Страницы

30.01.2015

İranın yeni əsgərləri

İran kosmik texnologiyasıyla təchiz edilmiş ''Bəsir'' sistemi sayəsində düşmənlərinin qorxulu yuxusu olmağa davam edir. ''Bəsir'' sistemi sayəsində, İran əsgərlərinin pusquya düşürülmə ehtimalı sıfıra enərək, anında qarşı tərəfə cavab vermə qabiliyyətinə sahib ola biləcəklər.
İranın müdafiə sənayesinin uzun müddətdir üzərində çalışdığı, kosmik texnologiyaya sahib inkişaf etmiş silah və təchizatları Tehrandakı sərgidə təqdim edildikdən sonra İnqilab Mühafizəkarlarına təhvil verildi. 
''Bəsir'' sitemi sayəsində əsgərlərin müdafiə və hücum anındakı rabitə və koordinasiyalı hərəkət etmə tutumu, ən üst səviyyəyə çıxarılmış oldu. ''Vilayət Əsgəri'' adlı proyekt daxilində, müdafiə və hücum anında əsgərlərin gözü və qulağı olacaq olan ''Bəsir'' sistemi, kosmik çağına uyğunlaşdırılmış olaraq, İran Müdafiə Sənayesi tərəfindən tamamilə yerli olaraq istehsal edildi.

Cəmil İmanov - Səmərəsiz səylər

1993-cü ilə qədər Talışlar Azərbaycanda istədiklərini istədikləri vaxt, istədikləri yerdə edə bilirdilər. Çünki onların Ələkram Hümmətov kimi arxası var idi. Ələkram Hümmətov həbs olunandan sonra Talışları basdırdılar. 
O vaxtdan bu günə kimi Talışlar gorlarını Novruzəli Məmmədov ilə eşib çıxmağa çalışırdı. Gorda bir deşik açmağa çalışırdılar ki, nəfəs ala bilsinlər. 
Sonra o deşiyi də bağladılar. Bir müddətdən sonra Hilal Məmmədov gorda həyat mübarizəsi aparan talışların gorunda yenidən nəfəs almaq üçün bir deşik aşmağa çalışdı. Hilal bu deşiyi açmağa bacardı. Hilal məllimin açdığı deşik sayəsində Talış hərəkatı gücləndi. Gənc talış balalarında özünüdərk formalaşmağa başladı. Bununla da deşik get-gedə böyüməyə başladı. 
Artıq basdırılmış talışlar məhz o oğulları sayəsində yavaş-yavaş qəbirdən çıxmağa başlayırlar. Amma yenədən bu qəbirdən çıxan gəncləri də o qəbirə qoyub gorbagor eləməyə çalışırlar.

29.01.2015

Daş, kərpic, taxta!..

İradə RÖVŞƏN,
AMEA Şəki Regional Elmi Mərkəzinin laboratotiya rəhbəri, memarlıq üzrə fəlsəfə doktoru

Məqaləni ekoloji problemlər barədə mühazirə ilə başlamaq istəməzdim. Çünki, tək Azərbaycanda yox, bütün dünyada analoji problemlər göz qabağındadır və hər birimiz təbiətdə baş verən fəlakətlərdən xəbərdarıq. Demək olar ki, dünyada ekoloji gərginlik artıq son həddə çatmışdır və gərginliyi zəiflətməklə yanaşı, tədricən aradan qaldırmaq üçün ekoloji müvazinəti bərpa etmək tələb olunur. 
Baxmayaraq ki, ekologiyaya xidmət edən qurumlar tərəfindən gurultulu layihələr, ağacəkmə aksiyaları və bir çox digər işlər həyata keçirilir, yenə də nəticələr qənaətbəxş deyil. Bunun səbəbi də yalnız ondadır ki, insan öz yaxın ətrafında, evində, həyətində, ailəsində, kiçik bir dünyasında ildən ilə artan problemləri həll etmək əvəzinə, ilk baxışdan gözəgörünməz, hissolunmaz olsa da təhlükəli nəticələrə gətirib çıxaran problemlərlə dolu həyatını yaşamağa davam edir. 
Bəzən dünyada baş verənləri kənardan müşahidə edərək biz özümüzü gunahsız sayırıq. Sanki ətrafımızda baş verənlərin heç bizlərə aydiyyatı yoxdur. Halbuki bu belə deyil.

Memarlıq və el sənətləri nümunələrinin elmi əsaslarla tədqiqi

İradə RÖVŞƏN,
memarlıq üzrə fəlsəfə doktoruAzərbaycan Respublikası Memarlar İttifaqının üzvü

Dövlətin mühafizəsi altında olan memarlıq abidələrinin bərpasına, yenidən qurulmasına və mühafizəsinə ciddi diqqət yetirilir. Bu sahəyə ayrılan vəsait və qəbul edilən qanunvericilik aktları dövlət səviyyəsində olan memarlıq abidələriylə bağlı problemləri həll etməyə imkan verir. Şəki xan sarayı kompleksi, Şəkixanovların evi, karvansaralar, məscidlər, körpülər, hamamlar dövlət tərəfindən mühafizə olunsa da, memarlıq dəyərlərinə malik şəxsi yaşayış evləri belə qayğıdan və nəzarətdən kənarda qaldıqlarından, ev sahiblərinin isə bu evləri bərpa etmək üçün maliyyə imkanlarından məhrum olduqlarından təbii dağılma prosesiylə üz-üzə qalıb. 
Yüksək memarlıq dəyərlərinə malik olan evlərin təbii aşınma nəticəsində dağılması Azərbaycan xalqının tarixi-mədəni irsinin itirilməsi ilə yanaşı, həm də bu irs haqqında müasir nəslin təsəvvürünün xoşagəlməz istiqamətdə dəyişilməsinə gətirib çıxara bilər. Hazırda belə yaşayış evlərinin əksəriyyətinin şəxsi mülkiyyətə aid olması onların fiziki baxımdan qorunmasını çətinləşdirən başlıca amildir.

