10.02.2019

1942-ci ilin 25 avqustundan 20 sentyabrına kimi keçirilən “Bataqlıq qızdırması” əməliyyatı zamanı faşistlər 13000 nəfəri öldürdülər, 1217 nəfəri isə Almaniyaya məcburi işlərə göndərdilər. Bobroviçi və Vıqonoşşi kəndlərinin 707 sakini məhv edildi. Zatişye kəndini mühasirəyə alaraq 135 sakini öldürdülər, kəndi talan etdilər və 37 evi yandırdılar. Kənd Yer üzündən silindi. 1433-cü ildən mənbələrdə adı çəkilən tarixi Vyada kəndinə doluşaraq bütün əhalini vəhşicəsinə qırdılar, evlərə od vurdular. 1552-ci ildə təməli qoyulmuş qonşu Tupiçitsı kəndini də eydi qayda ilə məhv etdilər. Kəndin bütün 143 sakini öldürüldü, əmlakları talan olundu, evləri yandırıldı. Kənd Yer üzündən silindi.

Комментариев нет:

Отправить комментарий