşlara yem olmasını nəzərdə tutur. Buddist inanclarına görə, insan həyatının bütün mərhələlərində ətrafdakı canlılara xeyir gətirməlidirlər. Dünyasını dəyişən insan isə son yaxşılıq olaraq cəsədini quşlara yem etməlidir. İlk növbədə buddist tibetlilər vəfat edən insanı oturaqvəziyyətə gətirirlər. Bundan sonra 24 saat ərzində ona dualar oxunur. Dualar lama (buddist kahini) tərəfindən tibetlilər üçün müqəddəs “Ölülər kitabı”ndan oxunur.
Ölüm hadisəsindən 3 gün keçdikdən sonra mərhumun dostu cəsədi ritual yerinə gətirir. “Səmavi dəfn”ni yerinə yetirmək üçün Tibetdə 1100 xüsusi ayrılmış meydança (dərə, vadi, dağ ətəlkləri) var. Adətən belə yerlərdə vəhşi quşlar daimi məskən salır. Cəsəd kəndirlə hər hansı dayağa bağlanır. Bundan sonra onun üzərində bıçaq yaxid başqa kəsici alətlə iri kəsiklər vurulur. Bu ətrafda dövrə vuran vəhşi quşların cəsədi daha rahat parçalaması üçün nəzərdə tutulur.
Bundan sonra ritualı icra edən və roqyap adlandırılan şəxs cəsəddən uzaqlaşır və vəhşi quşların yaxınlaşmasına şərait yaradır. Cəsədin parçalanmasına seyr edən roqyap quşlar uzaqlaşdıqdan sonra mərhumun “ziyafət”dən sonra yerdə qalan sümüklərini toplayır. Roqyap sümükləri balta ilə xırda-xırda doğrayır. Bundan sonra un yaxud başqa qida ilə qarışdıraraq yenidən gözləntidə olan vəhşi quşların ixtiyarına verir. Quşların uçub getdikləri an “səmavi dəfn”nin sonu sayılır.
Heç bir təmtəraqlı mərasimlərin keçirilmədiyi və buna görə bir qədər kobud sayıla biləcək “səmavi dəfn” tibetlilərin gözündə həyatın aniliyini təcəssüm etdirir. 
Yaponiya. Bu gündoğan ölkə daim öz unkial mədəniyyəti ilə seçilib. Qonşu dövlətlərin dəfn adətləri Yaponiyaya yol açmasına rəğmən yaponların özünəməxsusluğu dəfn mərasimlərində də özünü göstərir. Bu ölkədə ölüm hadisəsi baş verəndə ilk olaraq mərhumun cəsədi yuyulur. Bundan başqa, onun qulaq, burun və ağız nahiyələrinə pambıq yerləşdirilir. Cəsədin sinəsinə bıçaq yerləşdirliir. Yaponları inanırlar ki, bıçaq pis ruhları qovur. Prosesin ardı olaraq mərhumun cəsədi quru buz parçası ilə dolu tabuta yerləşdirilir. Tabutun içinə mərhumunsevimli əşyaları, digər dünyada istifadə etməsi üçün mis pullar, paltarlar da qoyulur.
Sonra mərhumun bütün qohumları və tanışları mərasimə dəvət olunur. Onlar hər biri mütləq qaydada özü ilə pul zərfləri gətirirlər. Çünki Yaponiyada cənazə ritualları çox bahadır. Mərhumla vida mərasimində buddist kahin dualar oxuyur və mərhuma yeni ad verir.
Ölənin kişi qohumlarından biri dəfn mərasiminin sonunda tabutun qıraqlarına daşla mismar vurur. Cənazə krematoriyalardan birinə göndərilir. Yaponiyada cəsəd yandıran krematoriyalar minlərlədir. Burada1-2 saat ərzində cəsəd yandırılır. Onun qohumları taxta çöplərlə cəsədin külünü mücrüyə toplayırlar. Bu mücrünü isə ailə qəbistanlığında torpağa basdırırlar.

(ardı var)        Vüqar İSMAYILOV              modern.az

Комментариев нет:

Отправить комментарий