Туннель Guoliang

Туннель Guoliang, расположен в Китае, он вырезан в горах Тайханшань и является частью единственной дороги, которая ведет к одноименной деревушке во глубине скальных нагромождений.

Hafizik, əgər qulağımı kəsməsən, kişi yox e, kişicik də deyilsən...

"Hafizik, sənə axırıncı dəfə cavab verib səni şərəfləndirirəm. Əgər mənim qulağımı kəsməsən, deməli heç kişi yox e, kişicik də deyilsən"

Prodüsser Tolik Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə xitabən söyləyib.
ANS PRESS-in məlumatına görə, siyasətçi ilə şou-biznesin məşhur nümayəndəsi arasında "qaydasız döyüş" gedir. Tərəflər mətbuatda və sosial mediada bir-birlərinə qarşı təhqirlər işlədirlər.
Tolik bu gün İnstagram səhifəsində Hafiz Hacıyevin mətbuatda səsləndirdiyi təhqirlərinə elə təhqirlə cavab verib: "Hafizik, sənə axırıncı dəfə cavab verib səni şərəfləndirirəm. Əgər sən mənim qulağımı kəsməsən, sən deməli heç kişi yox e, kişicik də deyilsən. Bir də ki, deyirsən əlində şəkillər var. Əgər onları yaymasan deməli sən nəinki kişi, heç çəpiş də deyilsən! Kül sənin başına, mənim hansı şəkillərim var, heç özüm də bilmirəm. Ay aman, qorxdum, Hafiz gəlir. Bir az parklarda az gəz, yoxsa səni də yoldan çıxardarlar, olarsan Hafizuşka. Allah sənə kömək olsun və sənin partiyan da olanlara səbr diləyirəm. Allah Azərbaycanı qorusun sənin kimi ...dən. Xoxan P.S o getdiyim çayxanada məni görən varsa yazdın xahiş edirəm, mən çayxanala getmirəm."
Siyasətçinin, "Görürəm Tolik məni yaman arzulayır. Bir axşam çalışaram da… Bir az belə şeylər pisdir və belə şeylərə meyilli deyilik.

İsrail ordusu haqqında şok iddia: 166 əsgər intihar edib

Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi Mərkəzi Komitəsinin üzvü Erkan Bədr "Əl-Mənar" televiziyasında iştirak etdiyi proqramda 166 İsrail əsgərinin intihar etdiyini, 311 əsgərin isə cəbhəyə getməmək üçün özünü vurduğunu deyib. 
"Haaretz" qəzeti İsrail ordusunun verdiyi itkiləri bu şəkildə açıqlamışdır: 880 ölü, 1860 yaralı. Bu rəqəmlərə 166 sionist əsgər və zabitin intiharı da daxildir" - deyən Bədr, bu 166 əsgərin döyüşə girmək qorxusundan üçün intihar etdiyini, 311 əsgər və zabitin isə müharibəyə getməmək üçün özünü vurduğunu iddia edib.
Erkan Bədr İsrail ordusundakı intihar və yaralanmaların səbəbi kimi isə bunları deyib: "Çünki onlar bölgədən yaralı şəkildə qayıdan əsgərlərdən qorxunc hekayələr eşidirlər. Buna görə mühariəyə getməmək üçün etiraz edir, bəziləri ordunu tərk edir, bəziləri intihar edir, bəziləri də özünü vurur". 
O, sonda deyib ki, sionist düşmən əslində üzdə olandan daha çox itki verib.

27.01.2015

Андрей Фирсов. Об истории возникновения русского языка


Естественное возникновение языка – это длительный, сложный процесс, занимающий многие тысячи веков. Русский язык – это невообразимо древний язык, которым пользуются многие высокоразвитые цивилизации нашей необъятной Вселенной...

Русский язык – это самый древний язык на Земле


Современные учёные относят большинство европейских языков к индоевропейской группе, определяя санскрит, как наиболее близкий к всеобщему праязыку. Но санскрит – это язык, на котором в Индии ни один народ никогда не разговаривал. Этот язык всегда был языком учёных и жрецов, примерно как латынь для европейцев. Это искусственно привнесённый в жизнь индусов язык. Но как тогда появился в Индии этот искусственный язык?
У индусов есть легенда, которая гласит, что когда-то давным-давно пришли с Севера, из-за Гималаев, к ним семь белых учителей.

26.01.2015

Zabil Mədoj - Qaldıq!

Cürbəcür yaradıb bizi Yaradan,
Nadanlar səbəbin bilsin haradan?
Ayıra bilməyir ağı-qaradan,
Özümüz, özləri əngələ saldıq.

Elimdə-obamda bir gün görmədim,
Bir alim, yazarı düzgün görmədim,
Həqiqəti biri görsün, görmədim,
Qəlbi viranətək xəyala daldıq.

Bəlkə də bu imiş payımız bizim?
Tərsə axmalıymış çayımız bizim.
Yoxa çıxmalıymış sayımız bizim,
Ovulduq, əridik bu günə vardıq.


В нефти по самые помидоры. Как живет Азербайджан сегодня

«Куда ты едешь? В Баку? - Знакомые московские армяне вздрагивают. -Ты оттуда не вернёшься, там злые люди, забыла Нагорный Карабах?!» «Куда ты едешь? В Баку? - Знакомые московские азербайджанцы тоже вздрагивают, как бы передразнивая армян. -Ты оттуда не вернёшься, стоит тебе прогуляться по набережной, пообщаться с местными парнями, купить миндаль на Тезе Базар и почувствовать вкус нефти. Кстати, не открывай рот, когда в Каспии купаться будешь, - нефтяная плёнка несколько недель не смывается, вкус специфический!»
Мне кажется, что в самолёте Москва-Баку я одна- не азербайджанка. Впрочем, не только мне. «Вот вы, наша единственная в салоне по внешности москвичка, знаете, почему в Баку осталось ещё несколько миллионов азербайджанцев?

