22.05.2014

İraq niyə işğal olundu?

Sübhan Padarsoy

Corc Buşun Amerika ordsunu İraqa göndərib S. Hüseyni devirməyə cəhd etməsinin əsl səbəbini bilirsinizmi? Amerika dollarına qarşı avrodan qaynaqlanan və get-gedə dünya miqyasında artan iqtisadi təhdid. Bəli, doğru eşitdiniz. C.Buşun “bir neçə həftə içində başlayacağıq dediyi” İraq savaşının əsl səbəbi petrol ixrac edən OPEC ölkələrinin dolları buraxıb avroya keçməsinin qarşısını almaq idi. (1960-cı ildə yaradılan və hal-hazırda 12 dövlətdən ibarət olan OPEC təşkilatının qurucu üzvləri İraq, İran, Venesuela, Küveyt və Səudiyyə Ərəbistanı olub. (Sonra isə təşkilata Əlcəzair, Anqola, Ekvador, Liviya, Nigeriya, Katar və Birləşmiş Ərəb Əmirlikləri daxil olmuşdur.) Amerika OPEC-i avroya yönəlməkdən yayındırmaq üçün ilk olaraq dünyanın ikinci ən böyük neft ehtiyatına sahib olan İraqı ələ keçirib.
Çünki İraq ilk dəfə neftin dollarla alınıb-satılmasına başlamış və 2000-ci ilin noyabrında nefti dollarla satmaqdan imtina edib. Bununla da, İraq dünya üzərində Amerikanın üstünlüyünə son verə biləcək bir addım atmışdı. İraq öz petrolunu Avropa Birliyinin pulu olan avro ilə satmağa başladığı vaxt avronun dəyəri dollardan daha aşağı idi və bu keçid İraqın o gün üçün neft gəlirlərini azaltmışdı. Avronun getdikcə dollardan daha dəyərli, beynəlxalq ticarətdə dolların yerini ala biləcək bir valyuta olaraq ortaya çıxması digər OPEC ölkələrini də nefti avro ilə satmağa həvəsləndirdi. (Məsələn, Venesuela, əgər yadınızdadırsa, Venesuela da İraqın yolunu getmək istəmiş və 2002-ci ildə Amerika, prezident Hügo Çavezi devirməyə cəhd etmişdi). Məhz buna görə də kiçik Buş Amerika üçün çöküş ilə nəticələnə biləcək bu gedişatın qarşısını almaq üçün İraqa müharibə elan etmişdir. S. Hüseynin İraqda petrol satışını dollardan avroya çevirməsi ilə bağlı bütün məlumat və şərhlərə Buş administrasiyası tərəfindən senzura qoyulmuşdu. Bu xəbər Amerikada heç bir yerdə verilməmişdi. Xəbəri yalnız Azad Avropa radiosunu izləyən azsaylı amerikalı öyrənə bilmişdi. Avropa radiosuna görə İraqın neft ticarətində dolardan avroya keçid İraqa tətbiq olunan Amerika embarqosuna S. Hüseynin göstərdiyi bir reaksiya idi. Amerika iqtisadiyyatı dollara bağlı olduğu üçün onun dəyərinin itməsi ölkəni çökdürə bilərdi. İraq işğalının əslində iki səbəbi var idi, yəni Buş bir daşla iki quş vurmağa çalışırdı: İraqı avrodan dollara geri qaytarmaq, həm də İraqda Amerika-İsrail meyilli bir kukla rejim qurmaqla İsrailin təhlükəsizliyini təmin etmək. 2003-cü il aprelin 15-də Wall Street Journal –da çıxan və müəllifi Robert Blok olduğu “Bəzi müsəlman ölkələri dolları avro ilə vurmağı hədəfləyirlər” başlıqlı məqalədə İndoneziyada “dollara yox, avroya bəli !!!” nümayişlərinin baş verdiyi və Nigeriya Müsəlman Şurası rəhbəri İbrahim Umar Kabonun “Amerikanın bizi axmaq yerinə qoymasını istəmirik və onun hegemonluğuna son qoymaq üçün avroya keçidi dəstəkləyirik” dediyi vurğulanırdı.1 aprel 2003-cü ildə Asia Times –da yer alan xəbərdə isə bu fikirlər əks olunmuşdu: “İndoneziya hökuməti və mərkəzi bankı idxal-ixracat əməliyyatlarında avrodan istifadə edə bilər, İndoneziya maliyyə naziri Boediono və Mərkəzi bankın rəhbəri Syahril Sabir verdikləri bəyanatda, dolların avro da daxil olmaqla digər valyutalar ilə müqayisədə zəifləməyə davam edərsə biz daha stabil valyutalara yönələcəyik”. İndoneziya neft şirkəti Pertimana da ticarət əməliyyatlarında avrodan istifadəni qərara almışdı. Çox maraqlıdır ki, bundan cəmi 1 il yarım sonra, 2004-cü ilin dekabrında İndoneziyada dəhşətli sunami fəlakəti olmuş və 225 min insan ölmüşdü və “yardım” adı altında Amerika birliklərinin ölkəni işğal etdiyi şaiyələri yayılmağa başlamışdı. 2009-cu ildə İndoneziya OPEC-dən çıxdı.
Dəyərli oxucular, İraqın necə viranə qaldığı, ölkədə 1.5 milyon insan öldüyü və bu rəqəmin sürətlə artdığı hamımıza bəllidir. Məlum olur ki, Amerika Səddamı “diktator” olduğu üçün yox, dollara qarşı çıxdığına görə devirdi. H. Çavezi də Venesuelada devirmək istədi, amma bu çevriliş cəhdi uğursuz oldu, İndoneziyanın taleyi isə yuxarıda qeyd edildiyi kimi, Liviya nümunəsini də yəqin hamımız yaxşı xatırlayırıq. Bir sözlə dəyərli dostlar, OPEC ölkələri neft ixracatını mütləq dollarla həyata keçirməlidirlər, çünki Amerika iqtisadiyyatını saxlayan məhz bu amildir. Sizcə, dollar hegemonluğuna qarşı çıxan hər hansı bir ölkənin başına Amerika daha necə fəlakətlər gətirə bilər? 

interpress.az

Комментариев нет:

Отправить комментарий