25.01.2015

Цель переворота в Киеве - захват Америкой Крыма


Итальянские издания, ссылаясь на полученные ими данные спецслужб НАТО, утверждают, что «государственный переворот, совершенный в Киеве в феврале этого года, имел конкретную цель: нейтрализовать российский Черноморский флот, базирующийся в Севастополе, и заменить его флотом США». Приведенная ими хронология спецоперации не оставляет в этом никакого сомнения.

AYTƏN EYVAZONUN TALIŞ DİLİNDƏ "DILİ SƏDO" ROMANI ÇAP OLUNDU

TALIŞ XALQININ ƏDƏBİYYAT TARİXİNDƏ MÖHTƏŞƏM HADİSƏ

Talış ədəbiyyatının güclu inkişaf etdiyi çağdaş dövründə növbəti yaradıcılıq. Talış dilində sevgi romanı... "Dıli Sədo" talış dilindən tərcumədə "Urəyin səsi"! Talış qızının urəyinin səsidir bu. Bu səs elə belə səs deyil. Bu səs enerji ilə dolu olan əcdadların, sivilizatorların, Hind məhəbbət eposların, İran məhəbbət dastanlarının... yaxşı, yaxşı bir sözlə Ari qızının maqlardan gələn sevgi səsidir. Kitabın müəllifi dağlar qızı əsli Ozobijon kəndindən olan Sumqayıtda doğulan yazar Aytən xanım Eyvazondur. Nəslinə, kökunə, irsinə, adət-ənənəsinə və dininə sadiq olan Aytən xanım öz talış xalqına sevgisini bu əsərdə canlandırır. Aytən xanım talış dilli oxucuları 19 cu əsrin sonlarına aparır, o dövurdə olan hadisələri özunun yaratdığı obrazlarla təqdim edir. Əsər tarix nəznində olsada bununla yanaşı gözumuzun önundə bir-birlərini sevən iki gəncin məhəbbəti canlanır. Əsərə gözəllik verəndə məhz bu sevgidir. Bunlarla yanaşı əsərin digər özəl xususiyyətləri vardır. Bunu oxuyan görər və bəyənər!!!

Etibar Salmanov - Leysan öncəsi sakitlik

GETDİN

Bu gün birdəfəlik çəkib getdin,
Qəlbimdə son bahar havası var.
Qəlbimdə susmuş dəniz aynası var,
Tufan öncəsi sakitlik kimi.

Son kəs gözlərimə baxıb getdin,
Qəlbimdə lal olmuş hisslərim var.
Qəlbimdə hərəkətsiz yarpaqlar var,
Leysan öncəsi bir sakitlik kimi.

Son kəs əllərimi sıxıb getdin,
Qəlbimdə sıxılmış bir ürək var.
Qəlbimdə can verən məhəbbətim var,
Ölüm öncəsi bir darlıq kimi.


MƏN SƏNƏ LAZIM DEYİLƏM

Aybəniz Əliyar

Mən sənin nəyinəm, Vətən?
İtirdim bütün varımı.
Laçında görən gözümü,
Murovda ayaqlarımı.

Səni sevməyə yox gücüm,
Bir qorxağın artıq düşüb.
Səngərimi namərd tutub,
Kürəyimi güllə deşib.

İndi hara çəksin məni,
Şuşaya çəkən intizar?
Bəlkə mənəm Xocalıda,
Baş daşı qırılan məzar?


Anar Əhəd - Dəccal

Dəccal yaradır fitnə-fəsad, dünya əlində,
Dünya qarışır gör necə bir qayda əlində.

Şair təbə gəlsin, sözü ünvanə yetişsin,
Sözlər düzəcək var nə qədər misra əlində.

Nəfsin cilovun vermə ki, sən badə gedərsən,
Şeytan da yolun üstə durub torba əlində.

Ey sahibi-dövran, o məzarlıqda oyun var,
Allah kitabın qoymaginən molla əlində.

Bığsız uzadıb saqqalı, şalvarı qısaldıb,
Gir metroya, Allah adı çək bomba əlində.


HƏZİ ASLANOVUN ŞƏCƏRƏSİ

Rəzzaq Xansuvar

Azərbaycanımızın Talış oğlu olan 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov 1910 cu il yanvarın 22 də Lənkəran şəhərində anadan olmuşdur. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
Həyatı haqqında məlumatlar genişdir. Gəlin dahi şəxsin şəcərəsinə nəzər yetirək...
Həzinin atası Əhəd kişi  rəsmi adlı Əbdüləhəd) (1879-1923) Talış diyarının gözəl və qədim kəndlərindən biri olan Qamətuk (Gərmətük)kəndində anadan olmuşdur. Əhəd kişi ata-babadan olan mülkləri həm də Lənkəran şəhəri böyuk bazar hissəsində olmuşdur.

24.01.2015

Английские морпехи примёрзли к подгузникам и отказались от участия в учениях


На самой северной военной базе Норвегии в местечке Порсангер в регионе Финнмарк британские морские пехотинцы отказались от выполнения учебно-боевых заданий в виду низкой температуры воздуха. Подданные Ея Величества заявили, что они не силах тренироваться в условиях, где температура опускается до минус двадцати градусов.

22.01.2015

20 Yanvar şəhidlərini təhqir edənlər cəzasız qalacaq?

Mahir Şəkərov

Azərbaycan Respublikasının ərazi bütövlüyünə, dövlətçiliyinə və eləcə də bu dövlətin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə xəyanət...
Bəli, Azərbaycanda ciddi və xüsusi təhlükə - VƏHHABİ TƏHLÜKƏSİ...
Bu təhlükəni dövlət də görür və bilir və dəfələrlə səlahiyyətli şəxslər də, bunu rəsmi şəkildə qeyd ediblər. Görəsən bunların qarşısını almaq üçün hansısa ciddi tədbirlər görülübmü?
20 Yanvar şəhidlərinin  açıq-aşkar sosial şəbəkədə (facebookda) aşağılayıcı sözlərlə sələfi-vəhhabilər tərəfindən təhqir edilməsi, bu tədbirlərin daha da ciddi olmasına ehtiyac olduğunu bir daha göstərdi. 20 Yanvara kafirlərin matəmi deyən, Azərbaycanı  "Darul-küfr ölkəsi" adlandıran, 20 Yanvar şəhidlərini "leş", "avara", "alkaş", "pozğun", "fahişə", "xristian", "yəhudi", "ateist", "üzdəniraq" və s kimi sözlərlə təhqir edib alçaldan, məzhəb və əqidələri bilinməyən bu vətən və din düşmənlərini heç kim görmür?

21.01.2015

Россия выйдет к Персидскому заливу


Министр обороны РФ впервые за 15 лет посетил Иран, где подписал соглашение о возобновлении сотрудничества между двумя странами в военно-технической сфере. Документ можно считать предварительным, «рамочным». Настоящее содержание ему будет придано уже по результатам визита в Тегеран Владимира Путина. В конечном счете это может сильно повлиять на обстановку в регионе и вызвать гнев США и НАТО.

20.01.2015

Gülağa Tənhanın 5 cildliyi


Dekabrın 23-də Bakı şəhərində “Abşeron” mehmanxanasının “Qızıl” zalında keçirilən tədbirdə xeyriyyəçi iş adamı, şair Gülağa Tənhanın seçilmiş əsərlərindən ibarət 5 cildliyin təqdimat mərasimi keçirilmişdir.
7 saatdan artıq davam edən tədbirdə Gülağa Tənhanın həyat yolu ilə bağlı filmlər, süjetlər, bədii kompozisiyalar nümayiş etdirilmişdir.

29 il böyüməyən qundağım

25-30 il öncə Naziləni kəndin ən bəxtəvəri sayırdılar. O, kəndin ən gözəl və 3-4 ali təhsilli, tanınmış qızlarından biri idi. Bəzən eyni gündə onların qapısına 4-5 elçi gəlirdi. Həyat yoldaşı seçdiyi Zəbulla da elə-belə oğul deyildi. 6 dil bilən, şeir yazan, kifayət qədər yaraşıqlı, eləcə də çox imkanlı, maşınlı-imarətli bu gənc kənd qızlarının çoxunun ürəyini yerindən oynatmışdı. Nazilə sonralar Zəbullaya həsr etdiyi şeirlərdən birində yazırdı: "Gecə ulduz, ay gələr,/ Göydən yerə pay gələr,/ Zəbulla tək oğlana,/ Görən, kimlər tay gələr".
“Həyatda heç nə bütöv olmur”. Bu məşhur deyim haqqında danışdığımız Nazilə xanımın həyatı ilə daha çox səsləşir. Taleh demək olar ki, ondan heç nə əsirgəməmişdi. Dünyaya gözəl, yaraşıqlı gəlmişdi. Üstəlik tale ona gözəl görkəm, hər cür imkanı, şair təbiətli həyat yoldaşı, oğul payı, qız payı, gözəl ev-eşik... qısası, insanın bəxtəvər yaşaması üçün çox şey qismət etmişdi. 
...Sonralar isə saysız-hesabsız, aylara, illərə sığmayan, bəlkə də bir neçə insan ömrünə bəs etməyəcək acılar-ağırlar.

20 Yanvar faciəsini sömürən faşistlər haqda

Azərbaycana faşizm 1988-dən başlayaraq ayaq basdı, yayıldı. Çoxları bəlkə də bunu görmür, hiss etmir, çünki özləri bu faşizmin iştirakçılarına çevriliblər - şüurlu yaxud şüursuz, istəyərək yaxud istəmədən.
"Ermənilər uşaqlarının qulağına "türk bizim düşmənimizdir" pıçıldayır, biz də öz uşaqlarımızın qulağına "erməni və rus bizim düşmənimizdir" pıçıldayaq." Bunu Azərbaycanın dövlət kanalında deyirlər. Ermənilərə faşistliklərinə görə guya nifrət edirlər, amma bizi də onlar kimi faşist olmağa dəvət edirlər.

Россия и Иран: вместе против "внерегиональных сил"


"У нас общие вызовы и угрозы в регионе, противостоять которым можно только сообща", - заявил Сергей Шойгу на переговорах с Хосейном Дехканом

Россия и Иран подписали соглашение о военном сотрудничестве. Подписи под документом поставили министры обороны Сергей Шойгу и Хосейн Дехкан.
На пресс-конференции по окончании переговоров Шойгу рассказал, что будет включать в себя военное сотрудничество: более интенсивный обмен делегациями, штабные переговоры, направление наблюдателей на учения, подготовка военных кадров, обмен опытом в миротворческой деятельности и борьбе с терроризмом, заходы военных кораблей в порты России и Ирана.

19.01.2015

Əfrahim Hüseynli - Yaxamı əzaba tanıtdım belə

ÖLMƏYƏ DƏ VAXT QALMADI...

Tanrının verdiyi ömrü
adamlar bölə bilirmiş.-
bir dəfə dünyaya gələn
neçə yol ölə bilirmiş?!

daşı da əridi yolun,
buz-qarı əriməz qalıb.
bu bəxti yazan deyəsən,
daş, qarı dəyişik salıb.

axı mən sənə demədim,
yuxarı başa keç belə.
sonra nə qədər əzab var,-
daşı, çiynimə şələlə.


SÖZ MƏSULİYYƏTİ

 Şirin Xanım Kərimbəyli Şadiman

Dünən 11.01.2015-ci il, Fransanın paytaxtında Parisdə, bütün Avropanın, bəlkə də  bütün dünyanın  nümayəndələri yığışıb  və “Charlie Hebdo” satirik jurnalının müsəlman terrorçular tərəfindən öldürülmüş işçilərinin faciəsinə etiraz etmək üçün yürüş təşkil etdilər. Öldürülənlər tək Allaha inansaydılar mən onlara  Allah rəhmət etsin deyərdim, ancaq bu sözlər ölənlərə düşmür, çünki onlarda nə Allaha, nə də onun timsalında heç bir dinə  inam yox idi. Onlarda inam olsaydı 1,5 milyard müsəlmanın iman gətirdiyi Məhəmməd (ə.s.h.) peyğəmbəri təhqir etməzdilər. 
Bir çox ölkələrin başçıları bu yürüşə qatılıb, yüz minlərlə insanlar dünya cəmiyyətini inandırmağa çalışırlar ki, ödürülənlər öz həyatını söz azadlığına görə qurban veriblər. Qərb demokratiyasının yüksəlişi naminə bu yolda özlərini həlak ediblər. Bəs bu jurnalistlər müsəlman peyğəmbərini təhqir edəndə bilmirdilər ki, onların düşüncəsinin məhsulu nə nəticə verə bilər?

Birinci siniflər üçün nəzərdə tutulan dərsliklər bərbaddır

“Təhsil Nazirliyinin xeyli vəsait ayırıb sifarişlə yazdırdığı və nəşr etdirdiyi dərsliklərin nöqsanlarla doludur. Bu dərsliklərdən uşaqlar çətinliklə istifadə edirlər”. Bu barədə açıqlama ilə filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı çıxış edib:
“Diqqətimi birinci siniflər üçün dərsliklər daha çox çəkdi. Belə ki, birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyinin son (2014) nəşrində xeyli qeyri-dəqiqliklərə yol verilmişdir. Dərsliyin müəllifləri Rafiq İsmayılov, Solmaz Abdullayeva, Gülşən Orucova və Dilrüba Cəfərovadır. Artıq bir neçə ildir ki, "Azərbaycan dili" dərsliyi bu müəlliflərin adı ilə çap olunur və bir neçə ildir, həmin səhvlər təkrarlanır. Halbuki, kitabda gedən səhvləri birinci sinif şagirdləri belə asanlıqla görə bilirlər. Belə olan halda təbii bir sual yaranır: Əcəba, müəlliflər kitabın təkrar nəşrində bu səhvləri niyə aradan qaldırmırlar? Təhsil Nazirliyi dərsliklərin monitorinqini niyə belə zəif şəkildə həyata keçirir? 

Yazıçılar Birliyi Ələddin Əzimlini təbrik etdi

Hörmətli Ələddin Əzimli!
Sizi - tanınmış şair və telejurnalisti 60 illik yubileyiniz münasibətilə təbrik edirik. 
Siz - Əzimli Ələddin Qudi oğlu 1955-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmusunuz. 1978-ci ildə BDU-nin filologiya fakültəsini bitirmisiniz. 1978-2000-ci illərdə müəllim işləmisiniz, 2000-2013-cü illərdə ANS Müstəqil Mediya və Yayım şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri olmusunuz. Kiçik yaşlarınızdan şeir və publisistik yazılarla mətbuatda çıxış edirsiniz. 1969-cu ildə yeddinci sinifdə oxuyarkən “Bulaq” adlı ilk şeiriniz “Azərbaycan pioneri” qəzetində dərc edilib. 2004-cü ildə “Yarımçıq yuxular” adlı ilk şeirlər toplunuz işıq üzü görüb. 2013-cü ildə “Altmışa doğru” adlı şeirlərdən, elmi araşdırmalardan və ədəbi-publisistik yazılardan ibarət ikinci kitabınız nəşr olunub. 
Sizin şeir üslubu özünəməxsus və bənzərsizdir. Yoxuşların içində “dumanlı” yetmişə üz tutan şair, öz eksperimental şeirlərinizlə oxucuların sevimlisinə çevrilmisiniz. Sizin şeirlərinizdə ruhu oxşayan bir rəvanlıq, axıcılıq vardır. Bu şeirlərdə hər şey təbii və adi görünür. 

DUMANLI YOXUŞA DOĞRU

Bilal ALARLI HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru

Ələddin Əzimlinin şeirləri bir qədər eksperimental, bir qədər də intellektual çalarları ilə seçilir. Yeddinci sinifdə oxuduğu vaxtlardan şeir yazır və maraqlıdır ki, onun ilk şeirinin deyim tərzi ilə altmış yaşı ərəfəsində yazdığı şeirlərin üslubu arasında elə bir fərq yoxdur. Ələddin Əzimlinin yeddinci sinifdə oxuyarkən yazdığı şeir həyat hadisələrinə münasibət baxımından elə altmış yaşlı Ələddin müəllimin dünyagörüşü ilə üst-üstə düşür. Adamı heyrətləndirən budur! Onun ilk şeirlər toplusu olan “Yarımçıq yuxular” kitabı haqqında yazmışam.

Ələddin ƏZİMLİ - PAYIZ YAĞIŞLARI

YARIMÇIQ YUXULAR

Hər gecə yuxular tabsız sap kim,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma.

Qırılır yuxular-qırılır saplar,
Qərib bir gecənin qaranlığında.
Başlayır qəlbində hey çapacaqlar,
Bu qərib gecənin qərib çağında.

Yarımçıq yuxular küçəsindəyəm,
Qulaqlar eşitmir ağız deyəni.
Yarımçıq yuxular kürəsindəyəm, 
Yuxular od olub yandırır məni.


Ədəbsizliyin kuliminasiyası

Mahir Şəkərov

Konstitusiyadan, qanunvericilikdən və eləcə də efir mədəniyyətindən bixəbər olan bir zavallı... 
Deyirəm gör işlər nə yerə çatıb ki, mədəniyyət, ədəb və ərkandan xəbərsiz  olanlar, ağzından çıxanı qulağı eşitməyənlər kimisə təhqir edir. Özüdə efirdə, milyonlarla insanın gözü qarşısında. Əxlaqsızlığın dərəcəsini görürsünüzmü?
Söhbət  Ans-in efirində Astaralı gənci ləhcə ilə danışdığına görə təhqir edən Xalidə(lər)dən gedir. Xalidə Əhmədovadan...
Utanmadan efirdə Astaralı gəncə "get ağzını talış ləhcəsindən təmizlə" deməyini gördükdə, düşündüm ki, yəqin bu etdiyinə görə tezliklə üzr istəyəcək. Amma Xalidə Əhmədova növbəti efir günündə təhqirlərinə davam etməklə ədəbsizliyin kuliminasiya nöqtəsinə yüksəldi. Bəli, yüksəldi və hələ də ordan enmək fikrində deyil.
Ay Xalidə Əhmədova, həmin efirdə, səninlə eyni efiri paylaşan həyat yoldaşın Davud müəllim həmin təhqir etdiyin millətin nümayəndəsi deyilmi?

15.01.2015

Бунт вассалов против Господина

Есеналиев Ерлан

В 15 республиках бывшего СССР ближайшие 3 месяца будет нагнетатся обстановке вокрук концепции Русского мира.
Во всех этих республик будет одни и те же лозунги это: 
- свобода слова 
-демократические ценности 
- диктаторский режим 
-полицейская страна 
- русские мешают нам жить 
- запретить русский язык 
- зеленые человечки 
- свободу узникам совести
( полит-заключен)
- В.Путин виноват 
- Имперский шовинизм 
- чемодан -вокзал -Россия.

"ПУТИН НЕВЫНОСИМ..." (статья во французской газете «Liberation»)

"Я жду прихода казаков и Святого Духа". Леон Блуа

Владимир Путин невыносим. По словам французской газеты «Liberation», он слишком мужественен, слишком силен, слишком уверен в себе.
Для «Liberation» — знаменитой газеты-чемпиона в области сексуальных свобод — Путин «эротизирует» свое тело, даже если как-то упрямо уклоняется упоминать о своей семейной жизни! Неимоверно красивые славянки кричат ему о своем обожании, а мы же, в нашу очередь, можем противопоставить им Мартин Обри или Ангелу… Никто так не нервирует партизан «гендерного» вопроса и моносексуальной моды, как Владимир Путин — человек, в котором еще сохранилось воплощение мира Адама. Владимир Путин — нестерпимая мужественность для нашего постисторического общества, которое отдает себе отчет в том, что оно не представляет интересы всех и вся.
С уверенностью можно заявить, что глава государства — атлет, чемпион в боевых искусствах, в стрельбе и охоте — приводит в бешенство. Обществу по вкусу идиоты-бегуны, гольфисты весельчаки, ездуны на моторизированных лыжах, но им не по нраву люди, что принадлежат своей земле. Глава государства — патриот, который мыслит исторически, стратегически, как преемник царей и СССР — такой их еще больше выводит из себя.

13.01.2015

"Оправдать и отпустить. И. Сталин"

Игорь Анненков

История моей семьи в судьбе одного солдата...
Я решил рассказать это справедливости ради, если хотите - в память о дедах и прадедах которые лежат в Российской и Украинской земле... Чтобы помнили. Помнили, какой ценой нам досталась свобода и наше будущее....
Дело было в самом начале войны.
Мой дед служил тогда рядовым солдатом РККА, был водителем на грузовой машине полуторатонной, наз." Полуторка ", с деревянными бортами и кузовом....
Командир, старший офицер, приказал везти какие-то стройматериалы.
Дело солдатское простое - загрузились, поехали....
Их остановили на блокпосту: Предъявите личные документы....
Личные документы отдали.
Предъявите документы на груз...

10.01.2015

Nizami Gəncəvinin “İskəndərnamə” poemasında rus motivləri

İSKƏNDƏRİN QIPÇAQ ÇÖLÜNƏ ÇATMASI

Dur, saqi, qədəhi al ələ, doldur!
Kimsəyə içməkdən başqa yol yoxdur.
Günəş parçasıdır, badə deyil bu,
Gövhərində vardır həm atəş, həm su.
İki pərvanədir bağlanmış bura,
Birinin üzü ağ, birinin qara.
Kimsənin şamına deyil pərvanə.
Dinləməz kimsəni, baxmaz fərmanə.
Çıraqdan işıq ver, ev işıqlansın,
Hər iki pərvanə atəşdə yansın.
Bu yaşıl baxçaya verən yaraşıq
Çıraqdan parladır belə bir işıq.
Feyləqusun oğlu böyük İskəndər
Rusun talanından alınca xəbər,
Gecəni yatmadı, əzm etdi kinə,
Hər sayaq düşündü, daşındı yenə.
Neyləsin, bu işə necə don biçsin,
Üstündən atlayıb qolayca keçsin.

09.01.2015

Россия знает, где у США больная мозоль

Встреча генерала армии Герасимова с военными атташе, работающими в Москве, относится к разряду регулярных официальных мероприятий. Однако в этот раз начальник Генштаба произносил вовсе не ритуальные фразы, да и внимание к его словам явно выше обычного – международная обстановка, которую нельзя охарактеризовать иначе как предвоенную, обязывает.
Война на Ближнем Востоке, постоянно растущее напряжение на Дальнем Востоке, приостановленный вооруженный конфликт в Европе и, главное, набирающая обороты экономическая и холодная война между США и Россией – ситуация в мире действительно чрезвычайно накалена. Поэтому анализ геополитической ситуации, сделанный начальником российского Генштаба, имеет не отвлеченное, а вполне конкретное, прикладное значение.
Герасимов заявил, что Запад рассматривает Россию как одного из главных геополитических соперников и пытается оказывать давление на нашу страну во всех жизненно важных сферах. Начальник Генштаба сказал, что США и НАТО раскручивают тезис о «враждебной России» и необходимости «отражения угрозы с Востока» для создания политических предпосылок для продвижения военной инфраструктуры к границам России.

«Адмирал Кузнецов» привел шотландцев в ужас

Все дело в том, что у берегов Шотландии корабль настигла непогода, и ему пришлось бросить якорь в 30 милях (48 километрах) от Британских Остовов. Разумеется, вне территориальных вод Британского Королевства.
Поскольку около половины кораблей и самолетов Короны были направлены в Средиземное море для «наведения демократии», например, в Ливии, а другая — отправлена в утиль, то на страже британских вод остался один лишь эсминец «Йорк». Который и был брошен из Портсмунда (за 1500 км от места события) для срочного наблюдения за «Адмиралом Кузнецовым».
Подобного события не случалось уже вот как 20 лет.
Напомню, что в составе боевой группы «Адмирал Кузнецов» держит путь к прибрежным водам Сирии.

MKİ (CİA) jurnalistlərlə necə işləyib: "Çobanaldadan" əməliyyatı

"Azadlıq" radiosunun keçmiş prezidenti Ceffri Qodmin "The Boston Globe" qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılovanın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini (CİA) günahlandırdı. Həqiqətən də, CİA uzun müddət jurnalistlərdən öz maraqları üçün istifadə edib.
Medianı Amerika dövlətinin maraqlarına uyğun yönəltmək üçün Mərkəzi Kəşfiyat İdarəsi (CİA) hələ ötən əsrin 50-ci illərində "Çobanaldadan" (Mockingbird) adlı tam məxfi proyekt hazırlamışdı. Bu əməliyyat 1973-cü ildə guya rəsmən başa çatıb. Amma hazırda da dünyanın müxtəlif ölkələrində yaşayan jurnalistlər və ekspertlər bu əməliyyatın yenilənmiş formada davam etdiyini bildirirlər.
CİA-nın "Çobanaldadan" proyektini araşdıranlardan biri "The Washington Post"un keçmiş əməkdaşı, "Uotorqeyt" qalmaqalınının qəhrəmanlarından Karl Bernşteyn (Carl Bernstein) olub. O, CİA ilə Amerika mediasının əlaqlərini araşdıraraq, "The CİA and the Media" adlı məqaləsində göstərmişdi ki, 400-dən çox amerikalı jurnalist dünyanın müxtəlif yerlərində və müxtəlif məsələlərdə CİA-nın tapşırığını yerinə yetiriblər.

История одной эмигрантки

Всю жизнь мечтала свалить из России. А что тут делать? Работать на 20- 30 тысяч? Получать образование? Искать мужа, который будет либо сидеть на шее, либо работать сутками, чтобы содержать семью?
То ли дело ТАМ, за бугром... Шелест капусты, перспективы, красивая жизнь, лейблы, а не подделки, большие дома - другое дело. Но туда так просто не попадешь, кому ты нужна. Зацепиться надо. Тк студентка, решила пробиться чз всем известную программу Work and Travel.
Оформила документы, предложили работу кассиром в магазине одежды. Ну, думаю пойдет на первое время. Полетела.
Впечатления кратко. Организация - так себе, перепутали документы, не поддержали в момент трудоустройства, бросили кароче. Быт - жилье ничем не отличается от адской коммуналки в Спб. Душ на 16 человек, проблемы с коммунальными услугами. Причем, такая проблема у многих..В Америке просто в общем и целом хромает это дело. Еда - за три месяца я поправилась на 8 кг, хотя питалась дома. Все продукты картонные, напичканные чем-то, безвкусные.

08.01.2015

Политолог: Теракт в Париже устроили американские спецслужбы

Убийство террористами 12 человек в центре Парижа полностью удовлетворяет интересам Соединенных Штатов, считает политолог Алексей Мартынов. В эфире LifeNews он заявил, что не является сторонником конспирологических теорий, однако уверен, что за теми боевиками, которые совершили кровый теракт в редакции журнала Charlie Hebdo, стоят спецслужбы США.
-Хочу отметить, что в последние годы и десятилетия так называемый исламский терроризм- в руках одной из ведущих спецслужб мира, я имею в виду США. Я уверен, что за событиями в Париже так или иначе, за теми исламистами, которые совершили этот теракт, стоят американские кураторы, -сказал эксперт. По мнению Алексея Мартынова, версия о том, что мотивом нападения была месть за карикатуры на пророка Мухаммеда, выглядит смешно.

8 технологий, с помощью которых нас превращают в выродков

Многие процессы принято воспринимать так, будто бы они происходят сами по себе. Вот, например, «рубль упал». Неужели он сам прямо сам так взял и упал? Споткнулся, наверное. Конечно, нет. Этому способствовала игра спекулянтов, осуществляемая по заказу США. Ведь кто печатает главную мировую валюту (пока ещё главную) — тот и имеет нужные рычаги давления на экономики стран-конкурентов, на неё завязанные.
Другой пример — «общество меняется». Прямо так само берёт и меняется. Люди «сами» забивают себе голову всякой чушью, становятся рабами потребления, теряют ориентацию (в том числе по половому признаку), совершают преступления, лишаются морали и нравственности. Ясное дело, что сами, как любят выражаться, только кошки родятся. В глобальных процессах, особенно таких как попытка привести общество к деградации духовно-нравственной, всегда есть инициатор процесса. Только за тысячелетия он научился так «шифроваться» за масками разнообразных «цивилизованных» политиков и новомодных «трендов», что далеко не каждый посмеет себе признаться, чья мохнатая лапа творит весь этот беспредел в теряющем веру обществе.
Один из постоянных читателей блога обратил внимание на следующий материал, которым я хочу с вами поделиться:

05.01.2015

İbrahim Sel: Müstəqil olmaq elə ABŞ-İsrail koloniyası olmaq deməkdir

Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının sədri İbrahim Sel ilə müsahibə

-Bir çoxları Avrasiyaçılıq ideologiyasının müstəqillik konsepsiyası ilə tamamilə zidd olduğunu vurğulayırlar....
-Hazırkı şəraitdə postsovet məkanının geopolitik subyektivliyinin yaranması prosesindən kənarda qalmaq faciə ilə nəticələnə bilər. Müstəqillikdən heç söhbət də gedə bilməz. Müstəqillik olmur. Müstəqil olmaq elə ABŞ-İsrail koloniyası olmaq deməkdir. Təbii sərvətlərin transmilli korporasiyalar tərəfindən talan edilməsi deməkdir. Vikileks sənədlərindən də aydın oldu ki, BP Azərbaycan neftini oğurlayıb aparır, pulunu vermir. Xarici təcavüzə sinə gərmək üçün keçmiş Sovet ölkələrinin bir yerdə olması vacibdir. Bu gün dünyada heç bir dövlət təkbaşına öz müstəqilliyini qorumaq iqtidarında deyil. Biz şər və istibdad maşınına qarşı bir olmalıyıq. Tarixi şans yaranıb. Bu ölüm-dirim müharibəsidir. Xalqımızın gələcək varlığı Avrasiya Birliyinə qatılmasından asılıdır. Sionizm bizi içəridən yeyir. ABŞ-ın desuverenləşdirmə maşını müstəqilliyin quru maketini yaradıb, sənə bir-iki müstəqil qəzet, “azad, qərəzli, vicdanlı” kanal açıblar, sən də elə bilirsən müstəqilsən. Neftin, qızılın, kürün isə sionistlər tərəfindən daşınıb aparılır, xalqa çatmır. Xalq qəpik-quruş pensiyanın, cüzi maaşın ümidinə qalıb, onun da gələcəyi şübhəlidir. Sovet vaxtı xalq ağ balıq və ikra yeyə bilirdi, indi krediti vaxtında verdiyi ayı xoşbəxtlik sayır. Budur müstəqillik! Biz buna qarşıyıq.


ŞEYX SƏDRƏDDİN LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 İslam alimləri sırasında öz fəziləti, təvazökarlığı, dərin elmi və dindarlığı ilə tanınan Ayətullah Hacı Şeyx Sədrəddin Lənkərani 1902-ci ildə alimlər şəhəri olan Lənkəranın kəndlərindən birində dünyaya göz açıb. Yetkinlik yaşlarına çatdıqdan sonra dinə və islam elmlərinə olan məhəbbət onu dini təhsil almaq üçün Ərdəbil şəhərinə səfər etməyə sövq edir. O, möminlər şəhəri olan Ərdəbildə üç il ərzində müqəddimə elmlərini öyrənir. Müqəddimat dərslərini Ərdəbil alimlərindən dərs aldıqdan sonra elmi dərəcəsini artırmaq üçün 1922-ci ildə Qum şəhərinə köçür, orada adlı-sanlı müctehidlərdən orta və ali səviyyədə islam elmlərini öyrənir. Daha sonra Ayətullah Hacı Şeyx Əbdül Kərim Hairinin fiqh və üsul xarici dərslərində iştirak edir. Bu məşhur alim dünyasını dəyişdikdən sonra fiqh və üsul dərslərinin davamını Ayətullah Seyyid Məhəmməd Höccət və Ayətullah Burucerdinin xaric dərslərində iştirak edərək öyrənir. Uzun və yorucu zəhmətlərə sinə gərdikdən sonra yüksək elm və əməl məqamına yetişir, bundan sonra Qumda orta və ali səviyyədə islam elmlərini tədris etməklə məşğul olur, çoxlu alim yetişdirir. Alimin bir neçə əlyazması və məqalələri yadigar qalmışdır.

Mənbə: Faiq Vəli oğlu

04.01.2015

Ибрагим Сел: Азербайджанцы хотят войти в состав России

Вероятно, не со всеми тезисами Ибрагим Селя можно согласиться. Однако, как нам представляется, данный материал, отражающий определенные тренды общественно-политического развития современного Азербайджана, будет интересным для наших читателей.

На самом Западе всё больше поклоняются не Христу, а всевозможным идолам- идолам рынка, «толерантности», «демократии» и т.п. В Европе под флагом демократии религиозные ценности подвергаются атакам самых различных сатанистских сил. Например:  демократия не ограничивает пропаганду мужеложества, лесбийского разврата и что главное, предоставляет полную свободу проповедникам безверия. Западная интеллектуальная среда тоже в целом находится в оппозиции Традиций.
***

Tofiq Həsənli - Qismətidir

Hüsnünün simu-zəri hər nəzərin qismətidir,
Nəzərin amma nə simin, nə zərin qismətidir.

Tərki-dünya demə görsən məni divanə əyər,
Belə dünya elə divanəsərin qismətidir.

Surətin hansı baxan bəxti qaranın payıdır,
Dodağın hansı öpən bəxtəvərin qismətidir?..

Hüsnünə həsr olunubdur bu könül dastanım,
Belə şah surət elə şah əsərin qismətidir.

Məndə bir qismətə bax, gör kimi vəsf eyləmişəm,
Heyf ancaq xəbərim bixəbərin qismətidir...

Eşqini xalqına həsr eylə ölüncən, Tofiq,
Milli olsa əyər eşqin, bəşərin qismətidir.

Почему европейские государства забирают свои золотые резервы из США

На этой неделе Нидерланды объявили о намерении репатриировать значительную часть своего золотого запаса из США. Речь идет о более чем 120 тоннах драгоценного металла. Это около 20 процентов золота, принадлежащего королевству. Голландцы не первые, пожелавшие вывезти резервы на родину, — о том же ранее заявила Германия. Между тем вернуть золото не так-то просто. Нидерландское правительство сейчас хранит чуть более половины своего золотого запаса (приблизительно 600 тонн) в Федеральном резервном банке Нью-Йорка. На родине у голландцев около 10 процентов, остальное — в ЦБ Великобритании и Канады. Вскоре пропорции изменятся радикально. Шаг достаточно неожиданный для небольшой страны со сравнительно крупными запасами золота.